ABŞ bilməlidir ki...

 

 

Yürütdüyü şantaj siyasəti Azərbaycan xalqında böyük nifrət hissi oyadır

 

 

 

"ABŞ-nin rəsmi dairələrinin, eləcə parlamentarilərinin Azərbaycan haqqında söylədiyi yanlış fikirlər, səsləndirdikləri bəyanatlar, əlbəttə ki, qəbulolunmazdır. Çünki bu, reallıqlara əsaslanmır, bilavasitə anti-Azərbaycan təbliğatının nəticəsidir".

Bu sözləri "Azərbaycan" qəzetinə açıqlamasında Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev deyib.

Deputat bildirib ki, Azərbaycan öz ərazilərini işğaldan qurtarıb, haqqı, ədaləti bərpa edib. Ölkəmizin heç bir dövlətin torpaqlarında gözü yoxdur. Bunu dəfələrlə Azərbaycan Prezidenti səsləndirib bildirib ki, biz ölkənin tam suverenliyini bərpa etmişik, torpaqlarımız işğaldan azad olunub bu bizim haqqımızdır.

Əldə olunan nəticələrin bir çox Qərb dövlətlərini, Avropa ölkələrini qane etmədiyini qeyd edən komitə sədri deyib ki, Azərbaycanın müstəqil siyasət yürütməsi, heç bir ölkənin diktəsi ilə hərəkət etməməsi, sürətli inkişafı Qərbi, eləcə Avropanın müəyyən dairələrini narahat edir. "Ona görə qələbədən sonra ermənipərəst qüvvələrin təhriki ilə Azərbaycana qarşı böhtan kampaniyası genişləndirilib çox təəssüflər olsun ki, bu sırada özünü demokratik, insan haqları uğrunda mübarizə aparan, dünyada "haqqın", "ədalətin carçısı" kimi təqdim edən ABŞ onun rəsmi dairələri var. Bu, qəbulolunmaz faktlardır. Azərbaycan dövləti bu barədə öz fikirlərini dəfələrlə bildirib. Qeyd olunub ki, Azərbaycana heç kim təsir edə bilməz dövlətimiz tutduğu haqq yolundan dönən deyil. Ancaq bu kampaniyanın genişlənməsində əli olanlar bilavasitə Cənubi Qafqazda möhkəmlənmək Azərbaycana təsir mexanizmini Ermənistanın vasitəsi ilə işə salmaq fikrindədirlər. Onlar Ermənistanın gələcəyi, erməni xalqının firavanlığı üçün deyil, öz məqsədləri naminə bu siyasəti yürüdürlər", - deyə komitə sədri əlavə edib.

Deputat vurğulayıb ki, xarici dairələr Ermənistanı deyil, öz mənfur siyasətlərini həyata keçirmək üçün bu ölkənin baş naziri Nikol Paşinyanı müdafiə edib, onu qoruyurlar.

Prezident İlham Əliyev dəfələrlə səsləndirib bu gün o mövqedədir ki, Azərbaycanın tutduğu yol haqq yoludur, beynəlxalq normalara əsaslanan yoldur. Azərbaycan bu yolu davam etdirəcək ona olan təsirləri dəf etməyə qadirdir. Xarici dövlətlər, eləcə ABŞ bilməlidir ki, Azərbaycan artıq 1990-cı illərin əvvəllərindəki dövlət deyil. O, qüdrətlənib, güclü orduya sahibdir.

Azərbaycanın beynəlxalq aləmdə yüksək nüfuza malik olduğunu deyən T.Rzayev bildirib ki, onun dostlarının sayı artıb bu gün ölkəmizin həqiqətləri dünyanın bir çox dövlətləri tərəfindən qəbul olunur dəstəklənir. Özünü demokratik dövlət adlandıran ABŞ-nin şantaja əsaslanan siyasəti Azərbaycan xalqında çox böyük nifrət hissi oyadır. Eləcə bizə qardaş olan dövlətlər tərəfindən qəbul edilmir.

 

Əsmər QARDAŞXANOVA,

Azərbaycan.-2023.- 17 noyabr, № 250. - S.9.