Azərbaycanla Serbiya arasında qarşılıqlı dəstəyə
əsaslanan münasibətlərin
inkişafı üçün
yaxşı zəmin yaradılıb
Azərbaycan Prezidenti İlham Əliyev Serbiya Milli Assambleyasının sədrini qəbul edib
Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev oktyabrın 6-da Serbiya Respublikası Milli Assambleyasının sədri Vladimir Orliçi qəbul edib.
AZƏRTAC xəbər verir ki, dövlətimizin
başçısı ölkələrimiz
arasında dostluq əlaqələrinin zəngin
tarixə malik olduğunu deyərək bunun qarşılıqlı
dəstəyə əsaslanan
münasibətlərimizin inkişafı
üçün yaxşı
zəmin yaratdığını
bildirdi, Serbiyaya səfərini məmnunluqla
xatırladı.
İqtisadi sahədə
əlaqələrə toxunan
Prezident İlham Əliyev investisiya, enerji, sənaye sahələri ilə bağlı fəal əməkdaşlığın həyata keçirildiyini dedi. Dövlətimizin başçısı münasibətlərimizin
inkişafında parlamentlərarası
əlaqələrin də
önəmini qeyd etdi.
Azərbaycan Prezidenti
Vladimir Orliçin səfərinin dinamik şəkildə inkişaf
edən əməkdaşlığımızın
genişlənməsi işinə
töhfə verəcəyinə
əminliyini bildirdi.
Qonaq, ilk növbədə, Serbiya Prezidenti Aleksandar Vuçiçin salamlarını
dövlətimizin başçısına
çatdırdı. Prezident
İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Serbiyanın dövlət başçısına çatdırmağı
xahiş etdi.
Serbiya Milli Assambleyasının sədri
ölkələrimiz arasında
strateji tərəfdaşlığa
əsaslanan dostluq əlaqələrinin mövcud
olduğunu dedi.
Görüşdə Azərbaycan ilə Serbiyanın daim bir-birinin ərazi bütövlüyünü və suverenliyini, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində haqlı mövqelərini dəstəklədikləri qeyd edildi, münasibətlərimizin strateji tərəfdaşlıq prinsiplərinə, qarşılıqlı anlaşma və qarşılıqlı hörmətə əsaslandığı vurğulandı, parlamentlərarası əlaqələrin və parlamentlərarası beynəlxalq təşkilatlarda əməkdaşlığımızın vacibliyi vurğulandı.
Azərbaycan.- 2023.- 7 oktyabr.-
S.1-2.