Azərbaycanı
yolundan heç kim döndərə bilməz
Qərbin bəzi dairələrinin riyakarlığı heç
bir nəticə verməyəcək
"Azərbaycan Vətən
müharibəsində qələbə
qazandıqdan sonra dostlarımız sevindi, bizi ölkəmizin suverenliyinin tam bərpa olunması münasibətilə təbrik
etdilər. Amma yuxusu ərşə çəkilən, narahat
olan qüvvələr
də bu fonda aktivləşdilər".
Bu sözləri
Milli Məclisin deputatı Vüqar İsgəndərov "Azərbaycan"
qəzetinə açıqlamasında
deyib. Deputat bildirib ki, Qərb
institutlarının, xüsusən
Fransanın son zamanlar fəal anti-Azərbaycan siyasəti
yürütdükləri göz
önündədir. Onlar
beynəlxalq hüququn
norma və prinsiplərini ayaq altına ataraq işğalçını, təcavüzkarı
dəstəkləyirlər. BMT-nin qətnamələrini özü icra edən Azərbaycanı hər hansı bəhanə ilə günahlandırmağa çalışırlar.
Bütün bunların
inkişaf edən, güclü Azərbaycan üçün heç bir məna və
əhəmiyyət kəsb
etmədiyini bildirən
V.İsgəndərov deyib
ki, dünyanın hələ də ikili standartlarla idarə olunduğunun, selektiv yanaşmaların tüğyan etdiyinin şahidi oluruq. Çox təəssüf
ki, XXI əsrdə xristian
təəssübkeşliyini görürük. Bu, birinci məsələdir və hər birimizi narahat edir. Görünən odur ki, dünya
o qədər inkişaf
etməyib.
Deputat qeyd edib ki, bu
dövrdə hələ
də dini, irqi ayrı-seçkilik özünü göstərib.
İndi fundamental dəyərlərə sayğısızlığı
müşahidə edirik.
"İkinci məsələ
odur ki, Azərbaycan və Türkiyənin regionda güclənməsi, dünyada
güc sahiblərindən
birinə çevrilməsi
bəzi dairələri
narahat edir və onlar hər
vəchlə regionda eskalasiyanın qalmasına,
hər hansı təxribatların baş verməsinə rəvac vermək istəyirlər.
Lakin Azərbaycan üçün müharibə,
münaqişə səhifəsi
artıq qapanıb və yeni səhifə
açılır. Bu
yeni siyasi mənzərəni Azərbaycan
formalaşdırır. Bu,
sülh, tərəqqi,
daimi inkişaf, bərpa-quruculuq işləridir
ki, dövlətimiz bunu uğurla icra edir", - deyə o əlavə edib.
Deputat vurğulayıb
ki, Azərbaycanı bu yoldan heç
kim döndərə bilməz. Prezident İlham Əliyevin dediyi kimi, biz
gündən-günə hərbi,
iqtisadi gücümüzü
artıracağıq. Güclü
ordu formalaşdırılması
məsələsini həmişə
diqqətdə saxlayacağıq.
Ümumiyyətlə, təkcə
bölgədə deyil,
qlobal anlamda dünyanın qüdrətli
və ən hörmət edilən ölkələrindən birinə
çevriləcəyik.
Ə.QABİLQIZI,
Azərbaycan.-2023.-
17 noyabr, № 250. - S.9.