Azərbaycan Qərbin regionda hegemonluq niyyətini puça çıxarıb

 

 

"Qərbin bəzi dairələrinin bu gün apardığı siyasətə nəzər salanda görürük ki, riyakarlıq ikiüzlülük baş alıb gedir. Həmin siyasi mərkəzlər məsələlərə ikili standartlarla yanaşır, məkrli planlar qurur, başqa dövlətləri güc mərkəzlərini qaralamaq aşağılamaq üçün əllərindən gələni əsirgəmirlər. Bu sübut edir ki, Qərb dırnaqarası demokratik prinsipləri dünyanın müxtəlif ölkələrinə sırımaqla cəmiyyətləri daxildən parçalamaq dəyərləri məhv etmək istəyir. Bunun nəticəsidir ki, xüsusilə son zamanlar Yaxın Şərqdə, Afrikada, Asiyada Qərbin hegemonluğuna şahidlik edirik".

Bu sözləri "Azərbaycan" qəzetinə açıqlamasında Milli Məclisin deputatı Tural Gəncəliyev deyib. Deputat bildirib ki, Qərb düşüncə tərzi müxtəlif cəmiyyətlərə artıq siyasi ritorika ilə deyil, hərbi güc vasitəsilə sirayət edilir. ABŞ, Avropa İttifaqı onların hərbi komponentlərinin İraq, Suriya, Liviya, Yaxın Şərq Afrikanın müxtəlif bölgələrində apardıqları siyasət nəticəsində bir sıra ölkələr iqtisadi rəzilliyə, diskriminasiya çöküşə məruz qalır, hətta iflasa uğrayırlar.

"Aydındır ki, bu gün Qərb dairələri bu "prinsipləri"ni yeni formada Cənubi Qafqaz regionuna da gətirməyə çalışırlar. Zaman-zaman ABŞ, Qərb ölkələri, xüsusilə Fransa Almaniya Ermənistanda digər region ölkələrində destruktiv fəaliyyətlərini həyata keçirirlər. Eyni riyakar fəaliyyətlərini ölkəmizə qarşı da aparmağı çox arzulayırlar. Ona görə qeyri-hökumət təşkilatları adı altında fəaliyyət göstərən qurumlar vasitəsilə Azərbaycanın daxili işlərinə müdaxilə etməyə cəhdlər göstərir, əsassız ittihamlar səsləndirir, şər-böhtan kampaniyası aparırlar", - deyə deputat qeyd edib.

Tural Gəncəliyevin sözlərinə görə, bütün bu cəhdlərə baxmayaraq, Qərb siyasi dairələri Prezident İlham Əliyev kimi güclü lideri, qüdrətli ordusu, yenilməz siyasi iradəsi iqtisadi dayanıqlılığı olan Azərbaycanda destruktiv fəaliyyətlərini icra edə bilmirlər: "Ona görə müxtəlif bəhanələr gətirir, müxtəlif metodlar yollar axtarırlar. Gah dünya erməni diasporundan bir alət kimi istifadə edir, gah da Qərb mətbuatında ölkəmiz əleyhinə qarayaxma kampaniyası başladırlar. Azərbaycana qarşı təzyiqlərinin heç bir nəticə vermədiyini görən Qərb güc mərkəzləri yeni nağıllar uydurmaqda mahirdirlər, özlərinə sərf etdiyi üçün lazım gəldikdə "ekoloji terror"dan, "etnik təmizləmə"dən bu kimi absurd ifadələrdən istifadə edirlər".

Deputat vurğulayıb ki, Qərb dairələri onların təklif etdiyi layihələrin təşəbbüslərin müxtəlif ölkələrdə sorğu-sualsız dərhal qəbul edilməsinə öyrəşiblər: "Bu səbəbdən öz milli maraqlarını hər şeydən üstün tutan, dəyərlərini qorumağı bacaran Azərbaycan belə təşəbbüslərə müsbət cavab verməyəndə onlar narahat olmağa başlayırlar. Görünür, ölkəmizin dünyada durmadan artan nüfuzu Qərbin arzularını gözündə qoyub. Bu gün Cənubi Qafqaz sanki Qərbin müdaxilə etmək istədiyi, lakin heç bir vəchlə hegemonluğunu qura bilmədiyi bir regiona çevrilib. Bu, təsadüfi deyil, Qərb hegemonluğunun qarşısında Azərbaycan kimi yenilməz qüdrətli dövlət, onun lideri məğrur şəkildə dayanır".

Tural Gəncəliyev həmçinin deyib ki, Qərb ölkələri 30 il əvvəl torpaqları işğal edilmiş, bir milyondan çox əhalisi məcburi köçkün qaçqın düşmüş, iqtisadi gücü tükənmiş Azərbaycana öyrəşmişdilər. Həmin vaxtlarda olduğu kimi, zəif Azərbaycanla qarşılaşacaqlarını hesab edirdilər. Ancaq bizim xalqımız, liderimiz, ordumuz tarix yazdı, bütün konteksti dəyişdi.  Xarici qüvvələr indi Azərbaycanın Vətən müharibəsindəki bu ilin sentyabrında həyata keçirdiyi antiterror tədbirlərindəki qələbəsini həzm edə bilmir bizə qarşı yeni qarşıdurma cəbhəsi açmağa çalışırlar.

"Avropa Parlamentinin son qətnamələrinə nəzər salanda aydın olur ki, bu "sənəd"lər başdan-ayağa cəfəng, sərsəm fikirlərlə doludur. Bizim üçün kağız parçasından başqa heç ifadə etməyən həmin qətnamələr sanki Qərbin Azərbaycana, eləcə Türkiyəyə qarşı yeni səlib yürüşünə çağırışıdır. Hər addımda Azərbaycanı qınayır, etmədiklərimizi boynumuza yıxmağa çalışırlar. Lakin Ermənistanda baş alıb gedən haqsızlıq, ədalətsizlik, revanşizm separatizmə göz yumurlar", - deyə müsahib söyləyib.

Deputat əlavə edib ki,  qədər cəhd göstərsələr , Qərb ABŞ özünə qədər əl qatsa da, heç bir nəticə hasil olmayacaq. Biz öz xalqımızın rifah halının yüksəldilməsi naminə, Azərbaycanı dünyanın ən aparıcı ölkələrindən birinə, istər türk dünyasında, istər Avrasiyada, istərsə Yaxın Şərqdə qonşuluqda yerləşən digər regionlarda söz sahibinə çevirmək üçün fəaliyyətimizi davam etdirəcəyik.

 

Nəzrin QAFARZADƏ,

Azərbaycan.-2023.- 17 noyabr, № 250. - S.9.