Heç bir ölkə Azərbaycana iradəsini zorla qəbul etdirə bilməz

 

 

Son vaxtlar Ermənistanın əli ilə Cənubi Qafqaza girib korporativ maraqlarını təmin etmək istəyən dövlətlərin daha da fəallaşması müşahidə edilir. Əvvəllər Azərbaycan-Ermənistan sülh danışıqları prosesinə Fransa mane olmaq məqsədilə  katalizatorluq edirdi. Lakin Parisin Azərbaycana etdiyi təzyiqlərin bir nəticə vermədiyini görən ABŞ da bu prosesə qoşularaq ölkəmizə qarşı təzyiq dili ilə danışmaq niyyətinə düşdü.

2020-ci ilin 44 günlük  Vətən müharibəsindən sonra müəyyən qədər özünü pərdələyən ABŞ Azərbaycanın 2023-cü ilin 19-20 sentyabrında Qarabağda həyata keçirdiyi lokal xarakterli antiteror tədbirlərindən sonra loyallığını qoruyub saxlaya bilmədi. Ölkəmizə qarşı illərdən bəri davam etdirdiyi gizli oyunu daha sərt formada üzə çıxardı. Azərbaycana qarşı "təzyiqləri" gücləndirmək niyyətində olduğunu nümayişkaranə şəkildə ortalığa qoydu. Noyabrın 15-də ABŞ Konqresinin Nümayəndələr Palatasında "Dağlıq Qarabağın gələcəyi" mövzusunda keçirilmiş dinləmələr, çərşənbə günü ABŞ Dövlət Departamentinin diplomatı, dövlət katibinin Avropa Avrasiya məsələləri üzrə köməkçisi C.O'Braynın konqresdəki dinləmələrdə çıxışı Azərbaycan haqqında qərəzli mövqe sərgiləməsi bunu bir daha təsdiqlədi.

Ceyms O'Brayn çıxışında Ermənistanla Azərbaycan arasında sülh sazişi əldə edilməyənədək Azərbaycanla münasibətlərin əvvəlki səviyyədə olmayacağını bildirib. Amerikalı diplomat Azərbaycanın sentyabrın 19-da Qarabağda keçirdiyi  antiterror tədbirlərindən sonra ABŞ-nin Azərbaycana hərbi yardımı dayandırdığını bir neçə yüksəksəviyyəli görüşləri ləğv etdiyini qeyd edib.

ABŞ rəsmiləri sülh sazişinin imzalanmasını ləngidən tərəfin onların müdafiə etdiyi, maliyyələşdirdiyi silahlandırdığı Ermənistan olduğunu bilməmiş deyillər. Bəs onda günün günorta çağında əllərində şam amerikanları "sülh" axtarmağa vadar edən səbəb nədir?

Heç kimə sirr deyil ki, bu gün dünyanın müxtəlif bölgələrində baş verən siyasi kataklizmlərin, müharibələrin, çevrilişlərin, dünyanın bir sıra dövlətlərində baş verən  vətəndaş müharibələrinin ssenariləri Amerikada hazırlanıb bu ölkənin xüsusi xidmət orqanları onlara satılmış agentura şəbəkəsi tərəfindən həyata keçirilir.

20 il Əfqanıstanı işğal altında saxlayan ABŞ-nin bu ölkəyə göstərdiyi xidmət  oranı narkotik plantasiyasına çevirməsi oldu. Dünyaya "sülh, demokratiya" ixrac edən ABŞ  Əfqanıstanı tərk etdikdən sonra bu ölkədə narkotik plantasiyalarının həcmi 20 dəfədən çox azalıb.

Liviyada, Suriyada, İraqda yaradılmış "cəhənnəm tabloları"nın da müəllifinin ABŞ olduğunu bilməyən az adam tapılar. ABŞ-nin Latın Amerikasında, Afrika qitəsində törətdiyi cinayətlərdən bütün dünyanın xəbəri var... Bu gün Qəzzada baş verən, ölüm saçan dəhşətlərin ssenarisi Amerikada hazırlanıb.

 Rusiya-Ukrayna qarşıdurmasını alovlandıran bu alovu hər gün körükləyən, sönməyə qoymayan da  məhz özünü "sülh carçısı" kimi təqdim etməyə çalışan Amerikadır. Gəlin bir anlığa Ukraynanın düşdüyü vəziyyətə  nəzər salaq. Amerikanın vədlərinə uyub, milyonlarla insanın ölümünə səbəb olan bu qanlı müharibə ölkəni bir dövlət kimi məhv olmaq təhlükəsi ilə üz-üzə qoyub.

Bütün bunları gördüyümüz bildiyimiz halda ABŞ Azərbaycana hansı haqla müdaxilə etmək istəyir? Nəyə görə bu ölkə heç kimin çətirinin altına girməyən müstəqil, suveren Azərbaycan dövlətini qəbul edə bilmir.

Konqresdə keçirilən dinləmələrdə ABŞ diplomatları deyiblər ki, sentyabrın 19-da Qarabağda keçirilən antiterror tədbirlərindən sonra, demək olar ki, bütün etnik ermənilər - 100 mindən çox adam ərazini tərk edərək Ermənistana sığınıb...

