Ümummilli savaş
Ədalətlə
bitdi
"Biz 28 il ərzində ədalətin
bərpa edilməsini gözlədik. Nəticədə
isə bunu özümüz etməli
olduq. Biz 44 gün ərzində bunu etdik. 44 günlük müharibə
qaçılmaz idi. İlk olaraq artıq sadaladığım
səbəblərdən, ikincisi
isə Ermənistan bu məsələni dondurmaq istəyirdi. Hesab edirdi ki,
Azərbaycanda yeni yetişən nəsil Qarabağı unudacaq. Amma onlar böyük
səhvə yol verdilər. Bu gün Füzulidə, Laçında, Zabuxda, Ağalıda, Talışda
təhsil alan yüzlərlə məktəbli
bu torpaqları görməyib. Çünki
Azərbaycan xalqının
yaddaşından bu tarixi, bu torpaqları
heç kim silə bilməz. Aydın idi ki, Ermənistan vəziyyəti məhz bu şəkildə öz nəzarəti altında saxlamaq istəyirdi. Düşünürdülər
ki, nə sülh, nə müharibə - davamlı
danışıqlar məhz
belə də sürəcək. Eyni zamanda yeni Ermənistan
hakimiyyəti ilə bağlı ümidlər
də tədricən boşa çıxdı".
Zəngilanda keçirilən
"Davamlı şəhərlər
iqtisadi inkişafın
hərəkətverici və
bərabərsizliklərlə mübarizə aparan qüvvəsi kimi" mövzusunda II Milli Şəhərsalma Forumunun
açılış mərasimində
çıxışı zamanı
Prezident İlham Əliyev 53 ölkədən
gələn 200-ə yaxın
xarici qonağın, ümumilikdə 400 iştirakçının
qarşısında Azərbaycanın
apardığı ümummilli
savaşın səbəbləri
və nəticələri
barədə konkret faktlarla çıxış
etdi. İşğalçı
Ermənistanın uzun
illər həyata keçirdiyi məkrli siyasət, azərbaycanlılara
qarşı apardığı
etnik təmizləmə
siyasəti, terror aktları barədə geniş məlumat verən dövlət başçısı bütün
bunların fonunda Azərbaycanın humanist siyasət yürütdüyünü,
hər zaman sülhün tərəfdarı
olduğunu vurğuladı.
Bütün bunlar
tarixi faktlardır ki, Azərbaycan 1992-ci ildən 2020-ci ilə qədər Ermənistanla
danışıqlar apardı.
İlham Əliyevin dediyi kimi, sonsuz,
mənasız danışıqlar
aparılırdı və
onların nəticəsi
sıfır idi. Əgər danışıqlara
vasitəçilik edən
ölkələr münaqişənin
sülh yolu ilə həllini istəsəydilər, heç
bir savaş olmayacaqdı. Ancaq
ATƏT-in çətiri
altında yaradılan
keçmiş Minsk qrupu yalnız Ermənistanın xeyrinə
işlədi və bu cəzasıqlıq mühitindən yararlanan Hayastan daha da
"şirnikləşdi". BMT Təhlükəsizlik Şurasının
1993-cü ildən qəbul
etdiyi 4 qətnamə yalnız arxivlərdə tozlandı.
Əlbəttə ki,
bunun sonu olmalı idi və 2020-ci ildə həmin məqam yetişdi. Müzəffər
Ali Baş Komandanın qüdrətli
Ordusu cəmi 44 günə BMT-nin qətnamələrinin icrasını
həyata keçirdi.
Ermənistan təslim
oldu və üzərinə öhdəliklər
götürdü. Qalib
ölkə olmasına
baxmayaraq, Azərbaycan
yenə də sülh istədi və məğluba vaxt verdi. Müharibədən
ötən 3 ildə yenə də Ermənistanın siyasi rəhbərliyi və Qarabağdakı keçmiş
qondarma qurum bu vəziyyətdən istifadə edərək siyasi oyunlar oynamağa başladılar.
Məqsəd bəlli
idi - Azərbaycanın
suveren ərazilərində
"ikinci Ermənistan"
yaratmaq.
İlham Əliyev
isə dəfələrlə
bəyan etdi ki, heç vaxt Azərbaycan ərazisində "ikinci
Ermənistan dövlətinin"
yaradılmasına icazə
verilməyəcək. Çünki
Azərbaycan müstəqil,
suveren, öz hüquq və haqlarını bilən qüdrətli dövlətdir.
Bu il sentyabrın 19-da isə qətiyyətli lider kimi İlham Əliyev verdiyi bəyanatı həyata keçirdi. Ölkəmizin
ərazisində mövcudluğunu
göstərməyə can
atan qondarma qurumun fəaliyyətinə
xitam verildi. Bu gün artıq
Azərbaycan ərazilərində
"boz" zona mövcud deyil.
