Xarici
siyasət kursunda Çin ilə münasibətlər mühüm
yer tutur
"Çin və
Azərbaycan yaxşı
dostlardır".
İlham ƏLİYEV
Qədim sivilizasiya
mərkəzlərindən biri olan Çin
və onun zəhmətkeş sakinləri
bu gün iftixar hissilə öyünə bilərlər
ki, onların ulu babaları dünya mədəniyyəti
xəzinəsinə özünəməxsus
töhfələr, yeniliklər
vermişlər. Bəşəriyyət
özünün sosial-iqtisadi,
mənəvi, iqtisadi,
texniki, mədəni tərəqqisinə görə
Çin xalqına minnətdar olmalıdır.
Özünəməxsus xüsusiyyətlərə,
füsunkar gözəlliklərə,
zəngin fauna və floraya malik olan bu
diyar çini qablar, kağız, ipək, barıt, kompas, seysmoqraf, ilk kitab çapı
və yazının vətənidir. Avropada o zamanlar belə möcüzələr haqqında
heç bir təsəvvür yox idi. O, həmçinin insanlara rahatlıq və gümrahlıq gətirən çayın
vətənidir.
Miladdan əvvəl
IX əsrdə əlifba
yaradan yunanlar sevindilər. Lakin onların xəbəri yox idi ki,
Çində heroqlif yazı sistemi ondan 6 əsr əvvəl yaradılmışdı.
İtalyanlar e.ə.753-cü ildə Roma şəhərinin
əsasını qoymuşdular.
Ancaq onlar da bilmirdilər ki, Pekinin indiki
ərazisində ilk yaşayış məskəni
bundan üç min il əvvəl
yaranmışdı. İngilislər
bir zamanlar bu ölkənin əhalisinin sayını duza olan təlabata
görə müəyyən
edirdilər.
Bu gün möhkəm əminliklə
demək olar ki, Çin iqtisadi potensialına görə dünya nəhənglərinin önündə
inamla irəliləməkdədir.
Ölkədə ümumi
daxili məhsulun miqdarı 2023-cü ilin birinci yarısında 5,5 faiz artaraq 8,27 trilyon dollar təşkil etmişdir. Çində 2023-cü ilin
birinci yarısında
adambaşına düşən
gəlir isə 2,74 min dollara bərabər
olmuşdur.
Çin
2023-cü ilin birinci yarısında 105 milyon ton neft hasil
etmişdir. Çin iqtisadi potensialına görə dünya
üzrə ümumi daxili məhsulun 18,5 faizini təşkil
edir.
Bu gün saat,
velosiped, tikiş maşınları, akkumulyator batareyaları,
pivə, mebel, plastik emalı maşınları da daxil olmaqla
100-dən çox növdə yüngül sənaye
mallarının istehsalına görə Çin dünyada
birinci yerdədir. Təsdiq edilmiş mineral resursların
ehtiyatlarına görə, Çin dünyanın 45 əsas
növü arasında 25 mineral növü üzrə
dünyada üçüncü, nadir torpaq ehtiyatları, gips,
vanadium, titan, tantal, volfram, bentonit kimi 12 mineral ehtiyatına
görə birinci yerdədir.
Hazırda Azərbaycan
Respublikasının çoxtərəfli xarici siyasət
kursunda Çin ilə münasibətlər mühüm yer
tutur və üstün istiqamətlərdən birini təşkil
edir. Təsadüfi deyil ki, iki ölkə arasında əlaqələrin
kökləri 2.500 il əvvələ gedib çıxır.
Birbaşa iqtisadi əlaqələrin və tranzit əlaqələrin
tarixi də orta əsrlərə gedib çıxır. Hər
iki xalq bu əlaqələrə görə tarixi İpək
yoluna borcludur. Ticarət əlaqələrinin inkişafı
Azərbaycan və Çin xalqlarının bir-birinə mədəni
təsirinin güclənməsinə də səbəb
olmuşdur. Lakin iki dövlət arasında çağdaş
münasibətlərin tarixi 1994-cü ildə Ulu Öndər
Heydər Əliyevin Çinə rəsmi səfəri
zamanı qoyulmuş və çoxşaxəli istiqamət
almışdır. Səfər zamanı iki dövlət
arasında 8 müqavilə imzalanmışdır.
