"Qərb ölkələrinin,
eləcə də
ABŞ-nin həqiqətləri
təhrif etmələri,
ölkəmizə qarşı
riyakar mövqe sərgiləmələri qəbuledilməzdir.
Bu ikiüzlü davranışlar ATƏT-in
Minsk qrupunun fəaliyyəti dövründə
edilənlərin bir növ təkrarıdır.
Azərbaycanın haqlı
mövqeyi açıq-aşkar
ortada olsa da, bəzi ölkələr
nəinki bu problemin həll olunması üçün
heç bir iş görmür, hətta gərginliyi artırmağa çalışırlar.
Noyabrın 15-də ABŞ Konqresinin
Nümayəndələr Palatasında
"Dağlıq Qarabağın
gələcəyi" mövzusunda
keçirilmiş dinləmələr
də bunu sübut edir".
Bu sözləri
"Azərbaycan" qəzetinə
açıqlamasında Milli
Məclisin deputatı
Hikmət Məmmədov
deyib. Deputat qeyd edib ki,
BMT Təhlükəsizlik Şurasının
üzvü olmaqla yanaşı, bu qurumun Azərbaycanın ərazi bütövlüyünün
bərpası ilə bağlı qəbul etdiyi dörd qətnaməyə səs
vermiş ölkə kimi ABŞ-nin əleyhimizə çıxış
etməsi, tarixin arxivinə yollanmış
mövzuları gündəmə
gətirməsi bu ölkəyə yaraşmır:
"Həm də yeni reallıqlarla uzlaşmır. Hər kəsə yaxşı məlumdur ki, Azərbaycan ərazisində
Dağlıq Qarabağ
adlı bir coğrafi vahid artıq yoxdur. Sadəcə olaraq, ABŞ
Azərbaycanın artan
gücünü, suverenliyini
və müstəqilliyini
qəbul edə bilmir".
Deputat qeyd edib ki, Azərbaycanda
Qarabağ iqtisadi rayonu var və
suveren ərazisində
hansı coğrafiyanın
necə adlandırılması
hər ölkənin daxili işidir: "Bu, ölkələrin suveren hüquqlarına aiddir, ABŞ Azərbaycanla
uzun illərdir ki, əməkdaşlıq
edən bir dövlət kimi həqiqətləri yaxşı
bilir. Lakin bilərəkdən mövcud
olmayan "Dağlıq
Qarabağ" adlı
inzibati ərazi vahidinin gələcəyi
ilə bağlı müzakirələr aparır.
Bu, müstəqil bir ölkənin suverenliyinin məhdudlaşdırılmasına
cəhd göstərməkdir".
Hikmət Məmmədov
həmçinin bildirib
ki, bəzi xarici qüvvələr erməni diasporunun əlində alətə çevrilib: "Elə
ABŞ-də bu dinləmələrin keçirilməsi
də bir mənada erməni lobbisinin təsiri altında baş tutub. ABŞ Konqresinin Nümayəndələr Palatasında
"Dağlıq Qarabağın
gələcəyi" mövzusunda
dinləmələrinə ən
çox dəstək
verən ABŞ-dəki
erməni lobbisi olub. Nəzərə almaq lazımdır ki, tədbirin təşkilatçısı konqresin
Avropa məsələləri
üzrə alt komitəsinin sədri Tomas Kin bir
müddət əvvəl
Ermənistanın ABŞ-dəki
səfiri ilə görüşüb".
Deputat vurğulayıb
ki, ABŞ-nin birtərəfli mövqeyinə
görə noyabrın
20-də Vaşinqtonda keçirilməsi
nəzərdə tutulmuş
Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin
görüşünə Azərbaycanın
xarici işlər naziri getməyəcək.
Çünki ABŞ qeyri-hüquqi
və ədalətsiz
mövqeyi ilə sülhə xidmət etmədiyini, regionda qarşıdurmanın daha
da dərinləşməsinə
çalışdığını bəlli edir. Lakin o da unudulmamalıdır
ki, ABŞ-nin və Qərbin cəhdlərinə baxmayaraq,
regionumuzda sülhün
mütləq bərpa
olunması üçün
Azərbaycan əlindən
gələni əsirgəməyəcək.
"Azərbaycanla təhdid
dili ilə danışmaq qəbuledilməzdir.
ABŞ anlamalıdır ki,
Azərbaycan olmadan Cənubi Qafqazda hər hansısa siyasətini həyata keçirə bilməz. Ona görə də ermənilərə
saxta dəstək nümayiş etdirməkdənsə,
konqres ABŞ-nin günü-gündən artmaqda
olan daxili problemləri ilə məşğul olmalıdır.
ABŞ-də irqi ayrı-seçkilik, polis zorakılığı və
s. bu kimi digər problemlər baş alıb gedir. Bütün bu haqsızlıqlara susan, Ermənistanı bircə dəfə də olsun qınamayan,
BMT TŞ-nin məlum
4 qətnaməsinin icrası
istiqamətində heç
bir addım atmayan ABŞ indi Azərbaycana qarşı ittihamlar səsləndirə
bilməz", - deyə
deputat söyləyib.
Hikmət Məmmədovun
sözlərinə görə,
Azərbaycana diktə
etmək istəyənlərin
cavabı adekvat olaraq veriləcək. Biz düzgün məqam gözləyirik, əminik ki, Prezident İlham Əliyev nəyi necə və nə vaxt etməyi
yaxşı bilir.
Nəzrin QAFARZADƏ,
Azərbaycan.-2023.-
18 noyabr, №251- S.6.