Azərbaycan
Respublikasında minatəmizləmə
fəaliyyətinin əlaqələndirilməsi
ilə bağlı əlavə tədbirlər
haqqında
Azərbaycan Respublikası Prezidentinin
2021-ci il 16 sentyabr tarixli 1441 nömrəli Fərmanında dəyişiklik
edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq qərara alıram:
"Azərbaycan Respublikasında
minatəmizləmə fəaliyyətinin
əlaqələndirilməsi ilə bağlı əlavə tədbirlər
haqqında" Azərbaycan
Respublikası Prezidentinin
2021-ci il 16 sentyabr tarixli 1441 nömrəli Fərmanında (Azərbaycan
Respublikasının Qanunvericilik
Toplusu, 2021, № 9, maddə
981) aşağıdakı dəyişikliklər edilsin:
1. 1.3-cü bənddə və 3.3.1-ci yarımbənddə
"məlumat bazasına"
sözləri "informasiya
sisteminə" sözləri
ilə əvəz edilsin.
2. 2.4-cü bənddə "elektron məlumat bazasının (bundan sonra - məlumat bazası)" sözləri
"informasiya sisteminin
(bundan sonra - informasiya sistemi)" sözləri ilə əvəz edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
30 sentyabr 2023-cü il
Azərbaycan.-2023.-
1 oktyabr.- S.2.