Çin hökuməti
açıq siyasi iradə nümayiş etdirərək, Azərbaycanın
dövlət suverenliyini və ərazilərinin
toxunulmazlığını tanıdığını, Azərbaycan-Ermənistan
münaqişəsində ölkəmizin yanında
olduqlarını bəyan etmişdir.
Ölkələrimiz
arasında qarşılıqlı siyasi münasibətlər
yüksək səviyyədədir. 1992-ci ildə Azərbaycan
ilə Çin arasında diplomatik münasibətlərin
qurulduğu vaxtdan möhkəm təməl üzərində
bərqərar olan ikitərəfli münasibətlər
qarşılıqlı fayda əsasında uğurla
inkişaf edir. Keçən il sentyabrın 15-də ÇXR Sədri
Si Cinpin və Azərbaycan Prezidenti İlham Əliyevin
Şanxay Əməkdaşlıq Təşkilatının Səmərqənd
sammiti çərçivəsində görüşü
qarşılıqlı münasibətlərin gələcək
inkişafının yeni istiqamətini müəyyənləşdirmişdir.
Azərbaycan-Çin
əlaqələri bütün sahələrdə inkişaf
edərək, strateji tərəfdaşlıq səviyyəsinə
yüksəlib. Çinin dövlət başçısı
Si Cinpinin ötən ilin payızında "Bir kəmər,
bir yol" Sammiti çərçivəsində Pekində
Prezident İlham Əliyevi "Çinin böyük
dostu" adlandırması heç də təsadüfi
deyildir.
İlham
Əliyevin Davosda Çinin televiziya kanalına müsahibəsində
ifadə etdiyi fikirlər Azərbaycanla Çin arasında
dostluq, qarşılıqlı anlaşmanın yüksək səviyyədə
oluğunu bir daha təsdiqləyir.
Azərbaycan
Çinin Cənubi Qafqazda ən böyük ticarət tərəfdaşıdır.
Azərbaycanla Çin arasında xarici ticarət dövriyyəsi
2022-ci ildə 2190 milyon dollara çatmışdır.
Əsas ixracat xam neft və kimya
məhsullarının payına düşür. Ümumiyyətlə,
Çinin Cənubi Qafqaz ölkələri ilə ticarət həcminin
47-48 faizi Azərbaycanın payına düşür. Bunun nəticəsidir
ki, Çin Azərbaycanın 5 böyük ticarət tərəfdaşından
biridir və 4-cü yerdə qərar tutub.
Ötən ilin
ikinci yarısında ölkələrimiz arasında 22 qiqavat
bərpaolunan enerji mənbələrini yaratmaq
üçün sərmayə təmin edəcək sənədlər
imzalanmışdır. 120-ə yaxın Çin mənşəli
şirkətin fəaliyyət göstərdiyi Azərbaycanda
Pekin ümumilikdə 800 mln. dollardan çox sərmayə
qoyub. Xarici ölkələrə kapital qoyuluşunu günbəgün
artıran Azərbaycan Çinə bu vaxtadək 1,7 milyard
dollar həcmində kapital qoyuluşu reallaşdırıb.
Çin şirkətləri ölkəmizin neft, sənaye,
energetika, maliyyə, bank, rabitə, İKT, kənd təsərrüfatı
və qeyri-neft sektorunun müxtəlif sahələrində təmsil
olunur.
2022-ci ildə iki
ölkə arasında ticarət dövriyyəsinin həcmi 18
faiz artaraq, 2 milyard 159 milyon dollara çatmışdır. Azərbaycanın
Çindəki səfirliyində ticarət nümayəndəsi
fəaliyyət göstərir, eləcə də Çinin
Urumçi, Şanxay və Lucou şəhərlərində
Azərbaycanın ticarət və şərab evləri
açılıb.
