Azərbaycanın incəsənət ustaları Barokko festivalında iştirak ediblər

 

 

Azərbaycanın incəsənət ustaları Tbilisidə keçirilən Barokko festivalında iştirak ediblər.

Azərbaycanın Əməkdar artisti Əyyub Quliyev festival çərçivəsində Şota Rustaveli adına Tbilisi Dövlət Dram Teatrının kiçik zalında keçirilən konsertdə Gürcüstan Dövlət Kamera Orkestrinə dirijorluq edib. Həmçinin konsertdə Azərbaycanın Əməkdar artistləri İlham Nəzərov Fəridə Məmmədova dünya bəstəkarlarının mahnılarını ifa ediblər.

Azərbaycan musiqiçilərinin çıxışları alqışlarla qarşılanıb.

Musiqişünas, skripka ifaçısı Mariam Xaritonaşvili müsahibəsində deyib ki, festival çərçivəsində təşkil olunmuş konsertdə Azərbaycanın opera müğənnilərinin iştirakı bizim üçün çox mühüm sevindirici hadisədir: "Biz qardaş dost ölkələrik. Tbilisidə təşkil olunan konsert festivallarda azərbaycanlı incəsənət ustalarının çıxışları artıq ənənəvi hal alıb. Bu, bizim mədəni əlaqələrimizin yüksək səviyyədə olmasının göstəricisidir. Düşünürəm ki, Tbilisidə azərbaycanlı, Azərbaycanda isə gürcü müğənnilərin iştirakı ilə konsertlərin təşkili bizim dostluğumuzu daha da möhkəmləndirir inkişaf etdirir".

Azərbaycanın Əməkdar artisti İlham Nəzərov müsahibəsində deyib: "Tbilisidə Barokko festivalında çıxış etməyin bizim üçün çox böyük əhəmiyyəti var. Biz burada dünyaşöhrətli bəstəkarların musiqilərini ifa etdik".

Ötən il Azərbaycanda keçirilən Barokko festivalında gürcü ifaçıların çıxış etdiyini xatırladan

İlham Nəzərov vurğulayıb: "Bu gün bizim Tbilisidə çıxışımız, qarşılıqlı olaraq bu cür beynəlxalq respublika əhəmiyyətli tədbirlərdə iştirakımız mədəni əlaqələrimizin inkişafında mühüm rol oynayır".

Əməkdar artist Fəridə Məmmədova isə deyib: "Bu gün Şota Rustaveli adına Tbilisi Dövlət Dram Teatrında çıxış etmək mənim üçün ikiqat sevindiricidir. Gənclik illərim Tbilisidə keçib. Tbilisidə məşhur musiqiçi Nodar Quadzedən vokal dərsləri almışam. Ona görə həm müəllimimin vətənini yenidən ziyarət etmək, həm ondan aldığım dərsləri burada nümayiş etdirmək mənim üçün ikiqat sevindiricidir".

 

Azərbaycan.-2023.- 17 noyabr, № 250. - S.11.