Azərbaycan-İran dostluğu və əməkdaşlığı bütün bölgə üçün önəmli
amildir
Prezident
İlham Əliyev İranın yol və şəhərsalma
nazirini qəbul edib
Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev oktyabrın 6-da
İran İslam Respublikasının
yol və şəhərsalma naziri,
Azərbaycanla İran arasında
iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq
üzrə Dövlət
Komissiyasının İran tərəfdən həmsədri
Mehrdad Bəzrpaşı
qəbul edib.
AZƏRTAC xəbər verir ki, dövlətimizin
başçısı bu
gün Zəngilan rayonunun Ağbənd qəsəbəsi yaxınlığında
keçirilmiş avtomobil
körpüsü və
sərhəd-gömrük infrastrukturunun
inşası, ərazidə
sahilbərkitmə tədbirləri
layihələrinin təməlqoyma
mərasiminin önəmini
qeyd edərək, bunun dostluq əlaqələrimizin
daha da möhkəmləndirilməsi
işinə töhfə
verəcəyini bildirdi.
Prezident İlham
Əliyev Azərbaycanın
həm ikitərəfli,
həm də çoxtərəfli formatlarda
nəqliyyat dəhlizlərinin
yaradılması ilə
bağlı fəaliyyətini
davam etdirdiyini bildirərək, bu gün Zəngilan rayonunun Ağbənd qəsəbəsi yaxınlığında
avtomobil körpüsü
və sərhəd-gömrük
infrastrukturunun inşası,
ərazidə sahilbərkitmə
tədbirləri layihələrinin
təməlinin qoyulmasının
bu yolların şaxələndirilməsi baxımından
da önəmini qeyd etdi.
Prezident İlham
Əliyev vurğuladı
ki, ölkələrimizi
birləşdirən və
region üçün
böyük əhəmiyyətə
malik olan avtomobil və dəmir yollarının çəkilişi bütün
bölgə üçün
sabitliyə və əməkdaşlığa xidmət
edəcək.
Dövlətimizin başçısı,
həmçinin Şimal-Cənub
nəqliyyat dəhlizinin
inkişafı və ötürücülük qabiliyyətinin
daha da genişləndirilməsi
istiqamətində aparılan
işlərin önəmini
qeyd etdi.
İkitərəfli münasibətlərimizin gündəliyinin
yalnız nəqliyyat sektorunu deyil, eyni zamanda, daha
geniş sahələri
əhatə etdiyini deyən Azərbaycan Prezidenti Hökumətlərarası
Komissiyanın fəaliyyətini
yüksək qiymətləndirdi,
bütün sahələr
üzrə yaxşı
nəticələrin əldə
edildiyini qeyd etdi. Dövlətimizin başçısı Azərbaycan-İran
dostluğunun və əməkdaşlığının bütün bölgə üçün önəmli
amil olduğunu vurğuladı.
Prezident İlham
Əliyev regional məsələlərin region
ölkələrinin iştirakı
ilə həll edilməsinin vacibliyini bildirərək, bu xüsusda 3+3 əməkdaşlıq
formatının da təşəbbüskarının məhz Azərbaycan olduğunu qeyd etdi, tezliklə bu formatda görüşlərin
keçiriləcəyini müsbət
bir addım kimi qiymətləndirdi.
Mehrdad Bəzrpaş
ilk növbədə
İran İslam Respublikasının
Prezidenti Seyid İbrahim Rəisinin salamlarını dövlətimizin
başçısına çatdırdı.
Prezident İlham
Əliyev salamlara görə minnətdarlığını
bildirdi, onun da salamlarını İranın dövlət
başçısına çatdırmağı
xahiş etdi.
Qonaq Azərbaycanın
Qarabağ bölgəsinin
reinteqrasiyası ilə
bağlı təbriklərini
çatdırdı və
bunu çox mühüm hadisə kimi dəyərləndirdi.
O qeyd etdi ki, Azərbaycanın pozulmuş haqlı və ədalətli mövqeyi 30 ildən sonra xoşbəxtlikdən
öz yerini tutdu və ölkə
suverenliyini bərpa etdi.
Mehrdad Bəzrpaş region ölkələri və xalqlarının bir-biri ilə dərin tarixi və mədəni əlaqələrə malik olduğunu deyərək, Cənubi Qafqazda sülhün region üçün böyük perspektivlər yaradacağını bildirdi.
Azərbaycan. - 2023.- 7 oktyabr.-
S.1-2.