XİN erməni
radikal qruplaşmalarının
ABŞ-da təşkil
olunan konfransın iştirakçılarına qarşı
hücumunu pisləyib
Azərbaycanın Xarici
İşlər Nazirliyi
erməni radikal qruplaşmalarının ABŞ-da təşkil olunan konfransın iştirakçılarına qarşı
hücumu ilə bağlı bəyanat yayıb.
Bu barədə
AZƏRTAC-a XİN-in Mətbuat
xidməti idarəsindən
məlumat verilib.
Bəyanatda deyilir:
“Sentyabrın 29-da ABŞ-ın
Los-Anceles şəhərində
erməni radikal qruplaşmalarının Cənubi
Kaliforniya Universitetində
Annenberq Kommunikasiya və Jurnalistika Fakültəsi və Yunus Əmrə İnstitutunun birgə təşkilatçılığı ilə baş tutan “Türkiyənin ictimai diplomatiyası” mövzusunda konfrans iştirakçılarına qarşı
hücumunu kəskin qınayır və pisləyirik.
Otuz ilə yaxın işğal müddətində, o cümlədən
44 günlük Vətən
müharibəsi, habelə
bölgədə aparılan
son antiterror tədbirləri ərəfəsində
ölkəmizə, həmvətənlərimizə,
habelə qardaş Türkiyə Respublikası
və onun vətəndaşlarına qarşı
atılan, Ermənistanın
etnik nifrət və dözümsüzlük
siyasətinin təcəssümü
olan bu kimi
addımların intensiv
və sistematik xarakter alması ciddi təhdid mənbəyidir.
Ermənistanın Azərbaycana
qarşı apardığı
qarayaxma kampaniyasının
uğursuzluğa düçar
olmasını, habelə
bölgədə yaradılan
qeyri-qanuni rejimin süquta uğramasını
həzm edə bilməyən radikal erməni diaspor nümayəndələrinin bu
kimi aqressiv hücumları cinayət əməlidir və müvafiq olaraq cəzalandırılmalıdır.
Bu hücumun timsalında radikal erməni qruplaşmalarının bu kimi irqi ayrı-seçkilik, nifrət nitqi və zorakılıq elementlərini özündə ehtiva edən davranışları geniş beynəlxalq ictimaiyyət tərəfindən kəskin şəkildə qınanmalı, bu cür hərəkətlərin qarşısının alınması üçün aidiyyəti dövlət qurumları tərəfindən müvafiq addımlar atılmalıdır”.
Azərbaycan.-2023.- 1 oktyabr.- S.2.