Qars-Naxçıvan dəmir yolu region dövlətləri üçün faydalı olacaq

 

 

 

Azərbaycan Qafqaz regionunda iri beynəlxalq əhəmiyyət daşıyan iqtisadi layihələri uğurla həyata keçirən bir dövlət imicinə malikdir. İstər enerji, istərsə nəqliyyat tranzit sahəsində həyata keçirilən bu layihələr Azərbaycanın iqtisadi inkişafı ilə yanaşı beynəlxalq aləmdəki siyasi nüfuzunun artmasına, ölkəmizlə əməkdaşlıq əlaqələri qurmaq istəyən dövlətlərində sayının çoxalmasına gətirib çıxarıb.

Bu layihələr sırasında Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum, Trans-Anadolu (TANAP), Trans-Adriatik qaz kəmərləri, Bakı-Tbilisi-Qars dəmir yolu digərlərini sadalamaq olar. Bu layihələr ötən illər ərzində Azərbaycan iqtisadiyyatını gücləndirərək, dövlətimizin inkişafına böyük təkan verib, onun beynəlxalq statusunu siyasi çəkisini artırıb. Təsadüfi deyil ki, Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə 30 il erməni işğalı altında qalan Qarabağı azad edərək ərazi bütövlüyünü suverenliyini tam bərpa etdi. Bu qələbəyə Prezidentin müdrik siyasəti iqtisadi islahatları nəticəsində nail olduq.

Prezident İlham Əliyevin irəli sürdüyü növbəti beynəlxalq əhəmiyyətli iqtisadi layihə Zəngəzur dəhlizi bunun tərkib hissəsi olan Qars-İğdır-Aralıq-Dilucu-Sədərək-Naxçıvan-Culfa dəmir yolu xəttidir. Ümumilikdə Orta Dəhlizə daxil olan bu layihələr sadəcə Türkiyə Naxçıvanı Azərbaycanın əsas ərazisi ilə birləşdirmək xarakteri daşımır. Bu layihələr daha qlobal xarakter daşıyır Avropa ilə Asiyanın ticarət əlaqələri üçün olduqca əlverişlidir.

Türkiyədə fəaliyyət göstərən Siyasi, İqtisadi Cəmiyyət Araşdırmaları Fondunun xarici siyasət üzrə müşaviri Can Acun bildirib ki, Azərbaycan Türkiyə hökumətləri layihənin iqtisadi həm siyasi əhəmiyyətini nəzərə alıb, onun reallaşdırılmasını mümkün qədər sürətləndirməyə cəhd göstərirlər.

Layihə ətrafında aparılan müzakirələrin birinci mərhələsi 2020-ci ilin fevral ayının 25-də “Azərbaycan Respublikasının Hökuməti Türkiyə Respublikasının Hökuməti arasında Qars-İğdır-Aralık-Dilucu-Sədərək-Naxçıvan-Culfa dəmir yolu xətti layihəsi ilə bağlı Anlaşma Memorandumu”nun imzalanması ilə başa çatdı.

Bunun ardınca, cari ilin sentyabr ayının 25-də Naxçıvanda Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib ƏrdoğanAzərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında Qars-Naxçıvan dəmir yolu layihəsinə dair Niyyət Protokolu”nu imzaladılar. Bu layihənin reallaşdırılması istiqamətində növbəti, üçüncü addım isə iki qardaş ölkə arasında yaxın vaxtlarda müvafiq müqavilənin imzalanması ilə atılacaq.

Qars-Naxçıvan dəmir yolu layihəsinin tikintisinə yönəlmiş texniki hazırlıqlar davam edir texniki-iqtisadi əsaslandırma hesabatı təsdiqlənib. Dəmir yolu 224 kilometr uzunluğunda 5 stansiyadan ibarət olacaq. Saatda 160 kilometr sürət üçün nəzərdə tutulan layihə çərçivəsində uzunluğu 638 metr olan 10 körpü, 18 kilometr uzunluğunda 465 suötürücü, ümumilikdə 5,5 kilometr uzunluğunda 144 yeraltı keçid tikiləcək. Layihənin 5 il müddətində başa çatdırılması nəzərdə tutulub.

C. Acun qeyd edib ki, Ermənistan qədər kiçik iqtisadi cəhətdən zəif bir dövlətin Zəngəzur dəhlizinin açılmasına necə münasibət bəsləməsi heç nəyi həll etməyəcək. Dəhliz açılacaq. Çünki ortada bir ildə quru yolla Şərqdən Qərbə 840 milyard dollardan çox məhsul ixrac edən Çinin bu məhsulun çatdırıldığı Avropa İttifaqı ölkələrinin böyük maraqları dayanır.

