Ermənistanın gələcəyi...

 

 

ABŞ-nin vədlərində deyil, Cənubi Qafqazda sülhün təmin olunmasındadır

 

 

 

Uzaqdan yol göstərmək , canıyananlıq etmək asandır. Bütün bunlar, yalnız öz mənafeyinə xidmət edəndə isə həm riyakarlıq olur. Bu gün Ermənistana "canıyananlıq" göstərən bəzi Qərb ölkələrinin əsl mövqeyi, niyyəti budur. Əsrlər boyu xislətində məkr, niyyətində işğalçılıq olmuş bir ölkəni - Ermənistanı öz təsirləri altında saxlamaqla Qərb ABŞ Cənubi Qafqazda sülhün bərqərar olmasına yol vermək istəmirlər.

Əlbəttə, bəzi Qərb ölkələrinin bu "canfəşanlığında" erməni diasporunun rolunu gücünü görməmək mümkünsüzdür. Ancaq bu məsələlərdə həmin ölkələrin öz mənfəətlərini güddükləri ortadadır.

Görünür, güclü əllər başını oxşadıqca xumarlanan, gözləri tutulub gələcəyini görməyən İrəvan rəsmiləri özlərini necə bəlaya saldıqlarının fərqində deyillər. Əvvəla, "böyük Ermənistan" xülyasının boş olduğunu, özgə torpaqlarına göz dikməyin ağır acı nəticələr verdiyini, Qarabağda, Şərqi Zəngəzurda aldıqları ibrət dərslərini unutmamalıdırlar. İkincisi, əmin olmalıdırlar ki, Cənubi Qafqazı onların əlləri ilə münaqişə ocağına çevirmək istəyənlər məqsədlərinə çatarlarsa, həmin ocağın alovunda yanan elə Ermənistan olacaq.

Cənubi Qafqazın problemlərini region ölkələri, ilk növbədə, özləri həll etməlidirlər. Regiondan kənar, xüsusilə bu yerlərə tamamilə yad olan, həm tarix boyu yalnız müstəmləkəçilik siyasəti yürüdən, əsarət altında saxladığı, yeraltı, yerüstü sərvətlərini taladığı ölkələrin zavallı xalqlarına dəhşətli işgəncələr verməkdən, onları qətlə yetirməkdən çəkinməyən ermənipərəst Qərb ölkələrinin əsl simaları bəllidir. Onların Cənubi Qafqaz regionuna aid məsələlərə zərərli müdaxilələri bölgənin heç bir ölkəsinə xeyir gətirməz.

Prezident İlham Əliyev Cənubi Qafqaz regionunda artıq yeni reallıqlar yarandığını noyabrın 13-də ATƏT Parlament Assambleyasının prezidenti Pia Kaumanı qəbul edərkən qeyd etdi. Dövlət başçısı bildirdi ki, regionda baş vermiş son hadisələr Ermənistanın Azərbaycana qarşı 30 ilə yaxın davam etmiş işğalı hərbi təcavüzü kontekstində nəzərdən keçirilməlidir: "Bu işğal təcavüzün nəticələrinə baxılmadan regionun gələcəyi ilə bağlı baxışların irəli sürülməsi düzgün yanaşma olmaz". Prezident İlham Əliyevin bildirdiyi kimi, Ermənistan Azərbaycan torpaqlarının işğalını əbədiləşdirməyə çalışırdı. 2020-ci ildə baş verən 44 günlük müharibədə Müzəffər Azərbaycan Ordusu Ernənistan silahlı qüvvələrini məğlubiyyətə uğradaraq bu məkrli erməni niyyətini puç etdi.

Lakin Ermənistan Vətən müharibəsindən sonra imzalanan 2020-ci il 10 noyabr Bəyanatından irəli gələn öhdəlikləri yerinə yetirmədi. Qarabağdakı silahlı qüvvələrini ərazidən çıxarmadı. Həmin ərazilərimizdə təxribatlar törətməkdə, mina terroru həyata keçirməkdə davam etdi. Bu il 19-20 sentyabrda aparılan lokal xarakterli antiterror əməliyyatının məqsədi Azərbaycanın suverenliyini tam bərpa etmək idi. Azərbaycan məqsədinə nail oldu. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, artıq bu məsələlər keçmişdə qaldı: "Hazırda regionun sülh gündəliyi üçün çox yaxşı imkanlar var".

