Fransa böhran girdabındadır

 

 

Kütləvi etiraz aksiyalarından, iğtişaşlardan polis zorakılığından başı açılmayan 5-ci respublika dərin tənəzzül içindədir

 

 

 

Artıq Paris vaxtilə Fransa inqilabının ona verdiyi ideoloji təlimatları gücünü itirib. Son illər kütləvi etiraz aksiyalarından, iğtişaşlardan polis zorakılığından başı açılmayan 5-ci respublika dərin böhran yaşayır.

Bir müddət əvvəl "An Nahar" nəşrinin yazdığı kimi, dünya dəyişib, millətlər yenidən dirçəlir, ideologiyalar isə köhnəlir, lakin "Fransa böhranı" ümumilikdə dünyanı, xüsusən Qərbi vura biləcək bir xəstəlik kimi yayılır.

Fransız inqilabı  Qərb dünyası adlanan bütün topluma böyük təsir göstərib keçmiş monarxiya dövlətlərinin - indiki respublikaların konstitusiyalarında əks olunan dəyərləri formalaşdırıb. Lakin "Fransa böhranı" hər şeyin üstündən xətt çəkir. O, irqçilik etnik üstünlükdən dəm vuran köhnə ideoloji hissləri canlandırır bu problem təkcə Fransada deyil, ABŞ, Almaniya digər ölkələrdə mövcuddur.

Onu da qeyd edək ki, polisin öz səlahiyyətlərindən sui-istifadəsi nəticəsində baş verən kütləvi iğtişaşlar ABŞ-nin müttəfiq ölkələrə, o cümlədən Fransaya "ixrac etdiyi" "dəyərlərin" nəticəsidir.

Son illər Fransanı kütləvi etirazlar bürüyüb bu aksiyalar getdikcə öz arealını genişləndirir. Narazılıq cəmiyyətin bütün təbəqələrinə nüfuz edib ki, bu da öz apogeyinə çatan "Fransa böhranı" ilə nəticələnən "xəstəlik"dən xəbər verir.

Fransa daim öz siyasi və sosial sistemlərinin problemlərindən şikayətlənir. Ölkənin iqtisadi göstəriciləri pisləşib, sənaye istehsalının həcmi azalıb, texnoloji istehsalın səviyyəsi yüksəlmir, tədiyə balansının kəsiri artıb. Ölkə ötən əsrin 50-ci, 60-cı və 70-ci illərində əldə olunan artım templərini dayandırıb. Fransa Prezidenti Emmanuel Makronun da etiraf etdiyi kimi, bolluq dövrü bitib.

Fransanın problemləri təkcə immiqrantlar, İslam, müsəlmanlar və şəhərətrafı sakinlərlə bağlı deyil. Çox güman ki, Paris "Fransız inqilabı"nın bayraqdarı və yenilikçi ideyaların generatoru kimi eksklüzivliyini itirdikdən sonra öz-özü ilə mübarizə aparır.

Bir zamanlar ölkədə ənənəvi "sağ"çılar ənənəvi "sol"çularla siyasi mübarizə aparırdı. Onlar vaxtaşırı hakimiyyətdə bir-birini əvəz edirdilər. İnsanlar öz liderlərini, ideyalarını, proqramlarını tanıyırdılar. Fransa inkişaf edirdi və dünyanın qalan hissəsi ilə fəal şəkildə qarşılıqlı əlaqələr qururdu. Təəssüf ki, indi həmin o Fransadan heç bir əsər-əlamət qalmayıb.

 

Rizvan CƏFƏROV,

Azərbaycan.-2023.- 17 noyabr, № 250. - S.12.