Azərbaycan sülh deyir, ABŞ isə hərb

 

 

"Dünyanın o başında oturub bizə qarşı əsassız ittihamlar irəli sürənlər əl çəksinlər bizdən, qoysunlar Cənubi Qafqaz rahat nəfəs alsın. Bu bölgə əsrlər boyu davalar, savaşlar, qanlı toqquşmalar məkanı olmuşdur. Yetər artıq! Biz bunu tələb edirik..."

Bu il sentyabrın 20-də Prezident İlham Əliyevin xalqa müraciətində qətiyyətlə xəbərdarlıq etdiyi kimi, bəzi riyakar, ikili standartlar yürüdən ölkələr təcavüzkar Ermənistana hərtərəfli siyasi, hərbi dəstək verərək, ümumilikdə bölgəni müharibə təhlükəsi altında qoyublar.

ABŞ, eyni zamanda başda Fransa olmaqla bəzi Qərbi Avropa ölkələri Azərbaycanın torpaqlarını işğaldan azad etməsini, suverenliyini təmin etməsini heç cür qəbul etmək istəmir, İrəvanı silahlandıraraq yenidən Cənubi Qafqazda savaşa, qan-qadaya yol açırlar.

Onilliklər boyu Azərbaycanın işğalla üz-üzə qalmasına göz yuman, regiondakı işğaldan əvvəlki, sonrakı gerçəklikləri nəzərə almayan məkrli Qərb sülh adı altında savaş planları cızır, beynəlxalq hüququ ayaqlar altına atır.

Azərbaycanın keçmiş işğal olunmuş ərazilərindən köçkün düşmüş Ermənistandan zor gücü ilə deportasiya olunmuş qaçqınların vəziyyəti ilə heç zaman maraqlanmayan bu "humanist" ölkələr indi "erməni problemləri"nin müdafiəçisi roluna girərək zorla özlərini bölgəyə pərçim etmək istəyirlər.

 

 

 

Konqresdə gülünc müzakirə

 

 

 

Noyabrın 15-də ABŞ Konqresinin Nümayəndələr Palatasında "Dağlıq Qarabağın gələcəyi" mövzusunda keçirilmiş dinləmələr Vaşinqtonun regionda sülhə qarşı  çıxdığını bir daha nümayiş etdirdi.  

Hazırda dünyada baş verən müharibələrin, saysız insan itkilərinin qarşısının alınması istiqamətində heç bir görməyən, ağızlarına su alıb oturan konqresmenlərin Azərbaycan ərazisi barədə erməni ağzı ilə yalanlar, böhtanlar səsləndirmələrinin özü insan haqlarına həqarətdir.

Rüşvətxor, erməni lobbisinin pulunun hərisinə çevrilən bu siyasi işbazlar hələ qəbul etmək istəmirlər ki, artıq dünya xəritəsində "Dağlıq Qarabağ" adlı bir ərazi vahidi mövcuddur, onun hansısa gələcəyi var.

ABŞ Qarabağ münaqişəsinin nizamlanması prosesində vasitəçi kimi 27 il ərzində tərəflərin sülhə gəlməsi üçün heç bir görməyib. Əksinə, Vaşinqtonun ötən müddətdə təcavüzkar Ermənistana dəstək verməsinə, Azərbaycana qarşı ikili münasibət sərgiləməsinə şahid olmuşuq.

İndi isə özünü "demokratiya beşiyi" adlandıran ABŞ ölkəmizə qarşı açıq şantaja, təhdidə keçib.

Nədən ki, Azərbaycan BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsini öz gücü ilə yerinə yetirib, suverenliyini bərpa edib, ərazisində onilliklər boyu kök salmış separatizmin yuvasını dağıdıb. Ölkəmizi könüllü tərk etmək istəyən erməni sakinlərə hər cür şərait yaradıb. Qarabağ iqtisadi zonasında qalaraq Azərbaycan qanunları ilə yaşamağa razı olan erməniəsilli sakinlərə ləyaqətli təhlükəsiz həyat şəraiti yaradıb.

Nəhayət, Cənubi Qafqazda müharibə bitib, iki ölkə arasında normallaşmaya nail olunması üçün real zəmin yaranıb.

 

 

Vaşinqton riyakarlığını davam etdirir

 

 

 

Lakin bütün bu gerçəkliklər erməni lobbisinin oyuncağına çevrilən Qərbi qane etmir. Noyabrın 15-də ABŞ Konqresinin Nümayəndələr Palatasında dinləmələrin keçirilməsinə ən çox dəstək verən ABŞ-dəki erməni lobbisidi.

təsadüfdür ki, tədbirin təşkilatçısı konqresin Avropa məsələləri üzrə alt komitəsinin sədri Tomas Kin bundan əvvəl Ermənistanın ABŞ-dəki səfiri Lilit Makuns ilə görüşüb.

