Məqsəd
Türk Dövlətləri
Təşkilatını dünyanın
iqtisadi güc mərkəzlərindən birinə
çevirməkdir
Bütün zamanlarda
dövlətlər arasındakı
siyasi, iqtisadi, mədəni əlaqələr
ölkələrin inkişaf
səviyyəsinə təsir
edib. Əlaqələr
gücləndikcə dövlətlərarası
birliklər yaranıb,
ittifaqlar qurulub.
Bu baxımdan Azərbaycan da dünyanın bir çox birliklərinin üzvüdür və təmsil olunduğu həmin birliklərdə müəyyən söz sahibidir. Elə birlik də var ki, Azərbaycan
məhz həmin qurumu yaradanlardandır. Bu, türk dünyası
birliyi, daha doğrusu, Türk Dövlətləri Təşkilatıdır.
Qurum Türkiyə,
Azərbaycan, Qazaxıstan
və Qırğızıstanın
təşəbbüsü ilə 2009-cu il oktyabrın 3-də Türk
Şurası adı ilə yaradılıb. Həmin gün həm də Türkdilli Dövlətlərin
Əməkdaşlıq Günü
elan edilib və bu tarix
Türk Şurasının
yaradılmasının ildönümü
hesab olunur. 2021-ci ildə İstanbulda keçirilən Türk Şurası Liderlərinin
VIII Zirvə toplantısında
Türk Şurasının
rəsmi adı dəyişdirilərək Türk
Dövlətləri Təşkilatı
(TDT) adlandırılıb. Bu gün TDT tarixi keçmişi, dil və mədəniyyət
eyniliyi olan və əhalisinin ümumu sayı təxminən
250 milyon nəfərə
çatan türk xalqlarının birliyi kimi tarix səhnəsində
yer alıb. Prezident İlham Əliyevin Şuşada keçirilən "Böyük
Avrasiya geosiyasətinin
formalaşması: keçmişdən
bu günə və gələcəyə"
mövzusunda dördüncü
beynəlxalq konfransda çıxışı zamanı
qeyd etdiyi kimi, Azərbaycan həmişə TDT çərçivəsində
mühüm və əhəmiyyətli ölkələrdən
biri olub: "Biz təşkilatı daha vacib beynəlxalq
oyunçuya çevirə
bilsək, hər kəs bundan faydalanar. Bizim geniş coğrafiyamız,
bəzi ölkələrdə
böyük təbii sərvətlər, o cümlədən
enerji ehtiyatları, bəzi ölkələrin
güclü hərbi imkanları var. Beləliklə, biz bütün bu səyləri birləşdirsək,
əlbəttə ki, qlobal səviyyədə ciddi oyunçu görə bilərik. Hesab edirəm ki, təşkilat qlobal güc mərkəzlərindən biri
ola bilər və olmalıdır".
Azərbaycan, Qazaxıstan,
Qırğızıstan, Türkiyə,
Özbəkistan və
Türkmənistanın üzv,
Macarıstanın isə
müşahidəçi olduğu
TDT-nin yaradılmasında
məqsəd türkdilli
dövlətlər arasında
dostluğu, qardaşlıq
münasibətlərini möhkəmləndirmək,
əməkdaşlığı dərinləşdirmək, regional
sülh və sabitliyə töhfə verməkdir. Öncədən
razılaşdırılıb ki, təşkilata daxil olan dövlətlər xarici siyasət məsələlərində
vahid mövqedən çıxış etsin,
terrorizm və cinayətkarlığa qarşı
mübarizədə birgə
fəaliyyət göstərsin,
ticarət və investisiyalar üçün
əlverişli mühit
yaratsın, hərtərəfli
iqtisadi inkişafı
təmin etsin və elmi-texniki innovasiyalarda əməkdaşlığı genişləndirsinlər. Bu
gün sadalanan öhdəliklər hesabına
TDT-yə üzv ölkələr arasında
siyasi, iqtisadi, mədəni və hərbi sahələr üzrə əlaqələr
genişlənir, möhkəmlənir.
Bütün bunlar həmçinin təşkilatın
beynəlxalq nüfuzunun
artmasına səbəb
olur.