Son zamanlar
Çin sərmayəçiləri Azərbaycana böyük
maraq göstərirlər. Ələt Azad Ticarət
Zonasının salınmasında, texnoparkların tikintisində
Çin şirkətləri də fəal iştirak edirlər.
Cari iiln sentyabrında "Azərbaycan İqtisadiyyat Nazirliyi və
Çinin Milli İnkişaf və İslahat Komissiyası
arasında istehsal gücləri və investisiya əməkdaşlığının
gücləndirilməsi haqqında Çərçivə
Sazişi" imzalanıb.
Hazırda iki
ölkə arasında nəqliyyat-logistika sahəsində də
sıx faydalı əməkdaşlıq mövcuddur. Azərbaycan
Şərq və Qərb arasında, ənənəvi İpək
yolu coğrafiyasında yerləşir və bu strateji mövqe
ölkəmiz üçün çoxlu imkanlar yaradır. Azərbaycan
Çinin müəllifi olduğu "Bir kəmər, bir
yol" təşəbbüsünü dəstəkləyən
ilk ölkələrdən biri olub. "Bir kəmər, bir
yol" layihəsi tam işə düşəndən sonra,
hazırda il ərzində Xəzər dənizi vasitəsilə
15 milyon ton yükdaşıma qabiliyyətinə malik Bakı
Beynəlxalq Dəniz Ticarət Limanının gücü
25-30 milyon tona qədər artırılacaq.
Siyasi və
iqtisadi-ticarət əlaqələrinin inkişafı həyatın
digər sahələrinə də təsir edir. Azərbaycan
Çin vətəndaşları üçün sadələşdirilmiş
viza proseduru tətbiq edir. Vizanı Azərbaycanın beynəlxalq
hava limanlarında əldə etmək mümkündür. Azərbaycan
və Çin arasında müntəzəm birbaşa
uçuşlar həyata keçirilir.
Qaşılıqlı
mədəni əlaqələrin səviyyəsi də ürəkaçandır.
Təhsil sahəsində əlaqələr hər il daha da
genişlənir. Bakı Dövlət Universitetinin Şərqşünaslıq
fakültəsində fəaliyyət göstərən
"Uzaq Şərq dilləri və ədəbiyyatı"
kafedrasında Çin dilinin tədrisinə xüsusi diqqət
yetirilir. Təhsilin bakalavr və magistr pilləsi üzrə
kadr hazırlığına geniş yer ayrılır. Həmçinin
"Asiya və Afrika ölkələri tarixi"
kafedrasında Şərq ölkələrinin, o cümlədən
Çinin tarixinin tədrisinə və öyrənilməsinə
mühüm əhəmiyyət verilir. Tələbələrə
Çin tarixinin müxtəlif dövrlərinə aid elmi tədqiqat
işləri verilir.
Azərbaycan və
Çinin inkişafının ümumi xüsusiyyətləri
ondan ibarətdir ki, hər iki ölkə mühüm geosiyasi
məkanda yerləşir və olduqca əlverişli
coğrafi mövqeyə malikdirlər. İqtisadi tərəqqi
və dirçəliş üçün hər iki ölkədə
obyektiv və subyektiv amillər mövcuddur. Zəhmətsevərlik
və sadəlik hər iki xalqı birləşdirən cəhətlərdir.
Ərazilərində zəngin təbii sərvətlər
olan bu ölkələr Zəngəzur dəhlizi
açılandan sonra beynəlxalq iqtisadi əlaqələr
sistemində yeni mərhələyə qədəm qoyacaqlar.
Zəngəzur dəhlizi Çin və Mərkəzi Asiya
ölkələri ilə Avropa ölkələri arasında nəqliyyat
əlaqələrinin şaxələndirilməsini təmin
edəcək ən əhəmiyyətli dəhlizdir. Belə
bir şəraitdə Çindən Avropa bazarına göndərilən
yüklərin daşınma məsafəsi 3 min kilometr
qısalacaqdır. Bu isə hər iki ölkənin milli
maraqlarına uyğundur.
Atamoğlan
MƏMMƏDLİ,
BDU-nun dosenti
Azərbaycan.-2023.- 1 oktyabr.- S.8.