Qədim
Qarabağ və Şərqi Zəngəzurda
müasir şəhərlər
salınır
Azərbaycanın
bu sahədəki təcrübəsindən dost
ölkələr də
faydalanır
Bu tədbirin açılış
mərasiminin Zəngilanda
keçirilməsi dərin
məna daşıyırdı.
Bu, 30 ilə yaxın işğal altında olan, həmin müddətdə
Qarabağın və
Şərqi Zəngəzurun
digər yaşayış
məntəqələri kimi
düşmənin viran
qoyduğu, indi isə özümüzün
yenidən saldığımız
bir şəhərə
dünyanın diqqətini
cəlb etmək demək idi.
BMT-nin Məskunlaşma
Proqramının (UN-HABITAT) və Azərbaycan Respublikasının Dövlət
Şəhərsalma və
Arxitektura Komitəsinin
əməkdaşlığı ilə keçirilən
"Şəhərsalma Həftəsi
- 2023" tədbirləri çərçivəsində "Davamlı şəhərlər iqtisadi
inkişafın hərəkətverici
və bərabərsizliklərlə
mübarizə aparan qüvvəsi kimi" mövzusunda 2-ci Azərbaycan
Milli Şəhərsalma
Forumunun açılış
mərasimi bir gün ondan əvvəl istifadəyə
verilmiş Zəngilan
Konqres Mərkəzində
keçirildi. Bu faktın özü də göstərir ki, şəhərsalma ilə bağlı belə mötəbər tədbirə evsahibliyi etməyimiz təsadüfi deyil. 44 günlük Vətən müharibəsindəki Qələbəmizdən
cəmi üç il keçir. Azərbaycan bu qısa vaxt ərzində dünyanın
gözü qarşısında
görün düşmənin
yerlə yeksan etdiyi neçə şəhərin, "ağıllı
kənd"in, yaşayış
kompleksinin təməlini
qoyub. Təzədən
salınan şəhərlərdə
möhtəşəm infrastruktur
obyektləri istifadəyə
verib!
Forumun açılış
mərasimində Prezident
İlham Əliyevin dediyi kimi: "Böyük qayıdış
proqramı və onun icrası artıq imkan vermişdir ki, keçmiş məcburi köçkünlər Laçın
şəhərinə qayıtsınlar,
Füzuli şəhərinə
qayıtsınlar, Ağalı
kəndinə qayıtsınlar,
Talış və Zabux kəndlərinə qayıtsınlar. Yəni bu gün 8 şəhər
və 92 kəndin baş planı artıq təsdiqlənib və 30 kəndin təməli qoyulub. Qarşıdan gələn
illərdə çox
böyük, irihəcmli
yaşayış layihələri
həyata keçiriləcək,
xüsusən də Şuşa və digər şəhərlərdə.
Bu bizim proqramın tərkib hissəsidir. Digər bir element infrastrukturdur.
Məsələn, dünən
mən burada - Zəngilanda 10 meqavat gücündə yeni su-elektrik stansiyasının
açılışını etdim. Ancaq növbəti
altı ay ərzində onun imkanları 40 meqavata çatdırılacaq. Azad
olunmuş ərazilərdə
bu gün 90 meqavat həcmində hidroelektrik enerji artıq təmin edilir. Yəni azad olunmuş bütün ərazilərimiz
yenidən bizim mərkəzi şəbəkəmizə
qoşulur və tam inteqrasiya edilib... Enerji potensialı, nəqliyyat, yaşayış layihələri
- bunların hamısı
bizim gündəliyimizin
tərkib hissəsidir.
Əminəm ki, biz bütün vəzifələrə, hədəflərə
nail olacağıq və növbəti üç ildə 100 mindən çox keçmiş məcburi köçkünü evlərinə
qaytaracağıq. Yeri
gəlmişkən, qeyd
edim ki, artıq 2300 məcburi köçkün evlərinə
qayıdıb və ilin sonunadək onların sayı 5500-ə
çatdırılacaq".
