Beynəlxalq Astronavtika Konqresinin Azərbaycanda keçirilməsinin
xüsusi önəmi
var
Prezident İlham Əliyev Beynəlxalq Astronavtika Federasiyasının prezidentini
qəbul edib
Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev sentyabrın 30-da
Beynəlxalq Astronavtika
Federasiyasının prezidenti
Kley Mourini qəbul edib.
AZƏRTAC xəbər verir ki, dövlətimizin
başçısı Azərbaycanda
keçiriləcək 74-cü Beynəlxalq Astronavtika Konqresinin əhəmiyyətinə
toxunaraq, bu tədbirə ev sahibliyi etməsi üçün ölkəmizin
seçilməsinə görə
minnətdarlığını bildirdi. Prezident İlham Əliyev Konqresin Azərbaycanda yüksək səviyyədə
təşkili üçün
böyük hazırlıq
işlərinin görüldüyünü
vurğuladı.
Dövlətimizin başçısı
xeyli sayda qonağın iştirak edəcəyi bu tədbirin Azərbaycan ilə daha yaxından
tanış olmaq və gələcək əməkdaşlıq planlarının
müəyyənləşdirilməsi baxımından önəmli
olduğunu qeyd etdi.
Kley Mouri Azərbaycana gəlməkdən
məmnunluğunu bildirərək,
74-cü Beynəlxalq Astronavtika
Konqresinin ölkəmizdə
keçirilməsinə göstərdiyi
dəstəyə görə
dövlətimizin başçısına
minnətdarlığını ifadə etdi, Azərbaycanın Konqresə
hazırlığını yüksək qiymətləndirdi.
Konqresin əhəmiyyətinə
toxunan qonaq burada 100-dən artıq ölkədən 5 mindən
çox nümayəndənin
iştirakını tədbirə
verilən önəmin
göstəricisi kimi dəyərləndirdi. Qeyd
etdi ki, bu tədbir indiyədək keçirilmiş
digər konqreslərlə
müqayisədə iştirakçıların
sayı və tərkibi baxımından
eyni səviyyədədir,
hətta bəzi göstəricilərə görə
onlardan da üstündür.
Beynəlxalq Astronavtika
Federasiyasının prezidenti
bildirdi ki, bu tədbir təqdim ediləcək elmi məqalələrin sayına görə də ən önəmli konqreslərdən
biri olacaq. Belə ki, Konqresə
3600-dək elmi məqalə
təqdim ediləcək.
Bu tədbir çərçivəsində BMT-nin Kosmik Fəza
Məsələləri İdarəsinin
və Beynəlxalq Astronavtika Federasiyasının
birgə təşkilatçılığı
ilə “Sosial və iqtisadi faydalar naminə kosmik texnologiyalar” adlı seminarın və Kosmik Nəsil Məşvərət
Şurasının Kosmik
Nəsil Konqresinin də keçirildiyi bildirildi.
Söhbət zamanı Bakı şəhərinin və Konqres Mərkəzinin bu mötəbər beynəlxalq tədbirə yüksək səviyyədə hazırlığı xüsusi qeyd olundu.
Azərbaycan.-2023.- 1 oktyabr.- S.1-2.