İrqi ayrı-seçkilik, islamofobiya...

 

 

Fransa insan haqlarının vəziyyətinə görə BMT üzvləri tərəfindən sərt tənqid edilir

 

 

 

Özünü hər vaxt "demokratiyanın beşiyi" hesab edən, hansı ki buna haqqı olmayan Fransada son illər baş qaldıran  irqi ayrı-seçkilik, islamofobiya fonunda haqlı narazılıqlarını nümayiş etdirən ölkə vətəndaşlarının hüquqlarının kobud şəkildə pozulması artıq Emmanuel Makron hakimiyyəti üçün adi hala çevrilib.

Acınacaqlı haldır ki, hökumətin səriştəsiz daxili xarici siyasətinə qarşı etiraz aksiyalarında iştirak edən müxtəlif peşə sahiblərinə hətta jurnalistlərə polislər tərəfindən mütəmadi zor tətbiq edilir. Bu da ilk növbədə fundamental insan haqlarının, sərbəst toplaşma fikir azadlığı hüquqlarının kobud pozulmasıdır.

İndi "demokratik" Fransanın AFP xəbər agentliyi "Yaxın Şərqdə baş verən hadisələri düzgün işıqlandırmadığı" üçün ictimai siyasi təzyiqlərə məruz qalır. Yerli mətbuatın məlumatına görə, AFP-nin sədri baş direktoru Fabris Fris xəbər agentliyinin yayım siyasəti ilə bağlı dinləmələr üçün Fransa Senatına çağrılıb.

Fris çıxışında agentliyin "antisemitizmi qızışdırmaqda" günahlandırıldığını bildirib. AFP rəhbəri bu cür ittihamları böhtan adlandırıb. Əslində, Fransanın uzaq yaxın keçmişinə nəzər salsaq, baş verən hadisələr heç təəccüb doğurmur. Bu, tarixən işğalçı müstəmləkəçi siyasət yürüdən, dinc insanlara qarşı çoxsaylı cinayətlər soyqırımı törədən ölkə üçün adi hal sayıla bilər.

Fransada toplaşma ifadə azadlığı kimi anlayışlara artıq məhəl qoyulmur, etirazçıların dinc nümayişləri qəddarlıqla dağıdılır, insanların  hüquqları kobud şəkildə pozulur. Ancaq digər ölkələrə Paris "demokratiya" "insan hüquqları" dərsləri keçmək istəyir.

Bir müddər əvvəl Paris insan haqlarının vəziyyətinə görə BMT üzvləri tərəfindən sərt şəkildə tənqid olunub. Makron hakimiyyəti etirazçılara miqrantlara qarşı hücumlar, irqi ayrı-seçkilik, müsəlmanlara qarşı diskriminasiyaya görə tənqid obyektinə çevrilib. 

BMT-nin İnsan Haqları Şurası Fransada insan haqlarının vəziyyətini üç saatdan çox araşdırıb. Nəticədə ABŞ, İsveç, Norveç, İran, Çin, Malayziya, Braziliya, Yaponiya, Rusiya, Lüksemburq, Tunis, Danimarka, Lixtenşteyn digər ölkələrin nümayəndələri  Fransa hökumətini asayişin qorunması ilə bağlı siyasətini yenidən nəzərdən keçirməyə, polis məmurlarının iştirakı ilə baş verən irqçi insidentlərin bütün hallarının qeyri-polis orqanları tərəfindən qərəzsiz araşdırılmasını təmin etmək üçün addımlar atmağa çağırıblar.

Bu gün eyni zamanda Cənubi Qafqazda yeni reallıqlar yaradan Azərbaycanın uğurlarını "həzm edə" bilməyən Fransanın ermənipərəst prezidenti Emmanuel Makronun tez-tez bölgədə mövcud vəziyyəti təhrif edən mövqe sərgiləməsi həm onun tərəfindən tətbiq edilən ikili standartların qərəzin bariz nümunəsidir. Müstəmləkə siyasəti çərçivəsində insan haqlarına heç bir önəm verməyən Fransanın ərazisində bir çox xalqların etnik azlıqların firavan yaşadığı Azərbaycana dərs keçməyə çalışması qəbuledilməzdir. Eyni şəkildə, 30 ilə yaxın müddətdə hüquqları pozulmuş, ərazilərindən didərgin düşmüş, kütləvi qırğınlara məruz qalmış azərbaycanlıların faciələri barədə indiyə qədər heç bir şərh verməyən Fransanın indi ermənilərin hüquqlarını müdafiə etdiyini bildirməsi Parisin saxta niyyətindən xəbər verir. Amma istənilən halda Fransanın bölgədə sülhə xidmət etməyən qarışıqlıq yaratmaq istiqamətindəki səyləri heç bir nəticə verməyəcək.

 

Rizvan CƏFƏROV,

Azərbaycan.-2023.- 18 noyabr, №251- S.9.