Qarabağda tikilən İşğal Zəfər muzeylərinin layihələri İtaliyadakı sərgidə nümayiş olunur

 

Qarabağda inşa olunan İşğal Zəfər muzeyləri komplekslərinin layihələri İtaliyada keçirilən sərgidə nümayiş etdirilir.

AZƏRTAC xəbər verir ki, İşğal Zəfər muzeyləri kompleksləri “Art Cloud Network” (ACN) şirkəti tərəfindən layihələndirilib.

Azərbaycanın İtaliyadakı səfiri Rəşad Aslanov ölkəmizin Müqəddəs Taxt-Tacdakı səfiri İlqar Muxtarov “Fiera di Roma” sərgi mərkəzində ACN şirkətinin stendi ilə tanış olublar.

Stenddə sərgi iştirakçılarına işğaldan azad olunmuş ərazilərimizdə tikilən İşğal Zəfər muzeyləri komplekslərinin layihələri, videoçarxlar, fotolar, elektron sərgi 3D elektron tur nümayiş etdirilir. Həmçinin Ağdamda tikilən İşğal Zəfər muzeyləri kompleksinin maketi təqdim olunur.

Qeyd edək ki, Ağdam, Cəbrayıl, Füzuli, Zəngilan Kəlbəcər rayonlarında Zəfər İşğal muzeyləri yaradılır.

 

Azərbaycan.-2023.- 18 noyabr, ¹ 251.- S.7.