30 illik Qarabağ münaqişəsi dövründə vasitəçilik missiyası ilə məşğul olan amerikalı diplomatlar bilməmiş deyillər ki, münaqişəni başlayan da, Azərbaycan torpaqlarını onilliklərlə işğal altında saxlayan da Ermənistan olub. Bu müddətdə Ermənistan işğal etdiyi ərazilərdə bütün infrastrukturu dağıdıb, azərbaycanlılara aid yaşayış yerlərini tamamilə xarabazara çevirib, işğal etdikləri ərazilərdə azərbaycanlılara aid tarixi mədəni irsi məhv ediblər. Bu azmış kimi azərbaycanlılara aid qəbiristanlıqlarda belə soyğunçuluq, qarət  məqsədilə vandalizim törədiblər.

Bu gün Amerikalı diplomatların Xankəndidə yaşayıb Ermənistanın baş nazirinin çağırışı separatçı rejimin rəhbərlərinin, silahlı quldur dəstələrinin başçılarının təklifi təzyiqi ilə  Ermənistana könüllü köç etmiş etnik erməni adlandırdıqları əhalinin əksəriyyəti  bu illər ərzində azərbaycanlılara qarşı qanlı cinayətlərdə bu ya digər formada iştirak etmiş, separatizmi dəstəkləmiş insanlardır. Özü onların böyük əksəriyyəti Ermənistanın Qarabağda qanunsuz məskunlaşdırdığı dünyanın müxtəlif yerlərindən gələnlərdir.

"Səxavətli" ABŞ-nin  Qarabağdan Ermənistana "sığınan"lara  11,5 milyon dollar yardımından əlavə, daha 6 milyon dollar məbləğində əlavə yardım edəcəyi bildirilir. Halbuki bir milyondan çox azərbaycanlını Ermənistan öz doğma yurdundan didərgin salanda Amerika bu dəhşətli faktı görməzdən gəlmişdi? Azərbaycanlı məcburi köçkünlərə qarşı belə davranmamışdı. Bu azmış kimi, torpaqları işğal olunan, təcavüzə məruz qalan Azərbaycana qarşı  birbaşa yardımları qadağan edən, "907-ci düzəliş" kimi tanınan qanun tətbiq edilmişdir.

 Nədir bu ayrı-seçkiliyin səbəbi? Xristian təəssübkeşliyi, yoxsa Ermənistanın müticəsinə,  darmacalda  Qərbin Amerikanın maraqlarına xidmət etməsi?

Bu gün, Ukrayna-Rusiya müharibəsində üz-üzə gələn Qərb, ABŞ hər zaman xəyanətə hazır olan Ermənistanı öz tərəfinə çəkə bilib. ABŞ-nin Cənubi Qafqaza girmək niyyəti heç sirr deyil. Rusiyanın Cənubi Qafqazdan sıxışdırılması üçün ən yaxşı vasitə hər zaman xəyanətə hazır olan Ermənistandan bu ölkəyə qarşı  istifadə etməkdir.  Ermənistanın Qərbin ABŞ-nin əlində Rusiyaya qarşı bir istifadə vasitəsinə çevrildiyini görməmək sadəlövhlük olar. Bu dəqiqə amerikalı siyasilərin başlıca vəzifəsi Qərbin Amerikanın maliyyə dəstəyi ilə hakimiyyətə gələn Nikol Paşinyandan maksimum dərəcədə istifadə etməkdir. Elə erməni baş nazirinə göstərilən xüsusi qayğının da məqsədi ona motivasiya verməkdir. Amma ABŞ rəsmiləri  anlamalıdırlar  ki, Azərbaycan olmadan Cənubi Qafqazda, Mərkəzi Asiyada onların siyasəti olmayacaq.

Konqresdə keçirilən dinləmələrdə ABŞ rəsmiləri bildiriblər ki, ABŞ- Azərbaycana birbaşa yardımları qadağan edən, "907-ci düzəliş" kimi tanınan qanunun tətbiqini dayandıran qərarın müddətini uzatmayacaqlar. Olsun! Unutmaq lazım deyil ki, ABŞ  1991-ci ildən 2001-ci ilə qədər Azərbaycana heç bir hərbi yardım etməyib.

Regionda sülhə-sabitliyə töhfə vermək istəyən bu arzuda olan dövlətlər Azərbaycanla şərtlə, hədə-qorxu dili ilə danışmamalı, müstəqil Azərbaycanın siyasətinə zorla təsir etmək həvəsinə düşməməlidirlər. Azərbaycanın tələbi olduqca sadə başadüşüləndir: sülh danışıqlarında vasitəçilik etmək istəyən  dövlətlər  Qarabağın Azərbaycanın ərazisi olduğunu birmənalı olaraq qəbul etməlidirlər. Danışıqlarında kimin vasitəçi olacağını Azərbaycan özü müəyyən edir. Kimsə buna qarşı çıxa bilməz.

 

Elşən QƏNİYEV,

Azərbaycan.-2023.- 18 noyabr, ¹ 251.- S.8.