Antiazərbaycançı şəbəkənin bütün çirkin kampaniyaları iflasa məhkumdur

 

 

İkinci Qarabağ müharibəsindəki zəfərimiz birgünlük antiterror tədbirləri ilə suverenliyimizin tam təmin olunması Qərb dairələrini çox narahat edib. Artıq son zamanlarda bu qısqanclıq hissləri özünü daha qabarıq şəkildə göstərir. Qəribədir ki, Fransa ABŞ kimi dövlətlər Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanmamasında ölkəmizi günahlandırmağa başlayıblar. Ancaq dünya şahiddir ki, 3 ildir Ermənistan sülh danışıqlarında Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan etsə , əməldə bunun əksinə gedərək sülhə yaxın gəlmir. Azərbaycan qalib kimi sülhə hazır olduğunu isə dəfələrlə bəyan edib.

Lakin Qərb dairələri hər zamankı kimi Ermənistana havadarlıq edir məğlub ölkəni silahlandıraraq Cənubi Qafqazda yenidən savaş açmaq istəyirlər.

Azərbaycan xalqının haqlı narazılığına səbəb olan bu məsələ ilə bağlı qəzetimizə açıqlama verən Milli Məclisin deputatı Anar İsgəndərov deyib ki, Qərb dövlətləri heç zaman ölkəmizin haqqını müdafiə etməyiblər. Qərbin marağında tarix boyu erməni lobbisi olub: "Təəssüflər olsun ki, ABŞ, Almaniya, Fransa otuz il Azərbaycan torpaqları işğala məruz qalanda hökumət, dövlət başçısı, xarici işlər nazirləri,  Nümayəndələr Palatası, Senat səviyyəsində bir dəfə olsun belə, işğala məruz qalanın Azərbaycan, işğalçının Ermənistan olduğunu deyiblər".

Deputatın sözlərinə görə, Qərbin bəzi ölkələri ermənilərin Azərbaycanın yüzlərlə dini, tarixi, mədəniyyət abidəsini məhv etdiklərini dilə gətirməyiblər: "Həmin ölkələr bir dəfə olsun dilə gətirmədilər ki, abidələri məhv edilən Azərbaycan xalqının günahı nədir? üçün xalq otuz ildən artıq bu müsibətləri görür, evləri yandırılır, məhv edilir, əmlakları əlindən alınır, faciələr yaşayır".

Deputat qeyd edib ki, 44 günlük Vətən müharibəsində Azərbaycan öz torpaqlarını azad edərkən bəzi Avropa ölkələri əndişəyə düşüb ölkəmizə qarşı əllərindən gələn təzyiqləri göstərməyə çalışıblar. "Amma dövlət başçımız, Azərbaycan xalqı bu təhdidləri, təzyiqləri qətiyyətlə dəf etdi. Bu gün erməni lobbisi guya Ermənistanın haqqını müdafiə edir, Azərbaycana qarşı qanunlar qəbul etmək istəyir. Ancaq bir soruşan lazımdır: Azərbaycan ərazisindən ermənilər gedərkən biri döyülübmü, əmlakı əlindən alınıbmı, bir erməniyə təzyiq göstərilibmi? Yox. Bəs Qərbin bu əndişəsi nədən ibarətdir? Qərb heç zaman Azərbaycanı, Türkiyə Cümhuriyyətini sevməyib. Türkiyə Azərbaycan arasında dostluq, qardaşlıq, ən nəhayət, müttəfiqlik həm bəzi Qərb dairələrini qıcıqlandırır, həm Ermənistanı narahat edir.

A.İsgəndərov vurğulayıb ki, Qərb bu gün Azərbaycanla bağlı qarayaxmalarla məşğuldur. Amma ölkəmizə qarşı hansısa təzyiqlər həyata keçirilirsə keçirilsin, onların təzyiqi, təhdidi Azərbaycanı çəkindirə bilməz. Xalq "dəmir yumruq" kimi birləşib öz torpağını azad edib qonşu dövlətin torpağında da gözü yoxdur. Haqq, ədalət Azərbaycanın yanındadır, amma Qərb bunu görə eşidə bilmir: "Biz Qərbə inanıb, irəliyə getmirik. Biz özümüzə, uğurumuza, dövlətimizə inanırıq. Prezident İlham Əliyev Azərbaycanın haqqını müdafiə etmək üçün öz xalqına inanır. Xalq öz dövlət başçısına inanır".

 

Əsmər QABİLQIZI,

Azərbaycan.-2023.- 18 noyabr, № 251.- S.8.