İraq Azərbaycanla əlaqələrini dərinləşdirməkdə qətiyyətlidir

 

Ölkəmiz bu əməkdaşlığın genişlənməsinə maraq göstərir

 

Azərbaycan İraq  beynəlxalq təşkilatlar çərçivəsində daim bir-birinin mövqelərini dəstəkləyən ölkələrdir.  Azərbaycan da,  İraq da işğaldan əziyyət çəkib.  İndi  bu vəziyyət artıq arxada qalıb. Odur ki, əməkdaşlığı genişləndirmək, yeni tərəfdaşlıq əlaqələri qurmaq üçün vaxt imkan çoxdur.

Azərbaycanla İraq arasında əməkdaşlıq sosial-iqtisadi  sahənin bir sıra sektorlarını əhatə edəcək. İki ölkə arasında  ticarət, energetika, mədəniyyət, elm, texnika, təhsil,  turizm digər sahələrdə əməkdaşlıq məsələlərinin inkişafı üçün əlverişli imkanlar  da var. Bu, İraq Respublikasının Prezidenti Əbdüllətif Camal Rəşidin ölkəmizə rəsmi səfəri zamanı keçirilən görüş tədbirlərdə bir daha vurğulandı. Belə ki, səfər çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İraq Respublikasının Prezidenti Əbdüllətif Camal Rəşidlə təkbətək görüşü, eləcə prezidentlərin geniş  tərkibdə görüşü keçirildi.

Müxtəlif sahələrdə əlaqələrin genişlənməsi üçün perspektivlərin olması, bunun hər iki ölkəyə faydalar gətirəcəyinə inam  dövlət  başçılarının  mətbuata bəyanatlarında da öz əksini tapdı.

Prezident İlham Əliyev Əbdüllətif Camal Rəşidin Qoşulmama Hərəkatının Zirvə toplantısı çərçivəsində Azərbaycana səfərini keçirdikləri görüşü məmnuniyyətlə xatırladı. İraq Prezidentinin ölkəmizə ilk dəfə rəsmi səfərə gəlməsindən məmnunluğunu bildirdi.

Vurğuladı ki, beynəlxalq təsisatlarda bir-birimizi dəstəkləməyə davam edəcəyik. İraq Azərbaycan müxtəlif beynəlxalq təsisatlarda hər zaman həmrəylik nümayiş etdirir. Biz BMT-, Qoşulmama Hərəkatında, İslam Əməkdaşlıq Təşkilatında hər zaman bir-birimizi dəstəkləyirik, bir-birimizin suverenliyini ərazi bütövlüyünü müdafiə edirik.

İqtisadi əməkdaşlıq məsələlərinə  gəldikdə isə dövlətimizin başçısı bildirdi ki, iki həftədən sonra nümayəndə heyətimiz hökumətlərarası komissiyanın yeni iclasının keçirilməsi üçün Bağdada səfər edəcək: "Bizim qarşılıqlı ticarətin necə artırılması ilə bağlı böyük planlarımız var. Həmçinin bu gün enerji sahəsində əməkdaşlıq məsələsini müzakirə etdik. Növbəti ay nümayəndə heyətimizin səfəri zamanı bu məsələ yenə müzakirə olunacaq. Biz müdafiə sənayesi, turizm sahələrində əməkdaşlıq imkanlarını müzakirə etdik. Artıq bizə bu gün nümayəndə heyətlərinin iştirakı ilə keçirilən görüşdə məlumat verildi ki, iki paytaxt arasında birinci birbaşa uçuş baş tutub. Növbəti həftələrdə bizim Kərkük, Ərbil Bəsrə şəhərlərinə birbaşa reyslərimiz olacaq. Biz hər iki istiqamətdə çox sayda turistlərin səyahət edəcəyini gözləyirik. Əlbəttə ki, biz vizaların verilməsi prosesini sadələşdirmək üçün növbəti hansı addımların atılmasını da müzakirə etdik. Əminəm ki, səfərin nəticələri çox yaxşı olacaq. Biz bir daha ölkələrimiz arasında dostluq münasibətlərinin olduğunu təsdiq etdik. Dialoqumuzun davam etdirilməsi əminəm ki, yeni yaxşı nəticələrə gətirib çıxaracaq bizim əməkdaşlıq güclənəcək".

