Qranadada keçiriləcək görüşün
regionda sülhə tövhə verəcəyinə
ümid var
Prezident İlham Əliyev Anqlikan Kilsəsinin dini rəhbərini qəbul edib
Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev oktyabrın 2-də
Anqlikan Kilsəsinin dini rəhbəri, Kenterberi Arxiyepiskopu Castin Velbini qəbul edib.
AZƏRTAC xəbər verir ki, qonağı
salamlayan dövlətimizin
başçısı onun
səfərinin əhəmiyyətinə
toxundu.
Anqlikan Kilsəsinin
dini rəhbəri, Kenterberi Arxiyepiskopu Castin Velbi Ulu
Öndər Heydər
Əliyevin anadan olmasının 100 illiyi münasibətilə Prezident
İlham Əliyevə
təbriklərini çatdırdı.
Qonaq Azərbaycanın
multikulturalizm və konfessiyalararası dialoqda rolunu qeyd etdi,
Vatikanla Azərbaycan arasındakı əlaqələrə
toxundu, Vatikanda katakombaların bərpası
işinə ölkəmizin
töhfəsini yüksək
qiymətləndirdi.
Dövlətimizin başçısı
müstəqilliyimizin ilk
illərində ölkəmizin
üzləşdiyi çətinliklərə
toxunaraq, həmin dövrdə ərazimizin
20 faizinin işğal
edilməsi, 1 milyondan çox soydaşımızın
qaçqın və məcburi köçkünə
çevrilməsi, iqtisadi-siyasi
böhranın hökm
sürməsi, iqtisadi
sahədə tənəzzülün
və daxili qeyri-sabitliyin yaşanmasından
danışdı.
Azərbaycanın sülh
müqaviləsi ilə
bağlı təşəbbüslə
çıxış etdiyini
bir daha vurğulayan Prezident İlham Əliyev sülh gündəliyinin irəli aparılması üçün regionda tarixi imkanların və fürsətlərin
yarandığını bildirdi,
hazırda ölkəmizin
bu istiqamətdə göstərdiyi səylərə
toxundu.
Azərbaycan Prezidenti
antiterror tədbirləri
dayandırıldıqdan sonra
mərkəzi hökumət
tərəfindən Qarabağ
bölgəsində yaşayan
erməni əhalisinə
genişmiqyaslı humanitar
yardımlar edildiyini vurğuladı, miqrasiya, sosial müdafiə və səhiyyə sahələri ilə bağlı əhaliyə
yerində xidmətlər
göstərildiyini diqqətə
çatdırdı.
Dövlətimizin başçısı
Azərbaycan Respublikası
Prezidentinin Administrasiyasının
Qarabağın erməni
sakinlərinin hüquqlarının
və təhlükəsizliyinin
təmin olunması ilə bağlı geniş ictimaiyyətə,
həmçinin ermənilərə
ünvanlanmış bəyanat
verdiyini vurğuladı.
Prezident İlham
Əliyev Qranadada keçiriləcək qarşıdan
gələn görüşün
regionda sülh gündəliyinin inkişafına
təkan verəcəyinə
ümidvarlığını ifadə etdi.
Qonaq bu cür postmünaqişə
şəraitində etimad
quruculuğu və etnik barışığın
vacib olduğunu deyərək, bununla bağlı öz təcrübəsini bölüşməyə
hazır olduğunu bildirdi.
Söhbət zamanı etnik barışığın və vətəndaş cəmiyyəti təşkilatlarının rolu qeyd edildi.
Azərbaycan.-2023.-
3 oktyabr.- S.5.