Nazir
Ceyhun Bayramov: “Azərbaycan
qarşılıqlı şəkildə
ərazi bütövlüyü
və suverenlik çərçivəsində Ermənistanla sülh quruculuğunda maraqlıdır”
Oktyabrın 2-də xarici
işlər naziri Ceyhun Bayramov Anqlikan Kilsəsinin dini rəhbəri, Kentenberi Arxiyepiskopu Castin Velbi ilə
görüşüb.
Azərbaycan Xarici
İşlər Nazirliyinin
Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildirilib
ki, görüşdə
Azərbaycanda mövcud
olan dinlərarası harmoniya, tolerantlıq və multikulturalizm ənənələri haqda
ətraflı məlumat
verən nazir Ceyhun Bayramov əhalisinin əksəriyyəti
müsəlman olan ölkəmizdə İslam
dini ilə yanaşı, xristian, yəhudi və digər dinlərə mənsub insanların qarşılıqlı anlaşma,
mehriban qonşuluq və əmin-amanlıq şəraitində yaşadıqlarını
diqqətə çatdırıb.
Nazir Azərbaycanın
mədəniyyətlərarası və sivilizasiyalararası
dialoqun qlobal mərkəzlərindən birinə
çevrildiyini və
bu istiqamətdə ölkəmiz tərəfindən
Azərbaycan Respublikasının
Prezidentinin müəllifliyi
ilə bir sıra qlobal əhəmiyyətli təşəbbüslərin
irəli sürüldüyünü,
Azərbaycanın bir sıra mühüm beynəlxalq tədbirlərə
ev sahibliyi etdiyini vurğulayıb.
Müxtəlif xalqların
mədəni və dini irsinə hərtərəfli diqqət
və qayğının
təmin edildiyi Azərbaycanın nümunəvi
dövlət-din münasibətlərinin
mövcud olduğu ölkələrdən biri
olduğu, belə bir şəraitdə xristian həmvətənlərimizin
öz adət-ənənələrini,
dini inanclarını,
mədəniyyətlərini sərbəst şəkildə
yaşadaraq ölkəmizin
sosial-mədəni həyatının
bütün sahələrində
fəal iştirak etdikləri müqabil tərəfin diqqətinə
çatdırılıb.
Nazir Ceyhun Bayramov, həmçinin Ermənistanın və onun ölkəmizdə qurduğu qondarma rejimin 30 ilə yaxın müddətdə
regional sülh və təhlükəsizliyə
törətdiyi çağırışlar
barədə ətraflı
məlumatlandırıb, Azərbaycanın
beynəlxalq humanitar hüquqa tam uyğun şəkildə
özünün suveren
ərazisində həyata
keçirdiyi lokal antiterror tədbirlərini
şərtləndirən səbəblərdən
bəhs edib. Bu xüsusda, bölgədə əsas təhdid olan qanunsuz erməni silahlı qüvvələrinin
mövcudluğuna son qoyulmasının bölgədə
sülh və sabitliyə xidmət edəcəyinə ümidvarlıq
ifadə olunub. Genişmiqyaslı mina təhdidləri barədə
məlumat verilib.
Görüşdə, habelə hazırda aparılan tərk-silah prosesi, erməni sakinlərin ehtiyaclarının
qarşılanması istiqamətində
ölkəmizin həyata
keçirdiyi təxirəsalınmaz
tədbirlər, erməni
sakinlərin reinteqrasiyası
üzrə aparılan
intensiv işlər barədə məlumat qarşı tərəfin
diqqətinə çatdırılıb.
Nazir Ceyhun Bayramov Azərbaycanın qarşılıqlı şəkildə
ərazi bütövlüyü
və suverenlik çərçivəsində Ermənistanla sülh quruculuğunda maraqlı olduğunu bildirib.
Tərəflər görüş zamanı, eyni zamanda, qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıb.
Azərbaycan.-2023.- 3 oktyabr.- S.5.