Bakıda
Qərbi azərbaycanlıların
deportasiyası ilə
bağlı virtual muzeyin təqdimatı olub
Noyabrın 17-də Beynəlxalq
Avrasiya Mətbuat Fondunun (BAMF) Azərbaycan Respublikası Qeyri-Hökumət
Təşkilatlarına Dövlət
Dəstəyi Agentliyinin
dəstəyi ilə həyata keçirdiyi “Qərbi azərbaycanlıların
deportasiyası və soyqırımı ilə
bağlı virtual muzeyin yaradılması” layihəsinin yekun təqdimat tədbiri keçirilib.
AZƏRTAC xəbər verir ki, Tədbiri
giriş sözü ilə açan Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Mirzəyev həyata keçirilən layihə,
o cümlədən hazırlanan
sayt və sənədli film haqqında geniş məlumat verib.
Sonra layihə çərçivəsində hazırlanan “Deportasiya – Şahidlərin gözü
ilə” adlı sənədli film nümayiş etdirilib.
Daha sonra virtual muzeyin “deport.az”
saytının təqdimatı
olub.
Bildirilib ki, layihə
çərçivəsində ilkin mərhələdə
deportasiyalar zamanı zərər çəkmiş
və onlara canlı şahidlik etmiş 80 nəfər müsahibədə, 25 nəfər
anket sorğusunda olmaqla, həmin dövrə aid foto, məzun albomları və sənədlərini
təqdim edənlərlə
birlikdə ümumilikdə
150-yə yaxın Qərbi
azərbaycanlı virtual muzeyin
formalaşmasında iştirak
edib. Hazırda muzeydə 300-dən çox
foto və 200-ə yaxın sənəd toplanıb. Layihənin əsas məqsədi deportasiya siyasəti nəticəsində Qərbi
azərbaycanlıların məruz
qaldıqları soyqırımı
və cinayətləri
virtual muzey vasitəsilə
beynəlxalq müstəvidə
tanıtmaq, onların
təsirli həyat hekayələrini yayımlayaraq
yaşadıqları acıları
göstərməkdir. Həmçinin
bu cinayətlərin beynəlxalq səviyyədə
ictimailəşdirilməsi həmin insanların hüquqlarının bərpasına
dair əsasları gücləndirəcək. Növbəti
hədəf isə daha çox iştirakçının müsahibələrə
cəlb olunması, toplanan materialların sayının artırılması
və digər virtual muzeylərlə qarşılıqlı
əlaqələrin qurulmasıdır.
Tədbirdə çıxış
edən Qeyri-Hökumət
Təşkilatlarına Dövlət
Dəstəyi Agentliyinin
İcraçı direktoru
Aygün Əliyeva bildirib
ki, qalib ölkənin
qalib vətəndaşları
kimi qarşımızda
yeni hədəflər var. Bu hədəflərə çatmaq
üçün mühüm
işlər görülür,
məhsuldar layihələr
icra olunur. Belə layihələrin ərsəyə gəlməsi
çox vacib və əhəmiyyətlidir.
Bu gün təqdimatı
keçirilən layihə
tarixi baxımdan mühüm əhəmiyyət
kəsb edir, son yüzillik tarixdə milli qürurumuzun qayıdışını
qeyd edirik və elə bu layihənin təqdimat mərasimi də Zəfər günləri ərəfəsinə
təsadüf edir.
Sonra Milli Məclisin deputatı Musa
Quliyev layihənin ərsəyə
gəlməsində əməyi
olan hər kəsə təşəkkürlərini
ifadə edib. Diqqətə çatdırıb
ki, bu layihə tariximiz, millətimiz, Vətənimiz qarşısında
ümumi işimiz, ümumi mübarizəmizdir.
Daha sonra Milli Məclisin deputatı Ceyhun Məmmədov layihənin
önəmindən danışaraq,
belə tədbirlərin
davamlı olmasının
və Azərbaycan həqiqətlərinin beynəlxalq
aləmdə tanıdılmasının
vacibliyini xüsusi vurğulayıb. Qeyd edilib ki, qarşıda duran əsas məsələlərdən biri
bu təbliğatı
gücləndirmək, bu
mövzuda kitabların,
yeni nəşrlərin ərsəyə
gəlməsini təmin
etməkdir.
Təqdimatda çıxış
edən Sosial Tədqiqatlar Mərkəzinin
sektor müdiri, Qərbi Azərbaycan İcmasının Ziyalılar
Şurasının üzvü
Əfqan Vəliyev tarixi faktlara əsaslanan məlumatları
mərasim iştirakçıları
ilə bölüşüb.
Tədbir müzakirələrlə davam edib.
Azərbaycan.-2023.- 18 noyabr, ¹ 251.- S.7.