Böyük
inamın 20 illik təntənəsi
2003-cü il oktyabrın 1-də Ulu Öndər Heydər Əliyev Azərbaycan xalqına taleyüklü seçimlə bağlı
müraciət etdi
"İnanıram ki,
mənim axıra çatdıra bilmədiyim
taleyüklü məsələləri,
planları, işləri
İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə
böyük ümidlər
bəsləyirəm", - deyə 2003-cü il oktyabrın 1-də xalqa tarixi müraciətində
Ulu Öndər Heydər Əliyev Azərbaycanın gələcəyini
siyasi davamçısı
İlham Əliyevə
etibar etdiyini böyük inamla bildirmişdi.
Budur, indi Azərbaycan xalqı olaraq Ulu Öndərin
həmin tarixi çıxışında vurğuladığı
taleyüklü məsələlərin,
planların, işlərin
Prezident İlham Əliyev tərəfindən
böyük əzm, qətiyyət, iradə ilə gerçəkləşdirilməsinin
qürurlu şahidliyini
edirik.
Ötən 20 il
ərzində apardığı
müdrik, düşünülmüş,
qətiyyətli siyasətin
nəticəsində Prezident
İlham Əliyev Azərbaycanı hərtərəfli
inkişaf etdirərək
sayılıb-seçilən dövlətə çevirdi
və xəritədə
kiçik görünən
ölkəmiz bu gün dünyanın harasından baxsan möhtəşəm şəkildə
görünür.
Ən başlıcası,
İlham Əliyev Ali Baş Komandan
olaraq işğal altında olan torpaqlarımızı, Şərqi
Zəngəzuru, Qarabağı
azadlığına qovuşduraraq
ərazi bütövlüyümüzü,
suverenliyimizi təmin etdi və bu
parlaq zəfərlərlə
həm də Azərbaycanı Ulu Öndər Heydər Əliyevin arzularındakı
zirvəyə ucaltdı.
Xalq ona, o da
xalqına arxa-dayaq idi
Dünyanın ən böyük azərbaycanlısı
olan Heydər Əliyev
həyatını Azərbaycan
xalqının rifahı
və tərəqqisinə
sərf edib, bu amal naminə
ömrünün sonuna
kimi əzmlə çalışıb.
Ulu Öndər ölkəmizdə
hakimiyyətdə olduğu
hər iki dövrdə, xüsusilə
də 1993-cü ildən
sonra Azərbaycanı
inkişaf etdirmək,
eləcə də müstəqilliyini, dövlətçiliyini möhkəmləndirmək
üçün mühüm
işlər görüb,
nəhəng layihələr
gerçəkləşdirərək iqtisadiyyatımızı yüksəldib,
qətiyyətli siyasət
yürüdərək milli maraqlarımızın təmini
ilə bağlı müstəsna fəaliyyət
göstərib.
1994-cü ildə Azərbaycanda
"Əsrin müqaviləsi"nin
imzalanmasına nail olaraq
ölkəmizi sosial-iqtisadi
böhrandan xilas edib inkişaf yoluna çıxaran Ümummilli Lider Heydər Əliyevin
apardığı müdrik
diplomatik siyasət nəticəsində beynəlxalq
səviyyədə Qarabağ
məsələsini süni
şəkildə gündəlikdən
çıxarmaq istəyənlər
məkrli məqsədlərinə
çata bilmədilər.
Ulu Öndər bütün mötəbər tribunalarda
bu məsələni qaldırdı, eyni zamanda Qarabağla bağlı Azərbaycana edilən təzyiqlərə
baxmayaraq, dəmir iradəsi, qətiyyətli
mövqeyi və çevik diplomatik siyasəti ilə böyük güclərə
qarşı sözün
əsl mənasında
savaşdı.
Azərbaycan dövlətinin
var olması yolunda uğurla addımlayan Heydər
Əliyev daim xalq tərəfindən dəstəkləndi. Onu özünün
Ümummilli Lideri sayan xalqımız daim bu böyük
şəxsiyyətə yüksək
ehtiram göstərir,
böyük inam bəsləyirdi.
Özünə olan bu tükənməz inamdan güc alan Ulu Öndər Heydər
Əliyev buna görə
də oktyabrın 1-dəki
müraciətində üzünü
xalqa tutub deyirdi: "Öz namizədliyimi İlham Əliyevin
xeyrinə geri götürürəm. Üzümü
Sizə - həmvətənlərimə
tutaraq qarşıdan gələn prezident seçkilərində prezidentliyə
namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası sədrinin I müavini
İlham Əliyevi dəstəkləməyə
çağırıram".
Ulu Öndər xalqı əmin edirdi ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən
layiqli övladlarını
öz ətrafında
sıx birləşdirərək
Azərbaycan dövlətinin
inkişafı və xalqımızın firavanlığı
yolunda çox işlər görəcəklər.
2003-cü il oktyabrın 1-də Ulu Öndərin bəyan etdiyi bu fikirlər
xalq tərəfindən dəstəkləndi
və onları vahid amal ətrafında
səfərbər etdi.
20 il öncə - 2003-cü il oktyabrın
15-də keçirilən prezident
seçkilərində xalq
yekdilliklə İlham Əliyevi
dəstəkləyərək onu ölkəsinin Prezidenti seçdi. Bu taleyüklü seçimin
edildiyi həmin tarixdən etibarən Heydər
Əliyev tərəfindən
bünövrəsi qoyulan
və inkişaf edən müasir müstəqil Azərbaycan
İlham Əliyevin rəhbərliyi
ilə qələbələrlə,
zəfərlərlə bol
olan ən qüdrətli dövrünə
qədəm qoydu.
