Qlobal
ədalətsizliyə qarşı
İLHAM ƏLİYEV ədaləti
ABŞ və Qərb Azərbaycanın zəfərini qəbul edə bilmir
Beynəlxalq münasibətlər
sistemində dövlətlərin
yerini və nüfuzunu müəyyən
edən əsas məsələlərdən biri
onların yürütdüyü
siyasətin məzmun və mahiyyətidir. Əlbəttə, bütün
dövlətlər ölərinin
milli maraqlarına cavab verən siyasət həyata keçirmək istəyirlər.
Amma hər dövlətə müyəssər
olmur. Bu baxımdan yerləşdiyi
regionun lider dövləti olan Azərbaycanın qlobal səviyyədə də öz maraqlarını qətiyyətlə təmin
etməsi, bütün
xarici təsir və təzyiqləri dəf etməsi ən böyük reallıqdır.
Okeanın o tayından
dəstəklənən pozuculuq
cəhdləri Azərbaycanda
iflasa uğrayıb
Ümumiyyətlə, müstəqillik tariximiz göstərir ki, Azərbaycan bütün xarici təsirlərin, müxtəlif rəngli ssenarilərin həmişə
qətiyyətlə qarşısını
alıb, ayrı-ayrı
siyasi mərkəzlərin
antimilli planlarını
darmadağın edib. Prezident İlham Əliyevin yürütdüyü
uğurlu siyasət nəticəsində ötən
20 ildə xaricdən himayə olunan bütün çirkin planlar və niyyətlər iflasa uğrayıb. Azərbaycan
hansısa uğura yaxın olanda fəallaşan antiazərbaycançı
şəbəkə bunun
qarşısını almağa
çalışsa da,
heç vaxt istədiyinə nail ola bilməyib və respublikamız öz məqsədlərinə
yetişib. Bakı-Tbilisi-Ceyhan
neft kəməri çəkiləndə, Azərbaycanda
"Eurovision" mahnı
müsabiqəsi keçiriləndə
və digər qlobal tədbirlərdə
bunun şahidi olmuşuq. İlham Əliyev böyük siyasi qətiyyətlə bütün antiazərbaycançı
şəbəkələrin niyyətlərini puça
çıxarıb. Zaman
göstərib ki, həmin antiazərbaycançı
şəbəkənin önündə
gələn Avropa Parlamenti kimi təşkilatların, erməni
məkrinin yuvası olan Fransa kimi
dövlətlərin qanunverici
orqanlarının qəbul
etdikləri hansısa
sənədlər Azərbaycan
üçün adi kağız parçasından
başqa bir şey deyildi.
Eyni zamanda bizə yaxın coğrafiyalarda baş tutan, lakin həmin
dövlətləri asılı
vəziyyətə salan,
xalqlarına isə ağrı-acıdan başqa
heç nə gətirməyən rəngli
inqilablar, pozuculuq, konstitusion quruluşu dəyişmək cəhdləri
Azərbaycanda həmişə
fiaskoya uğradılıb.
Buna misal olaraq ABŞ Beynəlxalq İnkişaf Agentliyinin
(USAİD) ölkəmizdə həyata keçirmək istədiyi, lakin qarşısı alınan
çirkin planları
göstərmək olar. Son vaxtlarda Gürcüstan və digər ölkələrdə USAİD-in iştirakı ilə ortaya çıxan problemlər
müxtəlif formalarda
Azərbaycanda da yaşanıb. USAİD maliyyə
ayırdığı, dəstəklədiyi
təşkilatlar vasitəsilə
təmsil etdiyi siyasi mərkəzlərin
maraqları naminə respublikamızda da pozuculuq fəaliyyəti həyata keçirməyə
çalışıb.
USAİD -lə yanaşı, ABŞ Milli
Demokratiya İnstitutu
(MDİ) da respublikamızda
zaman-zaman pozuculuq fəaliyyəti göstərməyə
cəhd göstərib.