Xatırladaq ki,
I Şəhərsalma Forumunu
ötən il Ağdam şəhərində
keçirmişdik. İşğal
dövründə erməni
vandallarının darmadağın
etdiyi, yer üzündən silmək
istədiyi, bu gün isə bizim sıfırdan başlayaraq
inşa etdiyimiz şəhərdə...
Dövlət Şəhərsalma
və Arxitektura Komitəsinin sədri Anar Quliyev də
diqqəti bu fakta cəlb edərək jurnalistlərlə
söhbətində deyib:
"Ötən il Ağdam şəhərində,
bu il isə
Zəngilandayıq. Zəngilanda
reallaşdırılmış layihələrin də şahidiyik. Zəngilan şəhərində Konqres
Mərkəzi ilk qonaqlarını qarşılayır.
Bu, Zəngilanda reallaşdırılmış ilk layihələrdən biridir. Ötən ildən fərqli olaraq tədbir 3 gün davam edəcək. İştirakçıların
da sayı artmaqdadır. Əgər keçən il 45 ölkədən nümayəndə
gəlmişdisə, bu
il 53 ölkədən
təmsilçi var. Biz həm azad
edilmiş ərazilərdə
Azərbaycanın şəhərsalma
sahəsində gördüyü
işləri göstərmək,
həm də dünya ölkələrinin
təcrübəsini öyrənmək
və tətbiq etmək imkanı əldə etmişik".
Komitə sədri
onu da nəzərə
çatdırıb ki,
hazırda sonuncu - Laçın şəhərinin
baş planı üzərində iş gedir. Bir sıra
kəndlərin əksəriyyətinin
ərazi planlaşdırma
sənədləri hazırlanır
və təsdiq olunur.
BMT-nin Məskunlaşma
Proqramının icraçı
direktoru xanım Maimuna Mohd Şərif
forumdakı çıxışında
ölkəmizin şəhərsalma
sahəsindəki nailiyyətlərini
qeyd edərək bildirib: "Cari Milli Şəhərsalma Forumunda Azərbaycan hökuməti, bütün
aidiyyəti qurumlar, eləcə də yerli icra hakimiyyəti,
idarəetmə qurumları
illik platformada üzərinə götürdüyü
Dayanıqlı İnkişaf
Məqsədləri ilə
bağlı müvafiq
olaraq məlumat, hesabat verirlər. BMT də aidiyyəti qurum olaraq yeni
şəhərsalma gündəliyi
çərçivəsində Dayanıqlı İnkişaf
Məqsədlərini, eyni
zamanda ərazi, iqtisadi və ətraf mühit planlamasını özündə
ehtiva edir. Bəli, Milli Şəhərsalma Forumu məhz ən ali zirvədən tutmuş - söz düşmüşkən, Azərbaycanın
həqiqətən də
bariz nümunəsi fonunda - milli səviyyədə keçirilən
belə bir şəhərsalma forumu ölkələr üçün,
nümayəndələr üçün
də 2024-cü ildə
Qahirədə keçiriləcək
müvafiq tədbir üçün həqiqətən
də mühüm platformadır. BMT-nin Baş Assambleyasının
78-ci sessiyasında qeyd
olunduğu kimi, günümüzdə artıq
köhnəlmiş, qeyri-funksional
və ədalətsiz
bir nizamda məhz memarlıq gələcəkdə DİM-lərin
inkişafına mühüm
töhfə verə bilər. Milli səviyyədə isə
bütün bu işlər, iqtisadi, sosial ərazi planlaşdırılması Azərbaycanın,
təbii ki, Zəngilanda nümayiş
etdirdiyi inkişafla paraleldir. Burada inklüziv, düzgün ərazi yanaşması milli inkişaf planında vəhdət halı almışdır".
