Məğlub separatçılar Nikol Paşinyana qarşı çevrilişə hazırlaşırlar
Hayastanda gərginləşən
ictimai-siyasi durum ölkədə xaotik vəziyyət yaradıb. Mövcud durumdan istifadə edən keçmiş hərbi xuntanın revanş istəyi isə vəziyyəti daha da gərginləşdirməkdədir.
Əsas niyyət iqtidara qarşı
müqavimət və
itaətsizlik təşkil
etmək, bununla xaotik durumun yaradılmasına nail olmaq, güc yolu ilə olsa
belə, hakimiyyəti
qəsb etməkdir.
İrəvanda Nikol
Paşinyana qarşı
təşkil edilən
etiraz aksiyalarına polisin müdaxiləsi nəticəsində 100-dən çox
insan həbs edilib, bir o qədəri
də yaralanıb. Onlardan bəzilərinin vəziyyəti ağırdır.
Hazırda baş verənlərdən isə
belə məlum olur ki, yaxın
vaxtlarda Hayastanda vəziyyət daha acınacaqlı xarakter alacaq. Çünki separatçılar Paşinyanın
baş nazir kimi ölkə idarəçiliyini davam etdirməsini istəmirlər.
Dünən İrəvanda,
Azərbaycan tərəfindən
həbs edilən Ruben Vardanyan və digər separatçılara dəstək
nümayişi keçirilib.
Keçmiş hərbi
xuntanı təmsil edənlər Nikol Paşinyana qarşı hər hansı uğur əldə edə bilmədikləri üçün istiqaməti
dəyişməyə, diasporun,
kilsə və rusiyameyillilərin dəstəyini
bu yolla əldə etməyə çalışırlar.
Mitinqin təşkilatçıları
qeyd ediblər ki, Qarabağdakı
keçmiş terrorçu
rejimin oyuncaq "dövlət naziri" Ruben Vardanyan 27 sentyabrda Azərbaycan sərhədçiləri tərəfindən
saxlanılıb və
barəsində 4 aylıq
həbs qətimkan tədbiri seçilib.
Eyni zamanda deyilib ki, oyuncaq
qurumun "keçmiş
xarici işlər naziri" David Babayan,
"müdafiə ordusunun
keçmiş komandiri"
Levon Mnatsakanyan, "təhlükəsizlik şurasının
keçmiş rəhbəri"
Arşavir Qaramyan və "müdafiə nazirinin keçmiş müavini" David Manukyan
da saxlanılıb.
Etiraz aksiyaları
zamanı polislər növbəti dəfə müxalifət fəallarına
qarşı zorakılıq
nümayiş etdiribər.
Bu cür faktlara dair videoları
dərc edən saytlar hətta "qırmızı beretli"lərdən
birinin yaşlı qadına qapaz vurmasını yazıb. Görüntülərdə polisin
bu davranışından
sonra erməni qadınların onun üzərinə hücum
etməsi də əks olunub.
Bu arada yayılan məlumatlara görə, Paşinyanın
göstərişi ilə
İrəvan küçələrinə
əlavə hərbi və polis qüvvələri
cəmləşdirilir. Erməni
hərbi ekspert Samvel Koçaryan isə yaranmış vəziyyətdə ölkədə
"rəngli inqilab"ın
təşkil edildiyini
vurğulayır.
Qeyd edilir ki, günlərdir
küçələrə faktiki nəzarət edən etirazçıların
məqsədi hakimiyyəti
və əlbəttə
ki, ölkənin xarici siyasət kursunu dəyişdirməkdir.
Bu da öz
növbəsində "rəngli
inqilab"a aparır.
Etirazçılar başqa
ölkələrdəki "rəngli inqilab" təşkilatçılarının metodları ilə hərəkət edirlər.
"Rəngli inqilab"ın
emissarları Hayastanda
hakimiyyətdən yığılıb
qalmış narazılıqlardan
istifadə etməyə
çalışırlar. Etirazçılar
arasında polislə toqquşma zamanı özünü necə aparmaq, necə təşkilatlanmaq və
s. barədə vərəqələr
paylanır.
Göründüyü kimi, İrəvanda etirazlar
səngimək bilmir. Nikol Paşinyan isə ona qarşı
yönəlmiş təhdidləri
güc yolu ilə aradan qaldırmağı düşünür.
Bu isə o deməkdir ki, Hayastanı qarşıdakı
dövr ərzində
gərgin günlər
gözləyir.
Elçin CƏFƏROV,
Azərbaycan.-2023.-
1 oktyabr.- S.8.