Azərbaycan
ilə Rusiya arasında mədəni əlaqələrin inkişafı
müzakirə edilib
Azərbaycanın mədəniyyət
naziri Adil Kərimli IX Sankt-Peterburq Beynəlxalq Mədəniyyət
Forumu çərçivəsində
Rusiyanın mədəniyyət
naziri Olqa Lyubimova ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, görüşdə
tərəflər iki
ölkə arasında
mədəni əlaqələrin
hazırkı vəziyyətini
və inkişaf perspektivlərini müzakirə
ediblər.
O.Lyubimova A.Kərimlinin
nazir vəzifəsində
Rusiyaya ilk səfərinin ölkələrimizin
mədəniyyət qurumları
arasında əməkdaşlığın
genişlənməsinə, növbəti illərdə
daha maraqlı tədbirlərin keçirilməsinə
təkan verəcəyinə
əminliyini ifadə edib. O, Rusiyada Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinin geniş qeyd olunduğunu xüsusi vurğulayıb.
Rusiyalı nazir
2024-cü il üçün
nəzərdə tutulmuş
birgə mədəni
tədbirlər planını
hazırlamağı, gələn
il isə
2024-2026-cı illər üçün
tədbirlər proqramının
imzalanmasını təklif
edib. O.Lyubimova Azərbaycanın yaradıcı
kollektivlərinin Rusiyaya
səfərlərinin maraqla
qarşılandığını qeyd edərək, Beynəlxalq Yeni Bədii və Sənədli Kino Festivalında, eləcə
də Beynəlxalq Xəzər Kinoforumunda fəal iştiraka görə azərbaycanlı
həmkarlarına təşəkkürünü
bildirib.
Öz növbəsində
nazir Adil Kərimli Sankt-Peterburq Mədəniyyət Forumuna
dəvətə görə
təşəkkürünü bildirərək deyib ki, ölkələrimiz arasında bütün sahələrdə sürətlə
inkişaf edən əməkdaşlıq Azərbaycan
Prezidenti İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putin arasında qarşılıqlı
etimada söykənən
münasibətlərdən qaynaqlanır. “Ümummilli
Lider Heydər Əliyevin 100 illik yubileyinin Rusiyada geniş qeyd olunması bizim üçün çox vacibdir. Heydər Əliyevin Rusiya mədəniyyətinin də
inkişafında böyük
xidmətləri var”,
- deyə nazir vurğulayıb. A.Kərimli
rusiyalı həmkarlarını
Bakıda keçiriləcək
Kreativ Sənaye Forumuna, eləcə də VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna dəvət edib.
Sonda nazir Adil Kərimli Olqa Lyubimovaya “Şuşa. Zirvədən
uca” kitabını hədiyyə edib.
Rusiyalı nazir
kitabın nazirliyin kitabxanasında özünəməxsus
yer tutacağını
bildirib.
Görüşdə Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu da iştirak edib.
Azərbaycan.-2023.- 18 noyabr, № 251.- S.7.