2014-cü ildə MDİ-nin
Bakıdakı nümayəndəliyinin
keçmiş rəhbəri
Aleks Qriqoryevs bu məqsədlə özünün bank hesabından 2 milyon dollara yaxın vəsaiti çıxarıb
bəzi QHT-lərə,
konkret şəxslərə
paylamışdı. Bu
adamın adı digər keçmiş sovet respublikalarında da bu cür
pozuculuq fəaliyyətləri
ilə məşğul
olmaqda keçir.
Əlbəttə, Azərbaycan
güclü dövlətdir,
cəmiyyətimiz sağlamdır,
milli və dövlətçilik amalları
uğrunda səfərbərdir.
Prezident İlham Əliyevin qətiyyətli
siyasəti ilə
USAİD, MDİ kimi təşkilatların
Azərbaycandakı pozuculuq
fəaliyyətləri heç
vaxt nəticə verməyib. Xalq-hakimiyyət
birliyi hər zaman onların qarşısında sarsılmaz
sipər olub.
ABŞ işğala və işğalçıya
dəstək verib
Azərbaycanın Vətən
müharibəsindəki qələbəsindən
və xüsusən də öz əraziləri üzərində
milli suverenliyini bərpa etməsindən sonra erməni məkrinin digər ünvanı olan ABŞ-də öz antiazərbaycançı simasını
ortaya qoyaraq, ölkəmizə qarşı
riyakar davranışlarını
açıq müstəviyə
çıxarıb. Bu
gün ABŞ erməni
separatizminin darmadağın
edilməsinə görə
Azərbaycanı ittiham
edir. Bu ölkənin siyasi dairələri Azərbaycanın
öz əraziləri
üzərində milli
suverenliyini bərpa etməsi ilə razılaşa bilmirlər.
Fransa kimi
ABŞ da bir
dəfə belə, Azərbaycan torpaqlarının
işğal edilməsinə
görə Ermənistanı
qınamayıb. Bir dəfə də olsun ABŞ-nin hansısa siyasi strukturu BMT Təhlükəsizlik
Şurasının məlum
4 qətnaməsinin icrası
ilə bağlı Ermənistana çağırış
etməyib. Amma 1992-ci ildə ABŞ Azərbaycana
qarşı məlum
"907-ci düzəliş"i qəbul edib. Azərbaycan xalqı bu riyakarlığı unutmayıb və unutmayacaq.
Bunlar həm də bu reallığı
təsdiq edir ki, ABŞ da Fransa kimi ATƏT-in keçmiş Minsk qrupunun həmsədri olduğu dövrdə, əslində,
işğala və işğalçıya dəstək
verib. Eyni zamanda ABŞ separatçı
rejimə maliyyə ayırmaqla, onun təmsilçilərinin Vaşinqtona
səfərlərini və
burada rəsmi şəxslərlə görüşlərini
təşkil etməklə
işğala dəstək
göstərib.
Bu baxımdan Minsk qrupunun həmsədrlərindən biri
kimi ABŞ ərazilərimizin
işğal edilməsinə,
azərbaycanlılara qarşı
etnik təmizləmənin
həyata keçirilməsinə,
milli-mədəni irsimizin
məhv olunmasına, sərvətlərimizin talanmasına
görə məsuliyyət
daşıyır.
