XİN: Ermənistan
Beynəlxalq Ədalət
Məhkəməsindən öz
məkrli siyasi gündəliyi üçün
sui-istifadə edir
Sentyabrın 29-da Ermənistanın
Beynəlxalq Ədalət
Məhkəməsində İrqi
ayrı-seçkiliyin bütün
formalarının ləğv
edilməsi haqqında
Beynəlxalq Konvensiyanın
tətbiqi ilə bağlı məhkəmə
işi üzrə (Ermənistan Azərbaycana qarşı) müvəqqəti
tədbirlərin müəyyən
edilməsi məqsədilə
irəli sürdüyü
növbəti iddialar tamamilə əsassız və absurddur.
AZƏRTAC xəbər verir ki, bu
fikirlər Xarici İşlər Nazirliyinin
mətbuat katibi Ayxan Hacızadənin Ermənistan Beynəlxalq Ədalət Məhkəməsində
Azərbaycana qarşı
növbəti iddiaları
ilə bağlı şərhində yer alıb.
Mətbuat katibi
bildirib ki, Azərbaycanın ərazi
bütövlüyü və
suverenliyinə qarşı
Ermənistanın iddialardan
əl çəkmədiyini,
Beynəlxalq Ədalət
Məhkəməsinin qeyd
edilən iş üzrə əvvəlki qərarını heçə
sayaraq azərbaycanlılara
qarşı irqi nifrətin qızışdırılması
və təşviqinə
yönələn bu yeni iddialar tamamilə
qəbuledilməzdir.
“Ermənistan BMT Təhlükəsizlik
Şurasında olduğu
kimi, Beynəlxalq Ədalət Məhkəməsindən
də öz məkrli siyasi gündəliyi üçün
sui-istifadə edir. Təkcə bu il ərzində Ermənistan bu məhkəməyə artıq
3-cü dəfədir müraciət
edir. Qeyd edək ki, Ermənistanın
yanvar ayında verdiyi 3 vəsatətdən
2-si rədd edilib, 1 məhdud formada təmin edilib, may ayında isə verdiyi vəsatətlər hakimlər
tərəfindən iyul
ayında yekdilliklə
rədd edilib.
Azərbaycan tərəfi Ermənistanın bu yeni əsassız iddialarına tutarlı cavablarının əks olunduğu mövqeyini aidiyyəti üzrə məhkəməyə təqdim edəcək”, - deyə o qeyd edib.
Azərbaycan.-2023.- 1 oktyabr.- S.2.