Tarixi zəfərlərdə
qalib lider İlham Əliyevin parlaq və silinməz imzası var
2003-cü il oktyabrın 15-dən - İlham Əliyevin
xalqın yekdil qərarı ilə Prezident seçilməsindən
ötən 20 illik dövrə qısa nəzər yetirdikdə belə bir möhtəşəm
xronikanı izləyirik:
- Azərbaycanda
ictimai-siyasi, sosial-iqtisadi,
mədəni, ümumiyyətlə,
bütün sahələr
üzrə böyük
tərəqqi və inkişaf yaşanıb, respublikamız Cənubi Qafqazın lider ölkəsi olub;
- Ölkəmiz
qlobal miqyaslı məsələlərin, problemlərin
həlli ilə bağlı müzakirələrin,
dialoqların aparıldığı
unikal ünvan kimi beynəlxalq aləmə səs salıb;
- Respublikamız
dünyanın enerji, yol qovşağına çevrilib;
- Ərazisi
işğal altında
olan ölkədən
zəfər ölkəsinə,
məğlub xalqdan qalib xalqa çevrilib;
- Torpaqlarımız
30 illik əsarətdən
qurtulub, ərazi bütövlüyümüz, suverenliyimiz
təmin olunub;
- Sərsəm erməni millətçilərinin
Qarabağda yaratdıqları
quldur yuvası dağıdılıb, torpaqlarımızda
iki əsrlik erməni layihəsi iflasa uğradılıb;
- Yüz
minlərlə insanımızın
yurd həsrəti bitib, cənnətməkana
çevrilən Qarabağ
və Şərqi Zəngəzura Böyük
qayıdış gerçəkləşdirilib.
Cəmi iki onillik ərzində Azərbaycan adına qazanılan bütün bu tarixi zəfərlərdə
isə Ulu Öndər
Heydər Əliyev siyasi
kursunun layiqli davamçısı qalib lider İlham Əliyevin parlaq və silinməz imzası var.
Ulu Öndər siyasi kursunun layiqli davamçısı
Ümummilli Lider Heydər Əliyevin ocağında layiqli Azərbaycan vətəndaşı kimi
yetişən İlham Əliyev
atasının yolu ilə addımlayaraq və uca şəxsiyyətin
yarımçıq qalan
taleyüklü işlərini,
planlarını gerçəkləşdirərək
Azərbaycan xalqı,
dövləti adına
misilsiz tarixi qələbələr qazanıb.
Bütün bu misilsiz uğurlar, nailiyyətlər həm də uca şəxsiyyət
Heydər Əliyevin Azərbaycanın
gələcəyini özü
qədər inandığı İlham Əliyevə etibar edərək, bir daha müdrikliyini, uzaqgörənliyini və
vətən sevgisini izhar etməsinin möhtəşəm təcəssümüdür.
Necə oktyabrın
1-də tarixi müraciətində
müdrik rəhbər
xalqa üzünü tutaraq əminliklə bildirmişdi ki, yüksəkintellektli,
praqmatik düşüncəli,
müasir dünya siyasətini və iqtisadiyyatını gözəl
bilən, enerjili və təşəbbüskar
bir şəxsiyyət
İlham Əliyev Azərbaycan
dövlətinin inkişafı
və xalqımızın
firavanlığı yolunda
çox işlər görəcək.
Bu tarixi müraciətin üzərindən cəmi
20 il keçdikdən sonra
xalqımız vaxtilə
Ulu Öndərin söylədiyi
bütün bu məsələlərin real müstəvidə
təzahürünün, Azərbaycan
xalqının, dövlətinin
taleyüklü məsələlərinin
İlham Əliyev tərəfindən
necə əzm və qətiyyətlə
həll edildiyinin şahidi oldu.
Hələ 2018-ci il aprel
seçkilərində daim
xalqa arxalandığını
və onların dəstəyindən güc
aldığını deyən
İlham Əliyev vurğulamışdı:
"Mən 2003-cü ildə,
prezident seçkiləri
ərəfəsində xalqa
müraciət edərək
demişdim ki, əgər
mənə xalq etimad göstərərsə,
mən Ulu Öndər
Heydər Əliyev siyasətinə
sadiq qalacağam, bu siyasəti davam etdirəcəyəm.
Mən fəxr edirəm ki, xalq mənə inandı, məni dəstəklədi
və mən də öz növbəmdə sözlərimə
əməl etdim".
Azərbaycan xalqı
müzəffər Ali Baş Komandan İlham Əliyevin
2020-ci il noyabrın 8-də Şəhidlər xiyabanından
Şuşanın azadlığını
xalqımıza müjdələyən
zaman bir oğul olaraq ata vəsiyyətini
layiqincə yerinə yetirməsindən doğan
qüruruna isə belə şahidlik etmişdi: "...Xoşbəxt
adamam ki, ata vəsiyyətini yerinə
yetirdim. Şuşanı
azad etdik! Bu, böyük Qələbədir!
Şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır bu gün!.."
Elə 2023-cü idə
Azərbaycanın suverenliyini
təmin etməsi və Qarabağda iki yüz illik
erməni layihəsini
darmadağın etməsi
də müstəqil Azərbaycanın bünövrəsini
qoymuş və indi yüzillik yubileyini təntənəli
şəkildə qeyd
etdiyimiz Ulu Öndər
Heydər Əliyevin əziz
xatirəsinə Prezident
İlham Əliyevin bir
dövlət başçısı,
bir Azərbaycan vətəndaşı, bir
oğul olaraq ən böyük töhfəsi oldu.
Yasəmən MUSAYEVA,
Azərbaycan.-2023.-
1 oktyabr.- S.1;3.