Azərbaycan
xalqı 30 il öncə Heydər Əliyev yolunu seçdi
Tarixin ən qüdrətli Azərbaycanının
təməlini qoyan Ulu Öndər Heydər Əliyevin xalqın böyük səs çoxluğu ilə ilk dəfə
prezident seçilməsindən
30 il ötür.
1993-cü il oktyabrın
3-də Ulu Öndərin
dövlət başçısı
seçilməsi ilə
xalqımızın gələcək
həyatını müəyyən
edən mühüm başlanğıcların əsası
qoyulub. Ona görə də xalqımızın 30 il əvvəl göstərdiyi
güclü siyasi iradə müstəqil Azərbaycanın qurtuluşunun,
ölkəmizin tərəqqi
yolunun möhkəm bünövrəsini təşkil
edir.
Milli Məclisin
deputatı Elşad Mirbəşiroğlu bildirib
ki, 1993-cü ilin oktyabrın 3-də keçirilən
prezident seçkilərində
xalqımız Ümummilli
Lider Heydər Əliyevi səs çoxluğu ilə Azərbaycan Respublikasının
Prezidenti seçməklə
özünün gələcək
taleyini, müqəddəratını
həll edib: "Bu, Heydər Əliyevin Azərbaycanda ali siyasi hakimiyyətə
ikinci qayıdışı
idi. Həmin seçkilərdə Ulu Öndərin 98,84 faiz səslə qələbə
qazanması qədirbilən
xalqımızın Heydər
Əliyevin xalq sevgisinə və idarəçilik istedadına
olan dərin inamından irəli gəlirdi. Xalqımız əlbəttə ki, yanılmamışdı, Heydər
Əliyev Azərbaycan
Respublikasının Prezidenti
seçildikdən sonra
bir sıra istiqamətlərdə çox
ciddi dönüşlərə
nail olunmuş, ölkədə daxili siyasi sabitlik təmin edilmişdi".
Deputat bildirib ki, Ulu Öndərin
bütün səyləri
birləşdirməsi nəticəsində
təcavüzkar Ermənistanın
ölkəmizə qarşı
olan hücumlarının
həm hərbi, həm də siyasi müstəvilərdə
qarşısı alındı.
"Məhz Heydər
Əliyevin siyasi iradəsi sayəsində
1994-cü ildə atəşkəs
sənədi imzalandı.
Bu da öz
növbəsində Azərbaycan
Ordusunun formalaşdırılması
üçün lazımi
şəraitin yaradılmasına
təkan verdi. Bütün bunlara əsasən, əminliklə
deyə bilərik ki, bugünkü qələbəmizin etibarlı
bünövrələri məhz
həmin dövrdə
Ulu Öndər tərəfindən formalaşdırılıb",
- deyə E.Mirbəşiroğlu
söyləyib.
Deputat əlavə
edib ki, Heydər Əliyev qısa zaman kəsiyində Azərbaycan
dövlətinin milli iqtisadi sistemini də formalaşdırdı:
"Ölkəmizin dövlət
müstəqilliyini yenicə
bərpa etdiyi, Ermənistanla müharibə
şəraitində yaşadığı
bir dövrdə Ulu Öndərin beynəlxalq arenadakı şəxsi nüfuzu tərəddüdlərə son
qoydu. Onun iradəsi, strateji baxışları sayəsində
1994-cü il sentyabrın
20-də "Əsrin müqaviləsi"nin
imzalanması ilə Azərbaycanın iqtisadi sektorda yüksəlişinin
əsası qoyuldu. Bu sənəd ölkəmizin dinamik inkişafını təmin
etdi. Bütün bunlar sübut edir ki, Ümummilli
Lider Heydər Əliyev öz fəaliyyəti ilə əsl etalon yaradıb. Bu gün Heydər Əliyevin ideyaları Azərbaycanın inkişafının
əsas hərəkətverici
qüvvəsi rolunda çıxış edir və ölkəmiz daim yüksək uğurlara imza atır".
Nəzrin QARDAŞXANOVA,
Azərbaycan.-2023.-
3 oktyabr.- S.10.