Bir neçə
gün əvvəl
ABŞ Konqresinin Nümayəndələr
Palatasının Xarici
İşlər Komitəsinin
Avropa üzrə alt komitəsində "Dağlıq Qarabağın
gələcəyi" mövzusunda
keçirilmiş dinləmələr
də bunu təsdiq edir. Dinləmələrin keçirilməsinə
ABŞ-dəki erməni
lobbisi də dəstək verir. Dinləmələrdə çıxış
edən ABŞ Dövlət
katibinin köməkçisi
Ceyms O'Brayn və qanunverici orqan nümayəndələri
regionda sülh prosesinin davam etdirilməsinə maneələr
törədən, düşmənçiliyi
qızışdıran açıqlamalarla
vəziyyəti gərginləşdirməyə
çalışırlar. Qərəzli
şəkildə Azərbaycanı
hədəfə alan,
respublikamızın özünümüdafiə
hüququndan istifadəsini
tənqid edən həmin açıqlamalar
bir daha təsdiq edir ki, ABŞ Azərbaycanın
öz suverenliyini və ərazi bütövlüyünü bərpa
etməsini qəbul edə bilmir. Dinləmələrdə verilən
açıqlamaların böhtan
xarakterli məzmunu göstərir ki, ABŞ rəsmiləri reallıq hissini itirərək, beynəlxalq hüquqa qarşı çıxır,
Azərbaycanın öz
milli haqqını bərpa etməsi ilə barışa bilmirlər.
Azərbaycan Xarici
İşlər Nazirliyinin
açıqlamasında dinləmələrdə
səsləndirilən fikirlərin
əsassız və qəbuledilməz olduğu
bildirilib: "Dinləmələri
və səsləndirilən
çıxışları Azərbaycan ilə ABŞ
arasında ikitərəfli
və çoxtərəfli
formatlarda münasibətlərə
zərbə kimi qiymətləndiririk. Azərbaycana
qarşı səslənən
ittihamlar əsassız
olmaqla yanaşı, regionda sülh və təhlükəsizliyi
sarsıdır.
Dinləmələrdə səsləndirilən "Azərbaycanın
gücdən istifadə
etməsi etimadı sarsıdıb və Bakının Ermənistanla
hərtərəfli sülhə
sadiqliyinə şübhələr
yaradıb", o cümlədən
"ikitərəfli münasibətlərimiz
"əvvəlki kimi"
ola bilməz" kimi ifadələr isə heç bir dəyər daşımır. Azərbaycan
beynəlxalq münasibətlərdə
öz maraqlarını
qətiyyətlə qoruyur
və ABŞ-nin ölkəmizə qarşı
bu cür qərəzli və düşmən mövqe tutması Bakını narahat etmir.
Azərbaycana qarşı
məkrli "907-ci düzəliş"
Dinləmələrdə çıxış edənlər
bildiriblər ki,
ABŞ Azərbaycana yardım
etməyəcək. Bu
baxımdan "907-ci düzəliş"in
icrasını hər
il müvəqqəti
dayandırmış ABŞ-nin bu bədnam düzəlişi
yenidən tətbiq etmək istəməsi bir daha Azərbaycana
qarşı olan düşmən münasibətdən
xəbər verir.
Xatırladaq ki,
1992-ci ildə ABŞ Konqresi
müstəqilliyini qazanmış
keçmiş sovet respublikalarına dövlət
quruculuğu, demokratiya
və bazar iqtisadiyyatına keçidlə
bağlı maliyyə
yardımını tənzimləyən
"Azadlığa Dəstək
Aktı" adlı qanun qəbul edib. Həmin il bu qanuna
erməni lobbisinin təsiri və senator Con Kerri
və konqresmen Ueyn Ouensin təşəbbüsü
ilə 907-ci bölməsinə
edilən düzəlişə
əsasən, ABŞ tərəfindən
Azərbaycana yardım
göstərilməsi qadağan
olunmuşdu.
O zaman müstəqilliyini
yeni əldə etmiş Azərbaycan 907-ci düzəliş kimi bir sankisiya ilə
ABŞ tərəfindən birbaşa maliyyə dəstəyindən məhrum
olmuşdu. Ən əsası isə bu düzəliş
işğala məruz
qalmış ölkəmizin
haqlı mövqeyinin tapdalanması idi.
