Bakı
Beynəlxalq Astronavtika
Konqresi keçiriləcəyi
məkanlara mediatur təşkil olunub
Sentyabrın 30-da Bakı
Konqres Mərkəzində
Azərbaycanın Kosmik
Agentliyinin ("Azərkosmos")
təşkilatçılığı ilə Azərbaycanın media nümayəndələri
üçün mediatur
təşkil olunub.
AZƏRTAC xəbər verir ki, mediatur
çərçivəsində rəqəmsal inkişaf və nəqliyyat nazirinin müşaviri Rəşad Bayramov
74-cü Beynəlxalq Astronavtika
Konqresinin 50 ildən sonra yenidən Bakıda keçirilməsini
böyük müvəffəqiyyət
kimi dəyərləndirib.
Nazir müşaviri
bildirib ki, Azərbaycan regionda Astronavtika Konqresi kimi mötəbər tədbirə ev sahibliyi edən ilk ölkədir.
“Azərkosmos”un
İctimaiyyətlə əlaqələr
və kommunikasiya qrupunun rəhbəri Fidan Behbudova media nümayəndələrini
Bakı Konqres Mərkəzi, Konqresin Sərgi pavilyonu və Heydər Əliyev Mərkəzində
tədbirlərin keçiriləcəyi
məkanlarla tanış
edib və ətraflı məlumat verib.
F.Behbudova qeyd edib ki, Bakı
Konqres Mərkəzində
190-dan çox müxtəlif
kosmik mövzularda panel sessiyalar keçiriləcək. Həmçinin
burada media üçün media mərkəzi və böyük konfrans zal Konqres çərçivəsində
baş tutacaq mətbuat konfransları üçün nəzərdə
tutulub. Həmçinin
Konqres Mərkəzində
uşaqlar üçün
xüsusi zona ayrılıb.
Mediatur zamanı
Bakı Konqresində
250-dən çox media
nümayəndəsinin qeydiyyatdan
keçdiyini diqqətə
çatdıran Fidan Behbudova bildirib ki, media iştirakçılarının
60-dan çoxu xarici
KİV-lərin təmsilçiləridir.
Daha sonra media nümayəndələri
Konqresin Sərgi pavilyonu ilə tanış olublar. Heydər Əliyev Mərkəzi və Bakı Konqres Mərkəzinin ərazisində
inşa edilmiş 7800
kvadratmetrlik sərgi pavilyonunda müxtəlif ölkələrin kosmik qurumları və şirkətlərinin stendləri
qurulub. Sərgi pavilyonunda 50-dən çox
təşkilatla iştirakla
bağlı müqavilə
imzalanıb. Agentlik və şirkətlər arasında ABŞ-ın “Milli Aeronavtika və Kosmos Administrasiyası” (NASA), Yaponiyanın
“JAXA” kosmik agentliyi, İtaliyanın “Agenzia Speziale Italiana” kosmik agentliyi, “AIRBUS” şirkəti,
Kanadanın innovasiya mərkəzi “INO”, Fransanın
Milli Kosmik Tədqiqatlar Mərkəzi
“CNES”, Hindistanın kosmik
agentliyi “ISRO”, Türkiyənin
“Türkiye Uzay Ajansı” kosmik agentliyi və digər beynəlxalq şirkətlər yer alıb.
Bildirilib ki, “Azərkosmos” və Beynəlxalq Astronavtika Federasiyasının tərəfdaşlığı
ilə keçiriləcək
74-cü konqres çərçivəsində
konfranslar, 190-dan çox
texniki sessiya və sərgilər təşkil olunacaq.
Texniki sessiyalar
görkəmli memar Zaha Hadidin layihələndirdiyi
möhtəşəm Heydər
Əliyev Mərkəzində
baş tutacaq.
Oktyabrın 2-də rəsmi açılış mərasimi olacaq Bakı Beynəlxalq Astronavtika Konqresində kosmik agentliklərin, dövlət sektorunun, investorlar və özəl kosmik şirkətlərin nümayəndələri, yerli və beynəlxalq media qurumlarının təmsilçiləri, ümumilikdə 4 mindən çox nümayəndə iştirak edəcək.
Azərbaycan.-2023.- 1 oktyabr.- S.2.