Vaşinqtonun bitməyən qərəzi

 

 

ABŞ Konqresinin "907-ci düzəliş"i ölkəmizə qarşı ədalətsizliyin bariz nümunəsidir

 

 

 

"Müəyyən beynəlxalq dairələr Cənubi Qafqazda vəziyyətin gərgin olaraq qalmasında maraqlıdırlar. Eyni zamanda biz hələ bir sıra dövlətlərin əsassız olaraq Ermənistanın maraqlarına uyğun formada çıxış etdiyini görürük. Noyabrın 15-də ABŞ-nin Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin Avropa Avrasiya altkomitəsində "Dağlıq Qarabağın gələcəyi" mövzusunda dinləmə keçirilməsi çıxış edənlərin Azərbaycana qarşı qərəzli mövqeyi bunu bir daha təsdiqləyir".

Bu fikirləri Milli Məclisin Beynəlxalq münasibətlər parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva "Azərbaycan" qəzetinə açıqlamasında deyib. Deputat bildirib ki, Azərbaycan otuz il ərzində Ermənistanın işğalından əziyyət çəkən zaman beynəlxalq birlik işğalçıya qarşı təsirli addımlar atmayıb, bu prosesdə dünyanın aparıcı dövlətləri xüsusilə susqunluq nümayiş etdiriblər. Vaxtilə ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri olmuş ABŞ da Qarabağ münaqişəsinin həllində ikili standartlardan çıxış edib. Həmin dövrdə ABŞ digər həmsədrlər təcavüzkarı heç vaxt öz adı ilə çağırmayıblar, əksinə, verdikləri bəyanatlar işğalçı Ermənistanın maraqlarına uyğun olub. Özünü dünyada beynəlxalq hüququn, insan haqlarının əsas "qoruyucusu" kimi təqdim edən ABŞ işğaldan əziyyət çəkən Azərbaycana heç vaxt ciddi dəstək nümayiş etdirməyib. Əksinə, konqres tərəfindən qəbul olunmuş "907-ci düzəliş" ölkəmizə qarşı ədalətsizliyin bariz nümunəsidir.

S.Fətəliyevanın sözlərinə görə, beynəlxalq səviyyədə ədalətsizliklə üzləşən Azərbaycan 2020-ci ildə 44 günlük Vətən müharibəsində öz torpaqlarını işğaldan azad edib. "Bu tarixi hadisədən sonra rəsmi Vaşinqton Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması sülh müqaviləsinin imzalanması üçün vasitəçilik təşəbbüsləri ilə çıxış edib. Təsadüfi deyil ki, Azərbaycan Ermənistan xarici işlər nazirlərinin sülh sazişi layihəsinin müzakirəsi üzrə keçirdiyi altı görüşdən üçü ABŞ- baş tutub. Bu, ölkəmizin sülhə sadiqliyinin göstəricisidir. Amma sentyabr ayında ordumuzun Qarabağda keçirdiyi lokal antiterror tədbirləri nəticəsində dövlətimizin suverenliyini tam bərpa etməsindən, separatçı rejimin təslim olmasından sonra ABŞ-nin mövqeyində müəyyən dəyişikliklər yaranıb. Belə ki, Evin bir sıra rəsmi şəxsləri Azərbaycanın öz suverenliyini təmin etməsini yanlış formada şərh edirlər. ABŞ Konqresindəki erməni lobbisinin nümayəndələri isə açıq-aşkar erməni separatizminə dəstək verir, ölkəmizə qarşı qərəzli mövqe sərgiləyirlər", - deyə deputat əlavə edib.

Sevinc Fətəliyeva qeyd edib ki, ABŞ-nin Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin Avropa Avrasiya altkomitəsində "Dağlıq Qarabağın gələcəyi" mövzusunda keçirilən dinləmələrdə dövlət katibinin Avropa Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O'Braynın fikirləri obyektivlikdən uzaq qəbulolunmazdır. Onun "Azərbaycanla münasibət 19 sentyabr hadisələrindən sonra adi qaydada davam etməyəcək" sözləri ciddi suallar doğurur. Belə çıxır ki, ABŞ Azərbaycanın beynəlxalq müstəvidə tanınmış ərazisində qanunsuz, separatçı rejimin mövcudluğunun tərəfdarıdır? Digər tərəfdən, ABŞ rəsmisi çıxışında Ermənistanın separatçı rejimin işğal dövründə Azərbaycana vurduğu zərbələrə, yüz minlərlə insanın doğma yurdlarından qovulmasına toxunmur. Dövlətimiz 44 günlük müharibədən sonra Qarabağ erməniləri ilə məsələlərin dinc yola həll olunmasına çalışıb, lakin qanunsuz rejim buna qarşı çıxıb, əvəzində bir çox hərbi təxribat törədib. Ona görə , Azərbaycan qanunsuz rejimin hərbi birləşmələrinə qarşı lokal antiterror tədbirləri keçirib öz suverenliyini təmin edib. Eyni zamanda Qarabağın mülki erməni əhalisi üçün reinteqrasiya proqramı təklif edilib, lakin həmin ermənilərin əksəriyyəti könüllü surətdə Ermənistana köçüb.

Milli Məclisin komitə sədrinin müavini vurğulayıb ki, bu gün Azərbaycanla yanaşı, Ukrayna, Gürcüstan Moldova da eyni problemdən əziyyət çəkir, onların da ərazi bütövlüyü suverenlik problemi var. Amma nədənsə ABŞ birmənalı olaraq həmin ölkələrə açıq dəstək verir. Azərbaycana gəlincə, başqa mövqe ortaya qoyulur. Beynəlxalq hüquq bütün ölkələr üçün bərabər olmalıdır. Lakin Vaşinqtonun qərəzli yanaşması Azərbaycanın beynəlxalq hüquqa ədalət prinsiplərinə əsaslanan mövqeyinə təsir edə bilməz.

 

Əsmər QARDAŞXANOVA,

Azərbaycan.-2023.- 18 noyabr, №251- S.6.