Ermənistan
ərazisindən açılan
snayper atəşi nəticəsində hərbi
qulluqçumuz şəhid
olub
Sentyabrın 30-u günorta
saatlarında Ermənistan
silahlı qüvvələrinin
Basarkeçər rayonunun
Zərkənd yaşayış
məntəqəsi istiqamətindəki
mövqeyindən Azərbaycan
Ordusunun Kəlbəcər
rayonunun Aşağı
Ayrım yaşayış
məntəqəsi istiqamətində
yerləşən mövqeyinə
snayper silahından atəş açılıb.
Müdafiə Nazirliyinin
mətbuat xidmətindən
AZƏRTAC-a bildirilib ki,
atəş nəticəsində
hərbi qulluqçumuz
Orucov Vüsal Xeybalı oğlu şəhid olub.
Bölmələrimiz tərəfindən cavab tədbirləri görülür.
“Müdafiə Nazirliyinin rəhbərliyi şəhidimizin yaxınlarına dərin hüznlə başsağlığı verir. Allah rəhmət eləsin!”, - deyə məlumatda qeyd edilir.
Azərbaycan.-2023.- 1 oktyabr.- S.7.