"907-ci düzəliş"in müəllifləri iddia edirdilər ki, guya Azərbaycan Dağlıq Qarabağı
işğal edir, Ermənistana
qarşı blokada həyata keçirir. Lakin bu düzəlişin
qəbuluna qədər
Ermənistan Azərbaycan
torpaqlarını artıq
işğal etmişdi.
Belə ki, buna qədər Şuşa və Laçın ermənilər
tərəfindən işğal
olunmuşdu. Həmçinin
Xocalıda, Qaradağda
dinc azərbaycanlı
əhaliyə qarşı
soyqırımı cinayətləri
həyata keçirilmişdi. 1992-ci ilin oktyabr ayına qədər on minlərlə azərbaycanlı
artıq məcburi köçkün vəziyyətinə
düşmüşdü. Ermənistan öz işğalçı siyasətini
yalnız Qarabağda deyil, bütövlükdə
Azərbaycanın sərhədboyu
rayonlarında, o cümlədən
Naxçıvan Muxtar
Respublikasında həyata
keçirirdi.
Bütün bunlar
o dövrdə dünyanın
bildiyi həqiqətlər
idi. Elə ABŞ-də də vəziyyətin necə olduğunu çox yaxşı bilirdilər. Lakin ABŞ məkrli, ikiüzlü və riyakar mövqedən çıxış edərək
bu düzəlişi tətbiq etmişdi.
Bugünkü Azərbaycan
30 il əvvəlin Azərbaycanı deyil. Bugünkü Azərbaycan
torpaqlarını işğaldan
azad edən, öz milli haqqını
qətiyyətlə qorumağı
bacaran, müstəqil
və cəsarətli
bir dövlətdir. Azərbaycan həm də başqalarına əl tutan, kömək edən dövlətdir. Belə bir dövlətin isə ABŞ-nin hansısa yardımına ehtiyacı yoxdur.
ABŞ-nin vasitəçilik
missiyası həyata keçirməyə haqqı
yoxdur
Göründüyü kimi, ABŞ Azərbaycanın
öz ərazi bütövlüyünü bərpa
etməsini həzm edə bilmədiyi kimi güclü, regionda və dünyada söz sahibi olan Azərbaycan
dövlətini də
qəbul edə bilmir. Öz hüquqlarını qətiyyətlə
təmin edən Azərbaycanın isə nə ABŞ, nə də onun konqresi
qarşısında heç
bir öhdəliyi yoxdur. Heç bir ölkə Azərbaycanla təzyiq dili ilə danışa
bilməz və bu dəfələrlə beynəlxalq münasibətlərdə
öz təsdiqini tapıb. Buna görə "907-ci düzəliş"in
tətbiqi, ikitərəfli
münasibətlərin əvvəlki
kimi olmasının qeyri-mümkünlüyü kimi
çağırışlarla Azərbaycana təzyiq göstərməyə çalışan
ABŞ heç vaxt ölkəmizin maraqlarına
təsir edə bilməz.
Bu cür davranışlar, Azərbaycana
qarşı qərəzli
və düşmən
münasibət, erməni
lobbisinin alətinə
çevrilmək ilk növbədə ABŞ-nin
özünün ziyanınadır.
Çünki Azərbaycansız
ABŞ-nin Cənubi Qafqaz və Mərkəzi Asiya siyasəti mümkün deyil.
Azərbaycana qarşı
bu cür qərəzli və düşmən mövqeyindən
sonra isə ABŞ-nin vasitəçilik missiyası həyata keçirməyə haqqı
yoxdur. Məlum olduğu kimi, Azərbaycan ABŞ-nin qərəzli və düşmən mövqeyinə
görə noyabrın
20-də Vaşinqtonda Azərbaycanın
və Ermənistanın
xarici işlər nazirləri səviyyəsində
təklif olunan görüşün keçirilməsini
mümkün hesab etməyib.
Rəşad
CƏFƏRLİ,
Azərbaycan.-2023.-
18 noyabr, ¹251- S.6.