Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında

 

 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

 

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, "Su ehtiyatları, su təsərrüfatı meliorasiya sahələrində idarəetmənin təkmilləşdirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 30 mart tarixli 2074 nömrəli Fərmanının icrası ilə əlaqədar qərara alıram:   

1. "Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi haqqında Əsasnamə" təsdiq edilsin (əlavə olunur).

2. "Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin strukturu" təsdiq edilsin (əlavə olunur).

3. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (bundan sonra - Agentlik) tabeliyindəki Azərbaycan Meliorasiya Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin Hidrogeoloji-Meliorativ Xidmət Suların İstifadəsinə-mühafizəsinə Nəzarət İdarəsinin əsasında Agentlik yanında Suların İstifadəsinə Mühafizəsinə Dövlət Nəzarəti Xidməti yaradılsın.

4. Agentliyin Aparatının işçilərinin say həddi 170 ştat vahidi, Agentlik yanında  Suların İstifadəsinə Mühafizəsinə Dövlət Nəzarəti Xidməti işçilərinin say həddi  cəmi 146 ştat vahidi, o cümlədən Xidmətin Aparatı üzrə 51 ştat vahidi regional bölmələri üzrə 95 ştat vahidi müəyyən edilsin.

5. Agentliyin tabeliyində aşağıdakı publik hüquqi şəxslər yaradılsın:

5.1. bu Fərmanın 3-cü hissəsi 5.3 - 5.5-ci bəndləri nəzərə alınmaqla, tabeliyindəki Azərbaycan Meliorasiya Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin çevrilmə formasında yenidən təşkili yolu ilə Regional Su Meliorasiya Xidməti;

5.2. bu Fərmanın 5.5-ci bəndi nəzərə alınmaqla, tabeliyindəki "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin çevrilmə formasında yenidən təşkili yolu ilə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti;

5.3. tabeliyindəki Azərbaycan Meliorasiya Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin  Meliorasiya Elmi Tədqiqat İnstitutunun çevrilmə formasında yenidən təşkili yolu ilə  Su Meliorasiya Elmi Tədqiqat İnstitutu;

5.4. tabeliyindəki Azərbaycan Meliorasiya Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin Tikilməkdə olan meliorasiya irriqasiya obyektlərinin birləşmiş müdiriyyətinin çevrilmə formasında yenidən təşkili yolu ilə  Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti;

5.5. tabeliyindəki Azərbaycan Meliorasiya Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin Su təsərrüfatı obyektlərinin layihələndirilməsi üzrə Azərbaycan Dövlət İnstitutu "Azdövsutəslayihə"nin tabeliyindəki "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin "Sukanal" Elmi Tədqiqat Layihə İnstitutunun çevrilmə formasında yenidən təşkili yolu ilə Su Meliorasiya Kompleksinin Layihələndirilməsi İnstitutu.

6. Müəyyən edilsin ki:

6.1. Agentlik yanında Suların İstifadəsinə Mühafizəsinə Dövlət Nəzarəti Xidməti, Agentliyin fəaliyyət istiqamətlərinə uyğun olaraq, su obyektlərindən istifadə onların mühafizəsi qaydalarına, sudan istifadə limitlərinə, su obyektlərindən istifadə onların mühafizəsi sahəsində sanitariya-gigiyena, ekoloji, hidrogeoloji, hidroloji, texnoloji tələbləri nəzərdə tutan normativ hüquqi aktlara, su mühafizə zonalarının ərazisindən istifadə rejiminə Azərbaycan Respublikası su qanunvericiliyinin digər tələblərinə riayət edilməsinə dövlət nəzarətini, su su təsərrüfatı obyektlərinin monitorinqini həyata keçirən Agentliyin strukturuna daxil olan qurumdur;

6.2. Regional Su Meliorasiya Xidməti meliorasiya irriqasiya sahəsində xidmətlər göstərən, dövlət mülkiyyətində olan meliorasiya irriqasiya sistemlərinin istismarını mühafizəsini, balansında (istifadəsində) olan su təsərrüfatı obyektlərinin (su anbarlarının, kanalların, boru xətlərinin s.) istismarını həyata keçirən, həmçinin Azərbaycan Respublikasının rayon şəhərlərində (Bakı, Sumqayıt, Gəncə, Mingəçevir Şirvan şəhərləri istisna olmaqla) istehlakçıların məişət (təsərrüfat) - içməli, istehsalat digər məqsədlər üçün su ilə təmin olunması, yağış tullantı sularının emalı axıdılması xidmətlərini göstərən publik hüquqi şəxsdir;

