ADMİU-nun 100 illiyinə həsr olunmuş beynəlxalq elmi-praktiki konfrans

 

 

Noyabrın 17-də Azərbaycan Milli Kitabxanasında Azərbaycan Dövlət Mədəniyyət İncəsənət Universitetinin (ADMİU) 100 illik yubileyi münasibəti ilə "Azərbaycan sənətşünaslığı Şərq-Qərb dialoqu kontekstində" mövzusunda Beynəlxalq elmi-praktiki konfrans keçirilib.

Azərbaycan Respublikasının Dövlət Himni ilə başlanan konfransda ölkəmizin suverenliyi uğrunda canından keçmiş şəhidlərimizin ruhu birdəqiqəlik sükutla yad edilib.

Azərbaycan Respublikası Prezidentinin Azərbaycan Dövlət Mədəniyyət İncəsənət Universitetinin 100 illiyinin qeyd edilməsi haqqında 2023-cü il 6 iyul tarixli 3954 nömrəli Sərəncamına əsasən keçirilən konfransda 8 ölkəni təmsil edən 50-dən çox nümayəndə iştirak edib. Konfransın plenar iclasında ADMİU-nun rektoru professor Ceyran Mahmudova çıxış edərək qonaqları salamlayıb, bu ilin rəhbərlik etdiyi ali təhsil ocağı üçün əhəmiyyətindən danışıb. ADMİU-nun 100 illik yubileyi ilə bağlı dövlət başçısı tərəfindən imzalanmış sərəncamın bütün kollektivi sevindirdiyini deyən rektor, həm əlavə məsuliyyət olduğunu da qeyd edib. Həm Ümummilli Lider Heydər Əliyevin anadan olmasının, həm ölkənin ilk yaradıcı təhsilli ali məktəbi olan Mədəniyyət İncəsənət Universitetinin yaranmasının 100 illiyi ilə bağlı universitetin cari il boyunca böyük tədbirlər, konfranslar, dəyirmi masalar konsert proqramları keçirdiyini deyən C.Mahmudova ilin sonuna qədər bu tədbirlərin davam edəcəyini vurğulayıb.

Azərbaycan Respublikası Elm Təhsil Nazirliyinin nümayəndəsi Afət Sadıqova çıxış edərək ADMİU-nun Azərbaycan mədəniyyətinin təhsilinin inkişafındakı rolundan danışıb, kollektivi 100 illik yubiley münasibəti ilə təbrik edib gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Şimali Kipr Türk Respublikasının dövlət xadimi Serdar Tekdaş, Urgənc Dövlət Pedaqoji Universitetinin rektoru Madrahimova Firuzə, Ege Universitetinin professorları Füsun Topsumerov, Aylin Göztaş, Uludağ Universitetinin professoru Mehmet Yüce, türkiyəli araşdırmaçı Baha Ahmet Yılmaz başqaları çıxış edərək ADMİU-nun 100 illik yubileyini təbrik edib, Azərbaycanın öncül yaradıcıyönümlü ali təhsil ocağı ilə dostluq münasibətlərindən məmnunluqlarını dilə gətiriblər.

Çıxışçılar rektor Ceyran Mahmudovaya öz ölkələrinin milli atributlarını əks etdirən xatirə hədiyyələri təqdim ediblər.

Plenar iclasda çıxış edən Azərbaycan Milli Kitabxanasının direktoru, Əməkdar Mədəniyyət işçisi, professor Kərim Tahirov kollektivi yubiley münasibəti ilə təbrik edib belə önəmli konfransa evsahibliyi etməkdən qürur duyduqlarını bildirib. K.Tahirov bu il həmçinin Milli Kitabxananın da 100 illik yubileyinin qeyd edildiyini diqqətə çatdırıb cənab Prezidentin həm ADMİU, həm Milli Kitabxananın 100 illik yubileylərinin qeyd edilməsi ilə bağlı sərəncamlar imzalamasını mədəniyyətə, sənətə, ədəbiyyata, kitaba olan qayğının daha bir təzahürü kimi dəyərləndirib.

K.Tahirov da çıxışının sonunda C.Mahmudovaya ADMİU-nun kitabxanasına bir-birindən dəyərli nəşrlər hədiyyə edib.

Plenar iclas Azərbaycanın Özbəkistanın Xalq artisti, ADMİU-nun "Muğam sənəti" kafedrasının baş müəllimi Gülyanaq Məmmədovanın ifaları ilə yekunlaşıb.

Daha sonra konfrans öz işini Sənətşünaslıq, Təsviri sənət, Musiqi sənəti, Kinoşünaslıq, teatrşünaslıq mövzulu bölmə iclasları ilə davam etdirib.

 

Azərbaycan.-2023.- 18 noyabr, № 251.- S.7.