Məlumdur ki, müasir dünya problemləri sırasında urbanizasiya da dayanır. Yəni insanlar şəhərdə, rahat
şəraitdə yaşamağa
üstünlük verirlər.
Bu meylin ölkəmizdə də hökm sürdüyü heç kəsə sirr deyil və
bunu dövlətimizin
başçısı forumdakı
çıxışında da qeyd edib.
Lakin bir həqiqət də var! Ölkəmizin iri şəhərlərində
və rayon mərkəzlərində dövlətin məcburi köçkünlər
üçün tikdiyi hər şəraiti olan evlərdə yaşayan qarabağlılar,
şərqi zəngəzurlular
böyük sevinc və coşqu ilə öz doğma kəndlərinə
dönürlər. Prezident İlham Əliyev bunu vurğulayaraq demişdir: "Ermənistanın
işğalından əziyyət
çəkən köçkünlərimiz
30 il ərzində Azərbaycanın müxtəlif
bölgələrində yaşayırdılar.
Hökumət hər il onlar üçün
300-500 milyon ABŞ dolları
arasında vəsait ayırırdı ki, yeni yaşayış layihələri icra edilsin, yeni yaşayış
məntəqələri tikilsin.
300 mindən çox məcburi köçkün
yaxşı şəraitlə,
yeni mənzillərlə,
evlərlə təmin
edilmişdir. Ancaq torpaqlarımız azad edilən kimi biz sorğu keçirdik və onların mütləq əksəriyyəti evlərinə
qayıtmaq arzusunu ifadə etdilər. Bu gün artıq
qayıtmaq istəyən
insanlardan ibarət növbə yaranıb. Onlar Bakıdan, Sumqayıtdan, Gəncədən
və digər bölgələrimizdən qayıtmaq
istəyirlər. Onlar
şəhərlərdən kəndlərə qayıtmaq
istəyirlər. Yəni
bunu da düzgün
qiymətləndirmək lazımdır.
Bu gün hər kəs urbanizasiyadan danışır.
Bizdə də bu mövzu var.
Bizim bu problemimiz uzun illərdir yaşanır -
insanlar bölgələrdən,
kəndlərdən şəhərə
can atırlar. Çünki şəhərdə
daha çox iş yerləri, məşğulluq imkanları
var və özləri üçün
daha yaxşı şərait yaratmaq istəyirlər. Amma bu gün biz
onun şahidiyik ki, Bakıdan, Sumqayıtdan, Gəncədən,
Mingəçevirdən, digər
şəhərlərdən kəndlərə axın
baş verir. Bu isə ilk
növbədə Azərbaycan
xalqının öz Vətəninə nə dərəcədə bağlı
olduğunu göstərir.
Onlar öz vətənlərində, əcdadlarının
vətənlərində yaşamaq
istəyirlər".
Bu, digər bir tərəfdən də onlar üçün
getdikləri yerdə yaradılan yaxşı şəraitlə, nəticə
etibarilə şəhərsalma,
yeni, "ağıllı
kənd"lərin qurulması
sahəsindəki uğurlarımızla
bağlıdır. Sözügedən
forum kimi tədbirlər sayəsində
biz bu sahədəki
təcrübəmizi digər
ölkələrlə bölüşür,
onların nailiyyətlərindən
faydalanırıq. Tədbirin
iştirakçısı olan
Meksikanın
Queretaro əyalətinin
başçısı Rogeylo
Alkoser Qomez də sanki bütün
qonaqlarımızın fikrini
ifadə edərək
deyib: "Hər kəs bir-birilə əlaqə yaratmalı, bir-birindən öyrənməlidir.
Məhz bu əməkdaşlıq dünyada
davamlı inkişaf üçün çox vacibdir. Biz Azərbaycan
Respublikası Dövlət
Şəhərsalma və
Arxitektura Komitəsi ilə əməkdaşlıq
etməyi də planlaşdırırıq".
Flora SADIQLI,
Azərbaycan.-2023.- 1 oktyabr.- S.7.