Azərbaycan İlahiyyat
İnstitutunda elmi
seminar keçirilib
Azərbaycan İlahiyyat
İnstitutunda (Aİİ) Rəcəb
Tayyib Ərdoğan Universitetinin
keçmiş rektoru,
Yüksek Öğretim Kurulunun
(YÖK) üzvü, professor Hüseyn
Karaman “Fuat Sezgin və müsəlmanların
elmə töhfələri”
mövzusunda məruzə
ilə çıxış
edib.
Tədbirdə Türkiyənin Azərbaycandakı Səfirliyinin
mədəniyyət, turizm
və təbliğat işləri üzrə müşaviri professor Muhittin Macid
və qurumun din işləri üzrə müşaviri İhsan Açık,
Aİİ-nin rəhbər
heyəti və tələbələri iştirak
ediblər.
Aİİ rektoru Aqil Şirinov açılış
nitqi ilə çıxış edərək,
qonağı ali təhsil müəssisəsində
görməkdən məmnun
olduğunu diqqətə
çatdırıb. Tədbirin
əhəmiyyətinə toxunan
A.Şirinov bildirib ki, İslam dünyası
bugünədək ixtiraları
ilə elm dünyasına
işıq salmağı
bacaran, elm tarixində
iz qoyan görkəmli mütəfəkkirlər
yetişdirib ki, belə
alimlərindən biri
də Fuat Sezgindir.
Professor Hüseyn
Karaman İslam dininin elmə
verdiyi önəmdən
söhbət açaraq,
müsəlman alimlərinin
dünyaya bəxş
etdikləri töhfələrdən
bəhs edib. Professor
Fuat Sezginin həyatı,
İslam mədəniyyətinə və dünya elminə mühüm xidmətləri haqqında
geniş söhbət
açıb.
Hüseyn Karaman qeyd edib ki, İslam elm adamlarının tanınmış
simalarından biri olan Fuat Sezginin vəfatından sonra,
2019-cu ildə Türkiyə
Respublikasında “Fuat Sezgin İli” elan olunub.
Türkiyənin Azərbaycandakı Səfirliyinin
müşavirləri Muhittin Macid və İhsan
Açık görkəmli elm xadimi Fuat Sezgin haqqında danışaraq, belə alimlərin İslam mədəniyyətinə
böyük töhfələr
verdiyini, onların xalqlarımız arasında
elm və dostluq körpüsü yaratdığını
bildiriblər.
Azərbaycan.-2023.- 18 noyabr,
¹ 251.- S.7.