Birləşmiş
Millətlər Təşkilatının
Məskunlaşma Proqramına
(UN-Habitat) vəsait ayrılması haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Qlobal urbanizasiyanın
artdığı şəraitdə
şəhərlərin dayanıqlı,
inklüziv və təhlükəsiz inkişafını
təmin etmək Birləşmiş Millətlər
Təşkilatına (BMT) üzv
dövlətlərin əsas
hədəfinə çevrilmişdir.
Ötən illərdə
Azərbaycan bu sahədə BMT-nin aparıcı təsisatı
olan Məskunlaşma Proqramı (UN-Habitat) ilə sıx əməkdaşlıq edərək,
qeyd olunan hədəfin reallaşmasına
mühüm dəstək
göstərmişdir.
Təsadüfi deyildir
ki, işğaldan azad edilmiş ərazilərdə müasir
şəhər quruculuğu
və bərpa işləri BMT-nin "Dayanıqlı inkişaf məqsədləri" təşəbbüsünün
prinsipləri əsasında
həyata keçirilir.
Gələcək inkişafın
və rifahın əsas qüvvəsi olan şəhərlərin
davamlı inkişafı
naminə ölkələrin
fəal əməkdaşlığı
qlobal sülhə, təhlükəsizliyə və
inkişafa mühüm
töhfə ola bilər.
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq qərara alıram:
1. Dünyada dayanıqlı
şəhərlərin inkişafı
istiqamətində faydalı
əməkdaşlığın genişlənməsinə, eləcə
də bu çərçivədə sülhün
və təhlükəsizliyin
möhkəmlənməsinə dəstək göstərmək
məqsədilə Azərbaycan
Respublikasının 2023-cü il dövlət büdcəsində nəzərdə
tutulmuş Azərbaycan
Respublikası Prezidentinin
Ehtiyat Fondundan BMT-nin Məskunlaşma Proqramına (UN-Habitat) 1,0
(bir) milyon ABŞ dollarının manat ekvivalentində vəsait ayrılsın.
2. Azərbaycan Respublikasının
Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci
hissəsində göstərilən
məbləğdə maliyyələşməni
təmin etsin.
3. Azərbaycan Respublikasının
Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll
etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
30 sentyabr 2023-cü il
Azərbaycan.-2023.-
1 oktyabr.- S.2.