Mingəçevirlilər
Ulu Öndər Heydər Əliyevin tarixi xidmətlərini yüksək qiymətləndirirlər
"Heydər Əliyev
İli" çərçivəsində
Mingəçevir Dövlət
Universitetində şəhər
icra hakimiyyətinin təşkilatçılığı ilə "Əsrin müqaviləsi tarixi zəfərimizə gedən
yolun başlanğıcıdır"
mövzusunda konfrans keçirilmişdir.
Konfransda şəhər
icra hakimiyyətinin başçısı İlham
İsmayılov çıxış
etmişdir. Bildirilmişdir
ki, Ümummilli Lider Heydər Əliyev 1969-cu ildə Azərbaycana rəhbər
seçildikdən sonra
sosial-iqtisadi həyatın
bütün sahələrində
olduğu kimi, neft emalı sənayesində də dərin keyfiyyət dəyişiklikləri baş
vermişdir. Həmin illər Azərbaycanda neft sənayesinin inkişafına təkan verən 75 növdə
400-dən çox qurğu
gətirilmiş, Xəzərin
dərinliyində işləməyə
imkan verən qazma qurğularının
alınması nəticəsində
dənizin daha dərin sahələrində
zəngin neft və qaz yataqlarının
kəşf olunmasına
imkan yaranmışdır.
Nəticədə 60-cı illərin sonu ilə müqayisədə
yeni 8 neft və qaz yatağı
kəşf edilmiş,
neft ehtiyatları 2, qaz ehtiyatları isə 3 dəfə artmışdır. 80-ci illərdə
isə üzən qazma qurğularının
sayı 11-ə çatmışdır
və onlardan istifadə nəticəsində
indi Azərbaycan neftinin əsas hissəsini verən "Azəri", "Çıraq"
və "Günəşli"
yataqları kəşf
olunmuşdur.
Qeyd edilmişdir
ki, Azərbaycan müstəqilliyini bərpa
etdikdən sonra
90-cı illərin əvvəllərində
bir çox çətinliklərlə üzləşmişdir.
Bu çətinliklər
aşkar edilmiş
"Azəri", "Çıraq",
"Günəşli" kimi yataqların işlənməsinə imkan
vermirdi. Belə vəziyyətdə xalqın
tələbi ilə Azərbaycan rəhbərliyinə
qayıdan Heydər Əliyev müstəqilliyini
yenicə bərpa etmiş ölkənin neft sənayesinin bərpası və inkişafı ilə yaxından məşğul
olmağa başladı.
Ümummilli Lider xarici iri neft
şirkətlərini Azərbaycana
dəvət etmək qərarına gəldi və yeni neft
strategiyası tez bir vaxtda işlənib
hazırlandı. Elə
ilk günlərdən
ARDNŞ-nin birinci vitse-prezidenti İlham Əliyev danışıqlar
prosesinə cəlb edilərək yeni neft strategiyasının hazırlanmasının və
uğurla həyata keçirilməsinin ən
fəal iştirakçılarından
oldu. 1994-cü il sentyabrın 20-də "Azəri-Çıraq-Günəşli"
yataqlarının işlənməsi
üzrə 7 ölkənin
11 məşhur neft şirkəti ilə "Əsrin müqaviləsi"
imzalandı.
Konfransda daha sonra vurğulanmışdır
ki, "Əsrin müqaviləsi"nin imzalanmasından
keçən 30 ilə
yaxın müddət
ərzində Heydər
Əliyevin yeni neft strategiyasının uğurla reallaşması
günümüzün reallığına
çevrilmişdir. Bu
strategiya müstəqil
dövlət kimi Azərbaycanın öz milli sərvətinin sahibi olmasının, iqtisadiyyatımızın dünya
iqtisadiyyatına qovuşmasının,
ölkəmizin böhranlardan
çıxaraq dirçəlməsinin
və ən əsası, sürətlə
inkişaf edən, qüdrətli Azərbaycan
dövlətinin yaranmasının
rəmzidir. Məhz bu inkişaf və qüdrət bizə imkan verdi ki, müzəffər
Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi
ilə Azərbaycan Ordusu Qarabağ və Şərqi Zəngəzuru 30 illik işğaldan tam azad etdi.
Konfransda Milli Məclisin deputatı Aydın Mirzəzadə, Mingəçevir Dövlət
Universitetinin rektoru Şahin Bayramov, elmi işlər üzrə prorektoru Veysəl Əyyubov, kafedra müdiri Emiliya Hüseynova müxtəlif mövzularda
məruzələrlə çıxış
etmişlər.
Lazım QULİYEV,
Azərbaycan.-2023.-
1 oktyabr.- S.3.