Beynəlxalq Ədalət Məhkəməsi
Ermənistanın Azərbaycana
qarşı 10 iddiasından
7-sini rədd edib
Beynəlxalq Ədalət
Məhkəməsi noyabrın
17-də Ermənistanın Azərbaycana
qarşı 10 iddiasından
7-sini rədd edib.
Məhkəmə öz
qərarında Azərbaycanın
Qarabağ üzərində
suverenliyini və ərazi bütövlüyünü
təsdiqləyib, Azərbaycanın
hərbi və hüquq-mühafizə orqanlarının
Qarabağ bölgəsindən
çıxarılması ilə
bağlı əsassız
və gülünc tələbini rədd edib. Həmçinin qərara əsasən Azərbaycan hökumətinin
Qarabağın erməni
sakinləri ilə bağlı artıq bəyan olunmuş siyasəti qəbul edilib. Bu, milli
və ya etnik mənşəyindən
asılı olmayaraq bütün sakinlərin təhlükəsizliyini və
mühafizəsini təmin
etmək barədə
Azərbaycanın öhdəliyini
əhatə edir.
Məhkəmə Ermənistanın
BMT agentliklərinin Qarabağ
bölgəsinə səfəri
və Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) ilə əməkdaşlıq barədə
iddiasına əhəmiyyət
verməyib, bununla da, beynəlxalq təşkilatların bölgəyə
girişi ilə bağlı ölkəmizə
qarşı bütün
iddiaları mahiyyətcə
əsassız edib. Həmçinin məhkəmənin
mədəniyyət abidələri
və artefaktlar ilə bağlı Ermənistanın iddialarını
rədd etməsi Azərbaycanın həyata
keçirdiyi müsbət
tədbirlərin təsdiqidir.
Bundan başqa,
məhkəmə müvafiq
ittihamlarla saxlanılan
qanunsuz separatçı
rejimlə əlaqəsi
olan şəxslərlə
bağlı Ermənistanın
iddiasını eyni şəkildə təmin
etməyib.
Azərbaycanın İrqi Ayrı-seçkiliyin Bütün Formalarının Ləğv Edilməsi haqqında Beynəlxalq Konvensiya (CERD) öhdəliklərini pozması Məhkəmə tərəfindən təsdiqlənməyib və Ermənistanın bu iddiası da rədd edilib.
Azərbaycan.-2023.- 18 noyabr, № 251.- S.5.