Ancaq bu ikili standartların, gülünc dinləmələrin ölkəmiz üçün zərrə qədər əhəmiyyəti yoxdur. Çünki Azərbaycan ABŞ, onun konqresi qarşısında heç bir öhdəliyə malik deyil.

Sözügedən tarixdə ABŞ Dövlət katibinin Avropa Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O'Brayn Xarici İşlər Komitəsində keçirilən dinləmədə deyib ki, ABŞ Ermənistan-Azərbaycan sülh danışıqlarında inkişaf görənədək Azərbaycana birbaşa yardımları qadağan edən "907-ci düzəliş"dən imtinanın müddətini uzatmayacaq.

"Demokratik" ABŞ Azərbaycanı hədələdiyi bədnam "907-ci düzəliş"i 1992-ci ildə qəbul edib. "Azadlığı Müdafiə Aktı" adlı qanunun 907-ci bölməsinə düzəlişə əsasən, ABŞ hökumətinin Azərbaycanın rəsmi strukturlarına yardım göstərməsi qadağan olunub.

Torpağından zorla didərgin salınan bir milyondan çox azərbaycanlının taleyinə ABŞ biganəlik göstərərək etdiyi bu düzəlişlə, həm "insanpərvər"liyini sərgiləmişdi. 

Vaşinqton bu riyakar əməlindən hələ əl götürməyib illər əvvəl xalqımıza, ölkəmizə qarşı etdiyi ikiüzlülüyünü hazırda da davam etdirir.

Azərbaycan Xarici İşlər Nazirliyi bildirib ki, Ceyms O'Braynın dinləmələrdə səsləndirdiyi birtərəfli qərəzli fikirlər səmərəsiz, əsassız qəbuledilməzdir: "Dinləmələri səsləndirilən çıxışları Azərbaycan ABŞ arasında ikitərəfli çoxtərəfli formatlarda münasibətlərə zərbə kimi qiymətləndiririk. Azərbaycana qarşı səslənən ittihamlar əsassız olmaqla yanaşı, regionda sülh təhlükəsizliyi sarsıdır".

Şərhdə deyilir ki, region ölkəsi olmayan ABŞ öz addımları bəyanatları ilə bölgə ölkələrinin nəqliyyat təhlükəsizliyi səylərinə zərbə vurur: "Ceyms O'Braynın "907-ci düzəliş"in icrasının müvəqqəti dayandırılması məsələsi ilə bağlı şərhinə gəlincə isə belə görünür ki, ABŞ tərəfi 1992-ci ildə təcavüzə işğala məruz qalmış dövlət olmasına baxmayaraq, bu düzəlişlə sanksiyaya məruz qalan Azərbaycana qarşı etdiyi səhvi yenidən təkrarlayır".

 

 

 

Azərbaycan öz milli maraqlarını təmin edib

 

 

 

Yürütdüyü işğalçılıq siyasəti sayəsində dirəndiyi dalandan, düşdüyü hərtərəfli böhrandan çıxmaq üçün sülh məhz Ermənistana vacibdir.

Lakin regionda ssenarinin sülhə doğru irəliləməsini istəməyən ikili standartlı ABŞ Fransa marionet ölkə Ermənistanı yeni müharibəyə qızışdırır, bir sözlə, bölgədə müharibə istəyirlər.

Azərbaycan beynəlxalq hüququn norma prinsiplərinə uyğun olaraq torpaqlarını işğaldan azad edib, suverenliyini təmin edərək, bayrağını bütün ərazilərində dalğalandırıb. Bundan sonra da ölkəmiz milli maraqlarına təhdid olan bütün güclərə qarşı qətiyyətlə mübarizə aparacaq məkrli qüvvələri layiqincə yerinə otuzduracaq. Necə ki bu barədə sentyabrın 20-də qalib lider İlham Əliyev xəbərdarlıq mesajını verib: "Bizə xor baxanlar, torpağımıza göz dikənlər, uğurumuzu həzm edə bilməyənlər heç vaxt, heç vaxt unutmasınlar ki, "dəmir yumruq" yerindədir hər zaman yerində olacaq! Heç kim bizimlə diktat ultimatum dilində danışa bilməz! Bunu heç kim unutmasın!"

 

Yasəmən MUSAYEVA,

Azərbaycan.-2023.- 18 noyabr, №251- S.8.