Xəbər verildiyi
kimi, bu yaxınlarda TDT-nin Qazaxıstanın paytaxtı
Astanada keçirilən
10-cu yubiley Zirvə görüşündə Astana
Aktı və Astana Bəyannaməsi imzalanmışdır. "Türk
Əsri" çağırışı
altında keçirilən
həmin toplantıda dövlət başçıları
iqtisadi-siyasi, ticarət,
nəqliyyat və gömrük kimi sahələrdə çoxtərəfli
əməkdaşlıq məsələlərini
müzakirə etmişlər.
Amma TDT-nin fəaliyyəti dövlət başçıları
səviyyəsində görülən
ortaq işlərlə
məhdudlaşmır. Təşkilat
fəaliyyətinin bütün
istiqamətlərində ortaq
işlərə imza atır, ortaq qurumlarını yaradır. Yenə də bu ilin iyun
ayında Şuşadan
öncə
"Türk dünyasının
mədəniyyət paytaxtı"
elan edilən Qazaxıstanın indiki Türküstan (keçmiş
Çimkənd) şəhərində
Türk Dövlətləri
Qiymətləndiricilər Birliyi
(TDQB) təsis olunmuşdur.
Birliyi yaratmaqda məqsəd peşəkar qiymətləndiricilərin
yetişməsi, tədris
və sertifikasiya fəaliyyəti, vahid məlumat bazasının yaradılması istiqamətində ortaq fəaliyyət göstərmək
idi. Ötən bir neçə ay ərzində Türk Dövlətləri
Qiymətləndiricilər Birliyinin
strukturu demək olar ki, formalaşdırılmışdır.
Bir neçə
gün əvvəl isə Türkiyənin paytaxtı Ankarada TDQB İdarə Heyətinin növbəti toplantısı
keçirilmişdir. Birliyin
prezidenti Askar Omerbekov görülən işlərlə bağlı
çıxışında bildirmişdir ki, birlik qiymətləndiricilər
arasında faydalı və qarşılıqlı
münasibətlərin genişləndirilməsi
istiqamətində xeyli
işlər görmüşdür.
Müzakirələr zamanı
İstanbul Türk Dövlətləri Qiymətləndiricilər
Birliyinin mərkəzi
şəhəri elan edilmiş və qərara alınmışdır
ki, mərkəzi qərargah İstanbulda yerləşsin və birliyin beynəlxalq təşkilat kimi qeydiyyatdan keçməsi Türkiyə Qiymətləndirmə
Mütəxəssisləri Birliyinə həvalə edilsin. Birliyin icraçı katibi Marat Baytokov tərəfindən 2024-2025-ci illər
üçün fəaliyyət
planı İdarə Heyəti tərəfindən
təsdiq olunmuşdur.
Sənəddə quruma
üzv dövlətlərin
təklifləri nəzərə
alınmış, aprelin
28-də Bakıda keçirilən
Zirvə Görüşünün
birliyin təsis olunmasında xüsusi rolu vurğulanmışdır.
Eyni zamanda qərara alınmışdır
ki, TDQB-nin 3-cü toplantısı gələn
il mayın 31-i - iyunun 2-də Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin
evsahibliyi ilə Azərbaycanda keçirilsin.
Azərbaycan Qiymətləndiricilər
Cəmiyyətinin sədri,
Türk Dövlətləri
Qiymətləndiricilər Birliyinin
vitse-prezidenti Vüqar
Oruc isə ölkəmizdə qiymətləndirmə
sektorunun mövcud vəziyyəti, inkişaf
dinamikası, görülən
işlər barədə
toplantı iştirakçılarını
ətraflı məlumatlandırmışdır.
Qeyd etmişdir ki, rəhbəri olduğu qurum 60 peşəkar qiymətləndirmə
şirkətini və
yüzlərlə qiymətləndiricini
birləşdirir.
Göründüyü kimi, kifayət qədər imkanlara malk olan TDT müasir
dövrün çağırışlarını
dəqiq qiymətləndirməklə
Cənubi Qafqaz və Mərkəzi Asiyada iqtisadi baxımdan da güc mərkəzinə
çevrilməkdə israrlıdır.
O üzdən bu gün regional birlik kimi fəaliyyət
göstərən Türk
Dövlətləri Təşkilatının
sabah beynəlxalq səviyyədə əhəmiyyətli
təşkilata çevriləcəyi
şübhəsizdir.
Züleyxa ƏLİYEVA,
Azərbaycan.-2023.- 18 noyabr, № 251.- S.10.