Prezident Zəngilanda
bir daha bu məsələyə də toxunaraq dedi ki, "sentyabrın 20-də biz öz suverenliyimizi bərpa etdik. Yəni artıq "boz" zonalar yoxdur, qeyri-qanuni strukturlar yoxdur və torpaqlarımızda
separatçılığa son qoyulubdur. Bu bizim güclü
siyasi iradəmizin göstəricisidir. Bu, Azərbaycan hökumətinin
Ermənistanla sülhə
hazır olduğunu göstərir və bu, yaxşı siqnaldır, - bəziləri
hələ də qisasçılıq, revanşist
ideyalarla yaşayırlar,
- bu onlara güclü siqnaldır ki, bu fikirlərdən
daşınsınlar".
Qalib Sərkərdə
kimi İlham Əliyev bir daha Qarabağın erməniəsilli sakinlərinə
mesaj göndərərək
bildirdi ki, Azərbaycan Qarabağın
erməni əhalisinin
hüquqlarını təmin
edəcək. Artıq
onlara reinteqrasiya ilə bağlı, hüquqlarına dair öz baxışını
təqdim edib. Erməni sakinlərin dini, təhsil, mədəni, bələdiyyə
hüquqları, yəni
bütün bu məsələlər beynəlxalq
konvensiyalara uyğun olaraq həll ediləcək. Bunlar Azərbaycanın iştirakçısı
olduğu bütün
konvensiyalara, Konstitusiyamıza
və beynəlxalq öhdəliklərimizə uyğun
həyata keçiriləcək.
Bu, Azərbaycanın
Qarabağ bölgəsində
həyata keçirdiyi
lokal xarakterli antiterror tədbirləri ilə bağlı sərsəm fikirlər səsləndirən, Azərbaycanın
əleyhinə hansısa
qətnamələrin qəbul
edilməsinə can atan bəzi xarici "diplomatlar"a, erməni lobbisinin buyruq qullarına həm də bir xəbərdarlıq idi. Çünki həmin şəxslər
və bəzi ölkələr Azərbaycanın
ədalətli siyasəti
ilə bağlı dünya ictimaiyyətində
yanlış fikirlər
formalaşdırmağa çalışırlar.
İlham Əliyev
bu gün Azərbaycana qarşı qəbuledilməz planları
olan tərəflərə
Zəngilandan mesaj da yolladı: "Bizim səbrimizlə oynamasınlar. Biz səbirliyik, ancaq qətiyyətliyik. Biz haqlı olduğumuzu sübut edə bilirik və edirik. Ona görə
yox ki, bizim
gücümüz var,
çünki haqq-ədalət
bizim tərəfimizdədir".
Əgər Azərbaycan
həqiqətən "etnik
təmizləmə" siyasəti
aparsaydı, Qarabağın
erməni sakinləri üçün heç bir humanitar yardım
göndərməz, yaşadıqları
ərazilərdə qalıb
yeni həyata başlamaları üçün
humanist təkliflər
irəli sürməzdi.
Amma dünya İlham Əliyevin necə dahi siyasətçi olduğunu
bilir və bütün proseslərə
aydın şəkildə
şahidlik edir.
Dünya ictimaiyyətinə
artıq o da bəllidir ki, İlham Əliyev deyir və edir.
Azərbaycan Prezidentinin
sözü imzası qədər keçərlidir.
Onun elə bir sözü yoxdur ki, yerinə
yetirilməsin. Məhz
bu siyasəti İlham Əliyevi dünyada ən etibarlı lider kimi tanıdıb.
Bu gün isə İlham Əliyev Ermənistana yenə sülh müqaviləsi təklif edir: "20 sentyabrda biz suverenliyimizi artıq bərpa etmişik. Bundan sonra da sülh
sazişinin tezliklə
imzalanması daha asan olacaqdır. Bununla yanaşı, təbii ki, gərək sərhədlərin
delimitasiyası üzərində
fəal surətdə
çalışaq və
uzun müddət sürən bu qarşıdurmaya son qoyaq. Azərbaycanda biz sülh istəyirik.
Zəngilanda bu gün gördükləriniz
onu sübut edir ki, biz
sülh istəyirik, biz bu əraziləri
bərpa etmək istəyirik, soydaşlarımızı
vətəninə qaytarmaq
istəyirik. Biz Qafqazda sülh və sabitlik istəyirik. Bu, mümkündür və seçim Ermənistanındır".
İnanmaq istərdik
ki, məğlub ölkənin rəhbərliyi
özündə cəsarət
tapıb İlham Əliyevin bu fikirlərindən sonra sülh müqaviləsinin
tezliklə imzalanması,
regionda sabitliyin bərqərar olması istiqamətində konkret addımlar atacaq.
Rəşad
BAXŞƏLİYEV,
Azərbaycan.-2023.-
1 oktyabr.- S.3.