İraq Prezidenti öz bəyanatında ölkəsinin iqtisadiyyatı, qarşıda duran vəzifələr haqqında ətraflı məlumat verdi: "Biz məsuliyyətimizi iki əsas hissəyə bölmüşük. Birincisi, infrastrukturumuzu inkişaf etdirmək, ikincisi, xidmətlərimizi yenidən qurmaq. Münaqişələr, müharibələr dövründə İraqdakı bütün infrastruktur zədələnmişdi bütün xidmətlər geri qalırdı, ona görə biz İraqın ehtiyacı olduğunu yenidən qurmağa, inkişaf etdirməyə möhkəmləndirməyə çalışırıq. İraqın iqtisadiyyatı yaxşıdır. Biz neft hasil edirik, bu, gündə 4-4,5 milyon barel təşkil edir. Bizim kənd təsərrüfatımız, su ehtiyatlarımız var. Düşünürəm ki, İraq iqtisadiyyatı indi yaxşı vəziyyətdədir gələcəkdə hətta daha da yaxşı olacaq. Biz enerji, neft, kənd təsərrüfatı digər sahələrlə bağlı çoxmillətli layihələrə start vermişik".

Əbdüllətif Camal Rəşid Azərbaycana rəsmi  səfərinin faydalı olduğuna belə səfərlərin təkrarlanacağına inamını da ifadə etdi. Azərbaycan nümayəndə heyətinin tezliklə İraqa səfər edəcəyindən məmnunluğunu bildirərək dedi: "Biz yenə əməkdaşlıq üçün bir çox sahələrdə əməkdaşlığın başlanılması üçün zəruri olan bütün məsələləri müzakirə edəcəyik. Hesab edirəm ki, İraqda biznes üçün Azərbaycan üçün İraqda biznes imkanları ilə bağlı yeni bir mühit yaratmalıyıq... Hər iki ölkə arasında əməkdaşlığın daha da yaxşılaşması məni sevindirir biz sizinlə əlaqə saxlayacaq nümayəndə heyətinizi onlara münasib olan vaxtda zəruri olduqda iki ölkə arasında birbaşa reyslər vasitəsilə nəqliyyat əlaqələrini qurmaqla qəbul etməyə eyni zamanda sizin təcrübənizdən faydalanmağa hazırıq".

Elə noyabrın 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İraq Respublikasının Prezidenti Əbdüllətif Camal Rəşidin iştirakı ilə imzalanan sənədlər deyilənlərin əyani təsdiqi oldu. Belə ki,  Azərbaycan Respublikasının əmək əhalinin sosial müdafiəsi naziri Sahil Babayev İraq Respublikasının əmək sosial işlər naziri Əhməd Cassim Sabir Əl-Əsədi "Azərbaycan Respublikasının Əmək Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə İraq Respublikasının Əmək Sosial İşlər Nazirliyi arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu"nu imzaladılar.

Sözügedən sənədlər sırasında Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyevin İraq Respublikasının Turizm Xidmətinin rəisi Zafer Mahdinin imzaladıqları "Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi ilə İraq Respublikasının Mədəniyyət, Turizm Tarixi Abidələr Nazirliyi arasında turizm sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu" da özünə yer aldı.  Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov İraq Respublikasının xarici işlər nazirinin müavini Məhəmməd Hüseyn Bəhr Əl-Ulum  "Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə İraq Respublikasının Xarici İşlər Nazirliyi arasında siyasi məsləhətləşmələr haqqında Anlaşma Memorandumu"nu imzaladılar. Azərbaycan Respublikasının rəqəmsal inkişaf nəqliyyat naziri Rəşad Nəbiyevin İraq Respublikasının Mülki Aviasiya Baş İdarəsinin rəisi İmad Əl-Əsədinin  imzaladıqları sənəd  isə "Azərbaycan Respublikası Hökuməti ilə İraq Respublikası Hökuməti arasında hava əlaqəsi haqqında Saziş"dir.

Bütün bünlar göstərir ki, Azərbaycanla İraq arasında dialoq  davam edir bu, yaxşı nəticələr verəcək. Təsadüfi deyil ki,  Prezident İlham Əliyev  bu əməkdaşlığın güclənəcəyinə inamını  ifadə etmişdir.

İraq Prezidenti Əbdüllətif Camal Rəşid  həmçinin Azərbaycanla əlaqələrin daha da inkişafında əzmli olduqlarını vurğulamış, səfər çərçivəsində imzalanan sənədlərin əlaqələrimizin genişlənməsinə böyük töhfə verəcəyini bildirmişdir. İraqın ölkəmizin uğurlarına əsl dost gözü ilə baxdığını isə bu sözlərlilə çatdırmışdır: "Əldə etdiyiniz nailiyyətlər münasibətilə Sizi təbrik etmək istəyirəm. Mən təkcə Bakını görmüşəm, başqa yerləri görməmişəm. Lakin Bakıda infrastruktur, binalara şəhərdə təşkilati məsələlərə münasibətdə gördüklərim əsasında sizi təbrik edirəm. Bu, istənilən ölkə üçün heyrətamiz bir nailiyyətdir siz hamınız Bakıda yaşamaqdan qürur hissi duymalısınız".

 

Flora SADIQLI

 

Azərbaycan.- 2023.- 22 noyabr, ¹254.- S.1; 9.