"Su
ehtiyatları, su təsərrüfatı və
meliorasiya sahələrində
idarəetmənin təkmilləşdirilməsi
haqqında" Azərbaycan
Respublikası Prezidentinin
2023-cü il 30 mart tarixli 2074 nömrəli Fərmanında dəyişiklik
edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq qərara alıram:
"Su ehtiyatları,
su təsərrüfatı
və meliorasiya sahələrində idarəetmənin
təkmilləşdirilməsi haqqında" Azərbaycan
Respublikası Prezidentinin
2023-cü il 30 mart tarixli 2074 nömrəli Fərmanının (Azərbaycan
Respublikasının Qanunvericilik
Toplusu, 2023, № 3, maddə
370) 3-cü hissəsində "fəaliyyətin təşkilini"
sözləri "fəaliyyəti"
sözü ilə əvəz olunsun və həmin hissəyə "qurğuların"
sözündən sonra
"(Xəzər dənizinin
(gölünün) Azərbaycan
Respublikasına mənsub
olan bölməsində
yerləşən dəniz
qurğuları, onların
saxlanılmasını və
qorunmasını təmin
edən əsas və köməkçi avadanlıq istisna olmaqla)" sözləri əlavə edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
17 noyabr 2023-cü il
Azərbaycan.-2023.-
18 noyabr, № 251.- S.2.