Azərbaycanla
İCESCO arasında uğurlu
əməkdaşlıq uzun
illərdir davam edir
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva ICESCO-nun Baş direktoru ilə görüşüblər
Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oktyabrın 2-də ICESCO-nun
Baş direktoru Salim bin Məhəmməd
əl-Maliki ilə görüşüblər.
AZƏRTAC xəbər verir ki, görüşdə
Azərbaycanda keçirilən
və dünyanın müxtəlif ölkələrindən
çox sayda qonağın iştirak etdiyi 74-cü Beynəlxalq
Astronavtika Konqresinin önəmi vurğulandı,
ölkəmizin nüfuzlu
beynəlxalq tədbirlərin
yüksək səviyyədə
təşkil olunduğu
məkana çevrildiyi
qeyd edildi.
Dövlətimizin başçısı
ICESCO-nun Baş direktorunun 74-cü Beynəlxalq
Astronavtika Konqresində
iştirakını yüksək
qiymətləndirdi.
Salim bin Məhəmməd əl-Maliki
ötən həftə
Qətərin paytaxtı
Doha şəhərində
keçirilən İslam
Dünyası Mədəniyyət
Nazirlərinin 12-ci Konfransında
iştirakçıların yekdil qərarı ilə Azərbaycanın Şuşa şəhərinin
2024-cü il üzrə
ICESCO-nun “İslam dünyasının mədəniyyət
paytaxtı” adına layiq görülməsi münasibətilə dövlətimizin
başçısını təbrik etdi.
Bu qərarın
qəbul edilməsinə
görə minnətdarlığını
ifadə edən Azərbaycan Prezidenti bunu qardaşlığın
və tərəfdaşlığın
mühüm nümunəsi
kimi dəyərləndirdi,
bu hadisənin bütün Azərbaycan xalqında xüsusi qürur hissi doğurduğunu bildirdi.
Dövlətimizin başçısı
Şuşada böyük
bərpa və yenidənqurma işlərinin
həyata keçirildiyini
vurğulayaraq, burada digər obyektlərlə yanaşı, məscidlərin
də artıq bərpa olunduğunu və bu prosesin
davam etdirildiyini məmnunluqla diqqətə
çatdırdı. Prezident
İlham Əliyev bu cür genişmiqyaslı
işlərin işğaldan
azad edilmiş digər ərazilərimizdə
də icra olunduğunu dedi.
Söhbət zamanı Azərbaycan ilə ICESCO arasında uzun illər həyata keçirilən uğurlu əməkdaşlığın bundan sonra da davam edəcəyinə əminlik ifadə olundu.
Azərbaycan.-2023.-
3 oktyabr.- S.5.