Baş
Prokurorluq: Davit Babayan məsuliyyətə
cəlb edilib
Erməni silahlı
birləşmələrinin üzvləri tərəfindən
Azərbaycan Respublikası
Silahlı Qüvvələrinin
əsirlikdə olan hərbi qulluqçuları
və beynəlxalq humanitar hüquqla müdafiə olunan mülki və digər şəxslərə
qarşı sülh və insanlıq əleyhinə, müharibə
və digər ağır cinayətlər
törədilməsi faktları
üzrə Cinayət
Məcəlləsinin müvafiq
maddələri ilə
Azərbaycan Respublikasının
Prokurorluq orqanları tərəfindən başlanmış
cinayət işinin istintaqı davam etdirilir.
Baş Prokurorluğun
mətbuat xidmətindən
AZƏRTAC-a verilən məlumat
görə, istintaqla müəyyən edilib ki, 2013-2023-cü illərdə
separatçı qurumun
“prezident aparatının
rəhbərinin müavini,
prezidentin xarici siyasət məsələləri
üzrə köməkçisi,
xarici işlər naziri və xüsusi tapşırıqlar
üzrə prezidentin köməkçisi vəzifələrində”
işləmiş, 1973-cü il tarixdə Xankəndi şəhərində
anadan olmuş Babayan Davit Klimoviç
həm 44 günlük
Vətən müharibəsi
dövründə, həm
Azərbaycan Respublikasının
ərazi bütövlüyünün
bərpa olunması, əhalinin təhlükəsizliyinin
təmin olunması məqsədilə aparılan
antiterror tədbirlərində
qondarma qurumun digər “rəhbər vəzifəli şəxsləri”
ilə cinayətkar birlik halında milli düşmənçilik
və nifrət aşılayan, terrorçu
qruplaşmaların fəaliyyətini
əlaqələndirməklə məşğul olması,
o cümlədən 2020-ci il
oktyabrın 17-də, Gəncə
şəhərinin müdafiə
olunmayan və mülki əhalinin yaşadığı əraziləri,
yaşayış məntəqələri
və silahsızlaşdırılmış
zonaları hədəfə
almaqla, ballistik raketlərdən istifadə
edib çoxsaylı mülki şəxslərin
ümumi təhlükəli
üsulla, xüsusi amansızlıqla, terrorçuluqla
əlaqədar, milli ədavət və düşmənçilik zəminində
qəsdən öldürülməsi
və yaralanması ilə bağlı cinayətləri təşkil
etməsinə əsaslı
şübhələr müəyyən
edilib.
Davit Babayan
2020-ci il oktyabrın
28-də Azərbaycan Respublikası
Cinayət Məcəlləsinin
100.1, 100.2 (təcavüzkar müharibəni planlaşdırma,
hazırlama, başlama
və aparma), 32.3,
114.1 (muzdlular yığma,
onlara təlim keçmə, maliyyələşdirmə
və başqa cür maddi təminat vermə, habelə onlardan hərbi münaqişədə
və hərbi əməliyyatlarda istifadə
etməni təşkil
etmə), 32.3, 116.0.1, 32.3, 116.0.6, 32.3,
116.0.7, 32.3, 116.0.8, 32.3, 116.0.9, 32.3, 116.0.10 (silahlı
münaqişə zamanı
beynəlxalq humanitar hüquq normalarını pozma), 117.2-ci (silahlı münaqişə zamanı
hərəkətsizlik etmə
və ya cinayətkar əmr vermə), 32.3,214.2.1, 32.3,214.2.3, 32.3,214.2.4 (terrorçuluğu təşkil
etmə), 283.2.1, 283.2.3-cü (milli düşmənçiliyin
salınmasını təşkil
etmə) və digər maddələri ilə təqsirləndirilən
şəxs qismində
cəlb edilib, barəsində məhkəmənin
qərarı əsasında
həbs qətimkan tədbiri seçilərək
beynəlxalq axtarışa
verilib.
Cari il sentyabrın 29-da D.Babayan Azərbaycan Respublikasının
hüquq-mühafizə orqanları
tərəfindən saxlanılaraq
istintaqa təqdim olunub və ona həmin tarixdə qeyd olunan maddələr üzrə ittiham elan edilib.
Bundan başqa,
istintaqla 1965-ci ildə
Azərbaycan Respublikasının
Xocavənd rayonunda anadan olmaqla orada yaşamış, Ermənistan Respublikasının
sabiq hərbi qulluqçusu, 2015-2018-ci illərdə
qondarma rejimin “müdafiə naziri” vəzifəsində işləmiş,
eləcə də Azərbaycan Respublikası
ərazisində fəaliyyət
göstərmiş qanunsuz
hərbi silahlı qrupun üzvü olan Mnatsakanyan Lyova Henrixi qabaqcadan
əlbir olduğu şəxslərlə birgə
2002-ci il mayın 8-də
beynəlxalq humanitar hüquqla müdafiə olunan Məmmədov İlham Yusif oğlunu və digər əsir düşmüş azərbaycanlıları
Füzuli rayonunun Alxanlı kəndi ərazisində əsir götürərək Füzuli
şəhərində yerləşən
hərbi hissədə
milli ədavət zəminində çoxsaylı
işgəncələr verdiyi
və həmin il noyabrın 19-dək onu əsirlikdə saxlamalarına əsaslı
şübhələr müəyyən
edilib.
Lyova Mnatsakanyanın
2006-cı il noyabrın
8-də Azərbaycan Respublikası
Cinayət Məcəlləsinin
113-cü (işgəncə) maddəsi ilə təqsirləndirilən şəxs
qismində cəlb edilməsi barədə qərar qəbul edilib və həmin il noyabrın
14-də müvafiq məhkəmənin
qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilməklə İnterpolun
Milli Mərkəzi Bürosu vasitəsilə beynəlxalq axtarışa
verilib.
Cari il sentyabrın 29-da L.Mnatsakanyan
Laçın sərhəd-buraxılış
məntəqəsindən Ermənistana
keçmək istəyərkən
saxlanılaraq istintaqa
təqdim olunub və həmin tarixdə ona qeyd olunan maddə
ilə ittiham elan edilib.
Hər iki şəxs barəsində
həbs qətimkan tədbirinin seçilməsinə
dair məhkəmə
qərarı icra olunaraq Dövlət Təhlükəsizliyi Xidmətinin
istintaq təcridxanasına
etap olunub.
Hazırda cinayət işləri üzrə zəruri və təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Azərbaycan.-2023.- 1 oktyabr.- S.7.