"Sülh" qiyafəli ABŞ-nin savaş siması

 

 

2020-ci ildə BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi 4 qətnaməni 2020-ci ildə güc yolu ilə yerinə yetirərək Ermənistanın 30 illik işğalına son qoyan, 2023-cü ildə keçirdiyi antiterror tədbirləri ilə suverenliyini təmin edən Azərbaycan riyakar Qərb ölkələrinin hədəfinə çevrilib.

Onilliklər boyu Ermənistanın ərazilərimizin 20 faizini işğal altında saxlamasına göz yuman, vasitəçi olaraq münaqişənin nizamlanmasında əməli fəliyyət göstərməyən "demokratik" Qərb ölkələri Azərbaycanın öz gücünə ədaləti təmin etməsi ilə heç cür barışa bilmir, erməni lobbisinin ciblərinə axıtdığı dollarlardan, avrolardan əlləri çıxdıqları üçün yanıb tökülürlər.

Buna görədir ki, ikili standartlı ABŞ müstəmləkəçi Fransa başda olmaqla bəzi riyakar Avropa ölkələri təcavüzkar Ermənistana dəstək verir, Azərbaycana qarşı əsassız ittihamlar irəli sürür, yalan böhtan səsləndirirlər.

Qərb ölkələrinin Azərbaycana bu riyakar yanaşması isə, təbii ki, Ermənistana sevgilərindən irəli gəlmir "zavallı" ermənilər bu dəfə böyük güclərin kiçik qurbanlarına çevriliblər. Az-çox siyasətlə maraqlanan hər kəsə aydındır ki, bu qərəzli ölkələrin Cənubi Qafqaz regionunda öz maraqları, çıxarları var bu bölgədə sülh əldə edilməsi onlara qətiyyən sərf etmir. Hazırda Kanadanın Azərbaycanı sanksiyalarla hədələməsi, Fransanın Ermənistanı silahlandırması, Avropa İttifaqının Ermənistanın Azərbaycanla sərhədində missiyasını gücləndirməsi, ümumilikdə bölgənin müharibə meydanına çevrilməsi planlaşdırılır.

 

 

 

ABŞ-nin bədnam düzəlişi barışa xidmət edir?

 

 

 

Bu günlərdə isə ABŞ Dövlət katibinin Avropa Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O’Brayn Xarici İşlər Komitəsində keçirilən dinləmədə deyib ki, ABŞ Ermənistan-Azərbaycan sülh danışıqlarında inkişaf görənədək Azərbaycana birbaşa yardımları qadağan edən "907-ci düzəliş"dən imtinanın müddətini uzatmayacaq.

"Sülhpərvər" ABŞ indi qürrələndiyi Azərbaycanı hədələdiyi bədnam "907-ci düzəliş"i ölkəmizin işğalla üzləşdiyi, xalqımızın yurdundan didərgin düşərək ən acınacaqlı vəziyyətdə yaşadığı bir dövrdə - 1992-ci ildə edib.

1992-ci ildə "Azadlığı Müdafiə Aktı" adlı qanunun 907-ci bölməsinə düzəlişə əsasən, ABŞ hökumətinin Azərbaycanın rəsmi strukturlarına yardım göstərməsi qadağan olunmuşdu.

Bununla da "humanist" ABŞ dədə-baba torpağından zorla didərgin salınan, suya, çörəyə möhtac şəkildə vaqonlarda, çadır şəhərciklərində yaşamağa məcbur olan bir milyondan çox azərbaycanlının taleyinə biganəlik nümayiş etdirmişdi.

Okeanın o tayında oturub dünyaya ağalıq etmək istəyən ABŞ indi utanmadan sülhdən dəm vurur, Azərbaycanı qınayır, bu bədnam düzəlişin ləğv edilməyəcəyini bildirir.

Lakin bircə dəfə ağzını açıb min-bir oyunla sülhdən yayınan  Ermənistana heç demir, təcavüzkarın adını belə çəkmir. 

 

 

 

Şanlı zəfərimiz xarici məkrli planları alt-üst edib

 

 

 

Azərbaycanın suveren ərazilərinin 30 illik işğalı dövründə ABŞ, Qərbi Avropa ölkələri Ermənistana qarşı hansısa bəyanatlar səsləndirməyib, qətnamələr qəbul etməyib, sanksiyaların tətbiqindən söz açmayıblar.

ABŞ Fransa vasitəçi olaraq onilliklər ərzində Ermənistan ilə Azərbaycan arasındakı münaqişənin həllinə heç bir töhfə verməyib, danışıqların Ermənistanın xeyrinə əbədiyyətədək sürməsinə çalışıblar.

44 günlük Vətən müharibəsində torpaqlarını işğaldan azad edən Azərbaycan 2023-cü il sentyabrın 19-20-də keçirdiyi antiterror tədbirləri sayəsində suverenliyini tam təmin edərək həm xarici məkrli qüvvələrin regionu bitməyən münaqişə mərkəzinə çevirmək kimi məkrli niyyətlərini gözlərində qoyub.

Cənubi Qafqazda davamlı sülhün tərəfdarı olan Azərbaycan Ermənistanla münasibətlərin normallaşdırılmasını sülh müqaviləsinin imzalanmasını istəyir. Rəsmi Bakı bölgədə dayanıqlı sülhə nail olunması üçün Ermənistana təkmil sülh modeli təklif edib, 2020-ci il 10 noyabr bəyanatı ilə üzərinə götürdüyü öhdəlikləri zamanından əvvəl layiqincə yerinə yetirib.

Vətən müharibəsindən sonra davamlı təxribatlara əl ataraq sülhdən yayınan Ermənistan isə Qarabağdakı silahlı qüvvələrinin qalıqlarını ərazidən çıxarmırdı, eyni zamanda Laçın yolu vasitəsilə onlara hərbi texnika, silah-sursat daşıyırdı, torpaqlarımızı minalayırdı. O cümlədən Ermənistan Şərqi Zəngəzurla Naxçıvan arasında əlaqənin yaradılması ilə bağlı öz öhdəliklərini yerinə yetirmədi.

Bütün bu faktlar göstərir ki, xarici havadarlarına güvənən Ermənistan ötən müddətdə sülh əldə olunmaması üçün bütün siyasi, hərbi təxribatlara əl atıb.

44 günlük müharibədəki ağır məğlubiyyətini unudan  İrəvan hazırda da müharibə eyforiyasına qapılıb.

Sentyabrın 20-də xalqa müraciətində Prezident İlham Əliyev bu məsələyə diqqət çəkərək vurğuladı ki, dünyanın o başında oturub bizə qarşı əsassız ittihamlar irəli sürənlər əl çəksinlər bizdən, qoysunlar Cənubi Qafqaz rahat nəfəs alsın: "Bu bölgə əsrlər boyu davalar, savaşlar, qanlı toqquşmalar məkanı olmuşdur. Yetər artıq! Biz bunu tələb edirik..."

Özlərini "sülh göyərçini" sanan, "demokratiya" beşiyi hesab edən məkrli Qərb ölkələrinin mənfur niyyətləri naminə Azərbaycana qarşı qərəz nümayiş etdirmələri heç bir nəticə verməyəcək. Bu ölkə qurumlar riyakar davranışları ilə yalnız eyni anda bir neçə ölkəyə forpostluq edən Ermənistanı məhvə aparacaqlar.

 

Yasəmən MUSAYEVA,

Azərbaycan.-2023.- 17 noyabr, ¹ 250. - S.9.