Bu gün Azərbaycan Orta Dəhlizin reallaşmasına töhfə verən əsas ölkələrdəndir. Sözügedən marşrut isə Asiya Avropanı birləşdirən vacib nəqliyyat dəhlizlərindən birinə çevrilmək üzrədir. Eyni zamanda, Rusiya-Ukrayna müharibəsi fonunda sözügedən dəhlizə marağın artması müşahidə olunur ki, bu da Azərbaycan ərazisindən daha çox yükün daşınması imkanı deməkdir. Orta Dəhlizin vacib elementinə çevrilmiş Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin imkanlarının genişləndirilməsi üçün Azərbaycan dövlət büdcəsindən 100 milyon dollar vəsait ayrılıb. Həmin vəsait hesabına yolun illik yükötürmə qabiliyyəti 1 milyon tondan 5 milyon tona qaldırılacaq Orta Dəhliz vasitəsilə daha çox yükün daşınmasına imkan yaranacaq. Bundan başqa, Zəngəzur dəhlizi ilə yanaşı Qars-Naxçıvan dəmir yolu da Orta Dəhlizə inteqrasiya ediləcək. Zəngəzur dəhlizinin istifadəyə verilməsi Azərbaycan ərazisindən illik təxminən 35 milyon ton yükün daşınmasına imkan verə bilər. Ötən ilin yekunları göstərir ki, Azərbaycan ərazisindən daşınan yükün həcmində 30 faizdən çox artım qeydə alınıb. Bu da regiona, o cümlədən yükdaşımalar baxımından Azərbaycana marağın artmasından xəbər verir. Region nəqliyyat habına çevrilir, Azərbaycan isə burada aparıcı ölkədir Zəngəzur dəhlizinin istifadəyə verilməsi ölkəmizin beynəlxalq yükdaşımalarda mövqeyinin gücləndirilməsi baxımından vacibdir.

Bu gün Azərbaycan Prezidentinin həyata keçirdiyi siyasət nəticəsində ölkəmizlə Mərkəzi Asiya respublikaları arasında dostluq əlaqələri inkişaf mərhələsinə qədəm qoyub. Prezident İlham Əliyevin Qazaxıstan, Özbəkistan Tacikistana səfərləri əldə olunan razılaşmalar nəqliyyat sahəsində əməkdaşlığın genişlənməsinə böyük imkanlar yaradıb. Onu da nəzərə almaq lazımdır ki, Orta Dəhliz, eyni zamanda, Türk Dövlətləri Təşkilatı (TDT) üzvlərinin ticarətdən faydalanması üçün yeni imkanlar formalaşdırılması, Türkmənistan, Qazaxıstan Azərbaycan limanlarında logistik mərkəzlərin azad ticarət zonalarının yaradılması Transxəzər əməkdaşlığının inkişafına dərinləşməsinə kömək edir. Azərbaycan Qazaxıstanın səyləri, Gürcüstanın fəal iştirakı, Türkiyənin bu təşəbbüsləri dəstəkləməsi ilə Orta Dəhlizin rəqabət imkanları güclənib, iqtisadi cəhətdən səmərəliliyi artıb bu istiqamətdə işlər sürətlənib.

Orta Dəhlizin siyasi əhəmiyyətinə gəlincə, nəzərə almaq lazımdır ki, Çin digər Cənub Şərqi Asiya dövlətlərinin Avropa ilə ticarət əlaqəsi Orta Dəhlizlə reallaşacağı təqdirdə, onlar regionda daim sabitliyin hökm sürməsində maraqlı olacaqlar. Avropa İttifaqına daxil olan böyük dövlətlər Orta Dəhlizin həm avtomobil, həm dəmir yolunun keçdiyi tranzit ərazilərdə sülhün əmin-amanlığın davamlı xarakter daşımasında maraqlıdır bu istiqamətdə siyasət yürüdəcəklər. Bununla da istər Ermənistan, istərsə digərlərinin qeyri-konstruktiv siyasətinin qarşısı beynəlxalq birlik tərəfindən qəti şəkildə alınacaq. Beləliklə, Orta Dəhliz ideyasının həyata keçməsi Zəngəzur dəhlizinin açılması ölkəmizə iqtisadi səmərə ilə yanaşı, siyasi zəmanət verəcək.

Azərbaycanın qələbəsindən sonra yaranmış yeni reallıqlar regionumuzun siyasi iqtisadi mənzərəsini tamamilə müsbət istiqamətə dəyişmək fürsətləri yaradıb. Avtomobil dəmir yollarının tikintisi, yeni dəhlizlərin yaradılması iki böyük qitə arasında tranzit rolunu oynamaq regionun bütün dövlətləri üçün faydalıdır. Sadəcə olaraq regionun bəzi dövlətləri müstəqil siyasət yürüdüb siyasi ambisiyalarla deyil, bu imkanlardan istifadə etmək istiqamətində siyasət yürütməlidirlər.

 

Azərbaycan.-2023.- 1 oktyabr.- S.7.