Birtərəfli, qərəzli açıq-aşkar anti-Azərbaycan təşəbbüsləri irəli sürən Qərb ölkələri Azərbaycanla Ermənistan arasında münasibətin normallaşmasından narahatdırlar. Bu səbəbdən həmin ölkələrin sırasında öndə dayanan Fransa Ermənistana kütləvi şəkildə silah texnika tədarükünün başlanmasını elan etdi. Bu günlərdə çoxlu sayda "Bastion" çoxməqsədli zirehli avtomobilləri onlara məxsus avadanlıqları Ermənistana göndərdi.

Beynəlxalq münasibətlərdə Qərbin siyasi dairələrinin mövqeyi çoxdan bəllidir. İkili standartlardan əl çəkməyən Qərb Azərbaycanla bağlı əsl həqiqətləri bilərək ifadə etmədiyini uzun illərdi göstərir. Azərbaycan torpaqları işğal altında qaldığı müddətdə Birləşmiş Millətlər Təşkilatları (BMT) tərəfindən qəbul olunan Ermənistan qoşunlarının Azərbaycan ərazilərindən çıxarılmasını tələb edən 4 qətnamənin icra olunmamasına Qərbin siyasi mərkəzləri etirazlarını bildirmədilər, əksinə, ikili standartlardan çıxış etdilər.

Qərbin siyasi dairələri məkrli niyyətləri naminə bütün dünyada sülhün yaranmasına imkan vermirlər. Riyakarlıqları, beynəlxalq hüquqa zidd fəaliyyətləri ilə fitnə-fəsad törədirlər. Nəticədə, günahsız insanların evlərinə od düşür, onlar yersiz-yurdsuz, səfil, sərgərdan qalırlar. Təəssüf ki, bu gün dünyanın harasında müharibə, kütləvi qırğınlar baş verirsə, orada baiskarın Qərbin qərəzli siyasi dairələrinin olduğu məlum olur. Öz sərhədləri daxilində sabitliyi bərqərar, vətəndaşlarının əmin-amanlığını, rifahını təmin edə bilməyən Qərb dövlətləri beynəlxalq aləmdə demokratiyadan ağızdolusu danışır, hətta başqalarının yerinə qərar qəbul etmək, hökm vermək istəyirlər. Həm , qeyd etdiyimiz kimi, öz niyyətlərinə, məqsədlərinə uyğun olaraq. Acı nəticələr isə göz önündədir. Yaxın Şərqdə Ukraynada baş verən qanlı hadisələr Qərb siyasi dairələrinin hərbi-siyasi oyunlarının, dövlətlər xalqlar arasında yaratdıqları münaqişələrin faciəvi sonluğudur.

Otuz il Ermənistan-Azərbaycan münaqişəsinin həllində vasitəçilik missiyasını üzərinə götürüb heç bir görməyənlər bu gün - problemlər həllini tapdıqdan sonra, ədalət bərqərar olunduğu zamanda meydandan çəkilməlidirlər. Çəkilsələr, görərlər ki, Cənubi Qafqazda sülhün yaranması müşkül məsələ deyil.

İşğaldan azad edilən Qarabağın, Şərqi Zəngəzurun Azərbaycan dövlətinin ərazisi olduğunu Ermənistan rəsmiləri özləri etiraf ediblər. Bu gün Azərbaycanla Ermənistan arasında sülhün imzalanmasına mane ola biləcək heç bir məsələ yoxdur. bu sülh bütün Cənubi Qafqaza xoş, təhlükəsiz günlər gətirəcək. Bu sülhə mane olmağa səy göstərənlər, ilk növbədə, Ermənistanı məhvə aparırlar. İrəvan rəsmiləri isə, əslində, bu bölgədəki yeni reallıqlarla barışmaq istəməyən Qərb siyasi dairələrinin yalan, qərəz, hiddət dolu vədlərinə uymaqla Ermənistana quyu qazır, gələcəyini təhlükə qarşısında qoyur.

 

Zöhrə FƏRƏCOVA,

Azərbaycan.-2023.- 18 noyabr, № 251.- S.9.