Böyük yaradıcılıq yolu keçən sənətşünas alim

 

 

Rasim Əfəndiyev Azərbaycan sənətşünaslıq elminin tanınmış nümayəndələrindən biri olub. O, həyat fəaliyyətini, elmi yaradıcılıq yolunu Azərbaycan dekorativ tətbiqi sənətinin araşdırılması, tədqiqi, tədrisi təbliğinə həsr edib.

Alim Azərbaycan incəsənətinin tədqiq olunması istiqamətində fundamental elmi əhəmiyyət kəsb edən uğurlu nəticələrə nail olub, Azərbaycan incəsənətinə dair bir sıra sanballı monoqrafiya kitablar nəşr etdirib.

Rasim Səməd oğlu Əfəndiyev Qazax şəhərində dünyaya göz açıb. O, ixtisas təhsilini əvvəlcə Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Texnikumunda, daha sonra isə İ.Repin adına Sankt-Peterburq Boyakarlıq, Heykəltaraşlıq Memarlıq İnstitutunda alıb. R.Əfəndiyev on ilə yaxın Azərbaycan Milli İncəsənət Muzeyində şöbə müdiri, 1965-ci ildən ömrünün sonuna kimi AMEA-nın Memarlıq İncəsənət İnstitutunda böyük, baş elmi işçi, eləcə şöbə müdiri, direktor müavini direktor kimi yüksək vəzifələrdə çalışıb. Sənətşünas alim "XVI-XVIII əsrlərdə Azərbaycan geyimləri" mövzusunda namizədlik (1961), "XII-XIX əsrin əvvəllərində Azərbaycanın dekorativ tətbiqi-sənəti" mövzusunda doktorluq (1972) dissertasiyalarını uğurla müdafiə edib. Alimə 1993-cü ildə professor elmi dərəcəsi verilib. R.Əfəndiyev uğurlu elmi yaradıcılıq fəaliyyətinə görə 1989-cu ildə AMEA-nın müxbir üzvü 2001-ci ildə həqiqi üzvü seçilib. R.Əfəndiyev 2004-cü ildə ölkəmizin yüksək mükafatı olan "Şöhrət" ordeninə layiq görülüb.

Sənətşünas alim respublikamızda xarici ölkələrdə təşkil olunan bir çox beynəlxalq elmi konfrans simpoziumda müvəffəqiyyətlə çıxış edib. O, nəşr etdirdiyi bənzərsiz kitablarına görə bir neçə dəfə SSRİ Rəssamlar İttifaqının mükafatlarına diplomlarına layiq görülüb. Onun əsas tədqiqat obyekti Orta əsrlər Azərbaycan dekorativ tətbiqi sənətinin inkişafı araşdırılması olub. Bu istiqamətdə uğurlu elmi nəticələr əldə edən sənətşünas alim XX əsr Azərbaycan rəssamlarının həyat yaradıcılığına dair bir sıra monoqrafiyaların müəllifidir. Akademik R.Əfəndiyevin nəşr olunmuş "Səttar Bəhlulzadə" (1958), "Mikayıl Abdullayev" (1958), "Səttar Bəhlulzadə" (1959, Moskva, rus dilində),  "Azərbaycanın maddi mədəniyyət nümunələri"  (geyimlər, 1960), "Azərbaycan bədii sənətkarlığı" (metal məmulatı zərgərlik, 1966), "Toğrul Nərimanbəyov" (1966, Moskva, rus dilində), "Vəcihə Səmədova" (1970, Moskva, rus dilində), "Azərbaycan el sənəti" (parça, tikmə, xalça, 1971), "Azərbaycan dekorativ-tətbiqi sənətləri" (orta əsrlər, 1976), "Azərbaycan bədii sənətkarlığı dünya muzeylərində" (1980), "Daşlar danışır..." (Neolit dövründən XIX yüzilliyədək, 1980), "Daş plastikası" (1983, rus dilində), "Azərbaycan xalq sənəti" (1984), "Azərbaycanın daş plastikası" (1986), "Azərbaycan incəsənəti" (2001) monoqrafiya kitabları sənətşünaslıq elmimizdə layiqli yer tutur. Eyni zamanda R.Əfəndiyevin müştərək müəllifi olduğu kitablar da çoxdur.

Akademik R.Əfəndiyevin nəşr olunmuş monoqrafiya albom kitablarını nəzərdən keçirdikcə, alimin əhatəli araşdırma tədqiqatları nəticəsində nail olduğu dərin elmi qənaətlərlə tanışlıqdan sonra onun dərəcədə xalqımızın zəngin çoxəsrlik  sənətinə vurğun əsl vətənpərvər alim olduğunu düşünürsən. Həmçinin qeyd etmək yerinə düşər ki, sovetlər dönəmində bu cür fundamental elmi əhəmiyyət kəsb edən, xalqımızın ulu keçmişini, qədim sənət ənənələrini araşdırıb üzə çıxarmaq, sistemli şəkildə formalaşdırıb təqdim etmək heç asan başa gəlməmişdir. Bu elmi irs təbii ki, alimin fədakar əməyi cəsarətli axtarışları sayəsində ərsəyə gəlmişdir.

R.Əfəndiyev dünyanın bir çox ölkəsində olmuş, xalqımızın dünya muzeylərində mühafizə olunan zəngin mədəni irsinin tədqiqi, araşdırılması "pasportlaşdırılması" işində müstəsna xidmətlər göstərmişdir. Alimin 20 il ərzində həm xarici ölkələrdə olduğu vaxtlar, həm müxtəlif ölkələrin alimləri ilə əməkdaşlığı nəticəsində toplamış olduğu sənət nümunələri 1980-ci ildə nəfis şəkildə nəşr olunmuş "Azərbaycan bədii sənətkarlığı dünya muzeylərində" adlı kitabında yer almışdır. R.Əfəndiyev ölkəmizin bölgələrini qarış-qarış gəzmiş, ezamiyyətləri nəticəsində Qarabağ, Naxçıvan, Gəncə, Zəngəzur başqa bölgələrdə yerləşən daş qoç at heykəllərini, eləcə qəbirüstü abidələri elmi əsaslarla tədqiq edərək xalqımızın əsrlərboyu yaratmış olduğu sənət nümunələrini aşkarlayıb üzə çıxarmışdır. Akademik R.Əfəndiyev bu istiqamətdə aparmış olduğu uzunmüddətli tədqiqat işlərini "Daşlar danışır" (1980) "Azərbaycanın daş plastiası" (1986) adlı sanballı kitablarında yekunlaşdırmışdır. Sənətşünas alimin elmi irsi zəngindir, o, XX əsr Azərbaycan rəssamlarının həyat yaradıcılığına dair bir sıra kataloq bukletlərin mətnlərini yazmış,  ölkəmizdə xaricdə nəşr olunan elmi toplu, jurnal qəzetlərdə yüzlərlə məqalələr dərc etdirmişdir.

Bu il akademik, məşhur sənətşünas alim Rasim Əfəndiyevin anadan olmasından 95 il ötür. Alimin zəngin elmi irsi ərsəyə gətirmiş olduğu kitab monoqrafiyalar bu gün tədqiqatçı sənətşünasların xalqımızın incəsənəti ilə tanış olmaq istəyən sənətsevərlərin istinad etdiyi dəyərli məxəzlərdir.

 

Əsəd QULİYEV,

Rəssamlar İttifaqının üzvü, sənətşünas

Azərbaycan.-2023.- 17 noyabr, № 250. - S.11.