6.3. İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti Bakı, Sumqayıt, Gəncə, Mingəçevir Şirvan şəhərlərində istehlakçıların məişət (təsərrüfat) - içməli, istehsalat digər məqsədlər üçün su ilə təmin olunması, yağış tullantı sularının emalı axıdılması xidmətlərini göstərən publik hüquqi şəxsdir;

6.4. Su Meliorasiya Elmi Tədqiqat İnstitutu su meliorasiya sahəsində fundamental tətbiqi tədqiqatlar həyata keçirən publik hüquqi şəxsdir;

6.5. Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti tikinti işlərinin təsdiq edilmiş layihə-smeta sənədlərinə uyğun həyata keçirilməsini əsaslı vəsait qoyuluşu üzrə dövlət büdcəsindən digər mənbələrdən ayrılmış vəsaitin idarə edilməsinin səmərəliliyini təmin edən, habelə su təsərrüfatı meliorasiya obyektlərinin, su təchizatı kanalizasiya sistemlərinin inşası, yenidən qurulması, bərpası ilə bağlı satınalmaları təşkil edən publik hüquqi şəxsdir;

6.6. Su Meliorasiya Kompleksinin Layihələndirilməsi İnstitutu su təsərrüfatı meliorasiya obyektlərinin, su təchizatı, tullantı sularının emalı axıdılması sistemlərinin layihələndirilməsini həyata keçirən publik hüquqi şəxsdir;

6.7.  bu Fərmanın 5.1-ci 5.2-ci bəndlərində nəzərdə tutulan publik hüquqi şəxslər "Hüquqi şəxslərin dövlət qeydiyyatı dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dövlət qeydiyyatına alındığı günədək Azərbaycan Meliorasiya Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti "Azərsu" Açıq Səhmdar Cəmiyyəti öz fəaliyyətini davam etdirir onların strukturu, işçilərinin say həddi, əməkhaqları (vəzifə maaşları, vəzifə maaşlarına əlavələr, mükafatlar digər ödənişlər) əməyin ödənilməsi sistemi saxlanılır;

6.8. bu Fərmanın 5.1-ci 5.3-cü bəndlərində nəzərdə tutulan publik hüquqi şəxslərin saxlanma xərcləri fəaliyyəti dövlət büdcəsinin vəsaiti, habelə onların fəaliyyətindən əldə edilən gəlir qanunla qadağan olunmayan digər mənbələr hesabına maliyyələşir;

6.9. bu Fərmanın 5.2-ci, 5.4-cü 5.5-ci bəndlərində nəzərdə tutulan publik hüquqi şəxslərin saxlanma xərcləri fəaliyyəti onların fəaliyyətindən əldə edilən gəlir qanunla qadağan olunmayan digər mənbələr hesabına maliyyələşir;

6.10. bu Fərmanın 5-ci hissəsində nəzərdə tutulan publik hüquqi şəxslərin nizamnamə fondu onların çevrilmə yolu ilə yenidən təşkil olunduqları qurumların əmlakı (bu Fərmanın 8.1.6.1-ci 8.1.6.2-ci yarımbəndləri nəzərə alınmaqla) hesabına formalaşır.

7. Bu Fərmanın 5-ci hissəsində nəzərdə tutulan publik hüquqi şəxslərin təsisçisinin səlahiyyətlərinin həyata keçirilməsi aşağıdakılara həvalə edilsin:

7.1. Azərbaycan Respublikasının Prezidentinə:

7.1.1. yenidən təşkili ləğv edilməsi;

7.2. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə:

7.2.1. nizamnamənin təsdiqi nizamnamə fondunun miqdarının müəyyən edilməsi, onlarda dəyişiklik edilməsi;

7.2.2. idarəetmə orqanlarının yaradılması;

7.3. Agentliyə:

7.3.1. bu Fərmanın 7.1-ci 7.2-ci bəndlərində qeyd edilənlər istisna olmaqla, "Publik hüquqi şəxslər haqqında" Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsində publik hüquqi şəxsin təsisçisinin səlahiyyətlərinə aid edilmiş digər məsələlərin həlli.

8. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

8.1.  dörd ay müddətində:

8.1.1. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin əsasnaməsinin layihəsini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

8.1.2. bu Fərmanın 5-ci 6-cı hissələri nəzərə alınmaqla, mühafizə olunmalı həyat təminatlı mühüm əhəmiyyətli obyektlərin mühafizəsi ilə əlaqədar təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

8.1.3. bu Fərmanın 1-6-cı hissələri nəzərə alınmaqla, normativ hüquqi aktların təkmilləşdirilməsi ilə bağlı təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

8.1.4. bu Fərmanın 5-ci hissəsində nəzərdə tutulan publik hüquqi şəxslərin nizamnamələrini təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

8.1.5. "Meliorasiya irriqasiya haqqında" Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin birinci hissəsinin yeddinci abzasına uyğun olaraq, meliorasiya irriqasiya sistemlərinin kadastrının aparılması qaydasını təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

8.1.6. bu Fərmanın 5.1-ci 5.2-ci bəndlərində nəzərdə tutulan publik hüquqi şəxslər dövlət qeydiyyatına alındığı gündən aşağıdakı dövlət əmlakının balansdan balansa verilməsi ilə bağlı tədbirlər görsün:

8.1.6.1. "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin balansındakı əmlakın (Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Şirvan şəhərlərinə xidmət göstərən su təchizatı tullantı suları sistemləri üzrə) İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin balansına;

8.1.6.2. Azərbaycan Meliorasiya Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin balansındakı əmlakın bu Fərmanın 8.1.6.1-ci yarımbəndi nəzərə alınmaqla "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin balansındakı digər əmlakın Regional Su Meliorasiya Xidmətinin balansına;

8.2. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

9. Agentlik:

9.1. bu Fərmanın 5-ci hissəsində nəzərdə tutulan publik hüquqi şəxslərin dövlət qeydiyyatına alınması üçün onların nizamnamələri təsdiq edildikdən sonra 3 (üç) gün müddətində "Hüquqi şəxslərin dövlət qeydiyyatı dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə müraciət etsin;

9.2. bu Fərmanın 5-ci hissəsində nəzərdə tutulan publik hüquqi şəxslər dövlət qeydiyyatına alındıqdan sonra onların strukturunu, əməyin ödənişi fondunu, işçilərin say həddini əməkhaqlarının (vəzifə maaşının, vəzifə maaşına əlavələrin, mükafatların digər ödənişlərin) məbləğini bir ay müddətində təsdiq etsin;

9.3. bu Fərmandan irəli gələn digər məsələlərin həlli üçün zəruri tədbirlər görsün.

10. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi:

10.1. bu Fərmanın 10.2-ci bəndi nəzərə alınmaqla, Agentliyin cari ildə fəaliyyətinin təşkili üçün zəruri maliyyələşməni təmin etsin;

10.2. bu Fərmanın 3-cü hissəsinə əsasən yaradılan Xidmətin bu Fərmanın 5.1-ci 5.3-cü bəndlərində nəzərdə tutulan publik hüquqi şəxslərin cari ildə fəaliyyətinin təşkili məqsədilə Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsində Azərbaycan Meliorasiya Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti üçün nəzərdə tutulmuş vəsait çərçivəsində maliyyələşməni təmin etsin;

10.3. Agentliyin, bu Fərmanın 3-cü hissəsinə əsasən yaradılan Xidmətin, habelə bu Fərmanın 5.1-ci 5.3-cü bəndlərində nəzərdə tutulan publik hüquqi şəxslərin fəaliyyətinin təşkili üçün tələb olunan vəsaiti hər il dövlət büdcəsinin layihəsində nəzərdə tutsun;

10.4. qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) qiymətləri (tarifləri) artırıldığı hallarda, fəaliyyət xüsusiyyətləri nəzərə alınmaqla, bu Fərmanın 5.1-ci 5.3-cü bəndlərində nəzərdə tutulan publik hüquqi şəxslərin fəaliyyətinin təşkili məqsədilə zəruri əlavə maliyyələşməni təmin etmək üçün tədbirlər görsün.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 17 noyabr 2023-cü il

Azərbaycan .-2023.- 18 noyabr, № 251.- S.2.