Prezident Administrasiyasının şöbə müdiri Fərəh Əliyeva üçüncüYüksəlişmüsabiqəsinin qalibləri ilə görüşüb

 

Yüksəlişmüsabiqəsinin Təşkilat Komitəsinin sədri, Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva üçüncüYüksəlişmüsabiqəsinin qalibləri ilə görüş keçirib.

Bu barədə AZƏRTAC-a “Yüksəlişmüsabiqəsinin işçi qrupundan məlumat verilib.

Müsabiqə qalibləri ilə yaxından tanış olan Komitə sədri qalibləri əldə etdikləri nailiyyət münasibətilə təbrik edib, onlar üçün nəzərdə tutulan özünüinkişaf planı Mentorluq proqramından söz açıb. Qaliblərin müsabiqə haqqında təklif fikirlərini dinləyən Fərəh Əliyeva səslənən təklifləri gələcəkdə tətbiq edilməsi üçün qiymətləndirəcəyini vurğulayıb.

Fərəh Əliyeva qaliblərin təhsil humanitar məsələlərlə bağlı suallarını cavablandırıb, gənclərin bu sahədə təşəbbüskarlıq göstərməsinin önəmini bildirib. Qaliblər isə öz növbəsində ölkənin inkişafı uğrunda əllərindən gələni etməyə hazır olduqlarını, sosial ictimai fəaliyyətlərdə yaxından iştirak etməkdə maraqlı olduqlarını bildiriblər.

Xatırladaq ki, üçüncü müsabiqənin yekunlarına əsasən, “Yüksəlişqalibi elan olunan 22 iştirakçı bir il müddətində idarəçi rəhbərlərin iştirakı ilə Mentorluq proqramından yararlanmaq fərdi inkişaf planı əldə ediblər.

Yüksəlişmüsabiqəsi Prezident İlham Əliyevin 2019-cu il 26 iyul tarixli Sərəncamına əsasən təsis olunub. Dövlətimizin başçısı 2022-ci il dekabrın 20-də üçüncüYüksəlişmüsabiqəsinin keçirilməsi ilə bağlı Sərəncam imzalayıb. Müsabiqənin məqsədi intellektual səviyyəsi idarəçilik bacarıqları yüksək olan perspektivli rəhbər şəxslərin müəyyən edilməsini, dəstəklənməsini ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etməkdir.

Xatırladaq ki, “Yüksəlişmüsabiqəsinin qalibini bir il ərzində idarəçi rəhbərlərdənböyük şirkətlərin top-menecerlərindən dövlət orqanlarının rəhbərlərindən fərdi karyera məsləhətləri almaq imkanı, kadr ehtiyatı bankına daxiledilmə 20 min manat dəyərində pul mükafatı gözləyir.

 

 

Azərbaycan.-2023.- 3 oktyabr.- S.7.