Füzuli
şəhəri geri qayıdan sakinləri ilə birlikdə sevincli günlərini keçirir
Gəlişləri ilə
dönüşləri arasında
otuz il var.
Füzuli Ermənistan
silahlı qüvvələri
tərəfindən işğal
ediləndə 1993-cü il
idi. Həmin dövr ermənilərin Azərbaycan torpaqlarını
zəbt etmək niyyəti ilə başladıqları Birinci
Qarabağ müharibəsi
davam edirdi.
O vaxtlar qəsbkar,
amansız, qəddar düşmənin silahlı
hücumlarından, zülmlərindən
baş götürüb
dədə-baba yurdlarından,
isti ocaqlarından qaçmaq məcburiyyətundə
qalan azərbaycanlıların
heç biri ayrılığın bu qədər uzun çəkəcəyini düşünmürdü...
Qatil ermənilərin
törətdikləri qırğınlar,
təxribatlar davam edirdi. Azərbaycan dövlətinin, xalqının
məqsədi isə öz əzəli torpaqlarını Ermənistan
silahlı qüvvələrinin
işğalından sülh
yolu ilə azad etmək idi. Ancaq Ermənistan
münaqişəni alovlandırmaqda
maraqlı olduğunu,
sülh istəmədiyini
ərazilərimizdə təxribatlar,
terrorlar törətməklə
açıq-aydın göstərirdi.
Rəsmi İrəvan
bir tərəfdən
də Azərbaycanın
qədim şəhərlərindən
olan Xankəndidə kök salmış kriminal xunta rejimini yaratmaqla və ona arxa
durmaqla vəziyyəti
mürəkkəbləşdirirdi. 2020-ci ilin payızına qədər belə keçdi. Həmin ilin 27 sentya-brında Ermənistan silahlı qüvvələrinin növbəti
təxribatı ilə
başlayan İkinci Qarabağ müharibəsində
haqq, ədalət qalib gəldi. Azərbaycan Ordusu 44 gün ərzində on illərdir davam edən erməni işğalına
son qoyaraq Qarabağ və Şərqi Zəngəzur
ərazilərimizi azadlığa
qovuşdurdu.
Böyük zəfərdən
dərhal sonra işğaldan qurtulmuş
ərazilərimizdə geniş
və sürətli tikinti, quruculuq işlərinə başlanıldı.
2020-ci il noyabrın
16-da Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Füzuli və Cəbrayıl rayonlarında
"Zəfər yolu"
kimi tanınan Füzuli-Şuşa avtomobil
yolunun təməlqoyma
mərasimində iştirak
etdilər. Səfərdən
dərhal sonra Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun tikintisi layihəsinə start verildi. Dövlət başçısı
İlham Əliyev
2021-ci ilin 15 yanvarında
Şuşa və Füzuliyə səfəri
zamanı Füzuli-Şuşa
avtomobil yolunun və Füzuli Beynəlxalq Hava Limanının layihələrinin
icrasına başlanıldı.
Hava limanında ilk uçuş sınaqları 2021-ci ilin
22 avqustunda reallaşdı.
Zəfər nəticəsində
keçmiş məcburi
köçkünlərin otuzillik
yurd həsrətlərinin
bitməsinə, onların
doğma yurdlarına təhlükəsiz şəkildə
qayıtmasına imkan
yarandı. Bütün
zəruri tədbirlərin
uğurla həyata keçirilməsi nəticəsində
Azərbaycanın işğaldan
azad olunmuş ərazilərində Böyük
qayıdış proqramının
icrasına başlanıldı.
Füzuli şəhərinə
ilk köç
2023-cü il avqustun
8-də yola salındı.
O zaman 90 nəfərdən
ibarət 25 ailə öz dədə-baba yurduna döndü. Füzuli şəhərinə
ailələrin köçürülməsi
davam edir. Böyük qayıdış
proqramı çərçivəsində
oktyabrın 10-u səhər
saatlarında növbəti
köç karvanı
Bakı şəhərinin
Qaradağ rayonundakı
"Qobu park 3" yaşayış kompleksindən
Füzuliyə çatdı.
Dünən, oktyabrın
11-də isə eyni məkandan - Bakı şəhərinin Qaradağ
rayonundakı "Qobu
park 3" yaşayış
kompleksindən növbəti
köç karvanı
yola salındı. Bu mərhələdə Füzuli şəhərinə
daha 22 ailə - 59 nəfər köçürüldü.
Onlar Qaçqınların
və Məcburi Köçkünlərin İşləri
üzrə Dövlət
Komitəsinin, Qarabağ
iqtisadi rayonuna daxil olan işğaldan
azad edilmiş ərazilərdə (Şuşa
rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin
əməkdaşları tərəfindən
qarşılandı.
Beləliklə, daha
22 ailə olmaqla 59 nəfər Füzuli sakini də yurduna qovuşdu. Bununla da Füzuli
şəhərində 187 ailənin,
yəni 661 nəfərin
daimi məskunlaşması
təmin edildi.
Qarabağın, Şərqi
Zəngəzurun yenidən
qurulan yaşayış
məskənlərinə keçmiş
məcburi köçkünlərin
qayıdışı bundan
sonra da davam edəcək. Prezident İlham Əliyev oktyabrın 10-da Şuşada keçirilən
İqtisadi Əməkdaşlıq
Təşkilatının Nazirlər
Şurasının 27-ci iclasının
iştirakçılarına ünvanladığı müraciətdə
bildirdi ki, işğaldan azad edilmiş ərazilərə
Böyük qayıdış
proqramı milli prioritetlərimiz sırasındadır: "Uğurla icra edilən proqram çərçivəsində bu günə qədər Laçın,
Füzuli şəhərlərinə,
Ağalı, Zabux və Talış kəndlərinə köçkünlərin
qayıtması təmin
olunub. Növbəti 3
ildə 100 minə qədər köçkünün
doğma yurd-yuvalarına
dönməsi planlaşdırılır.
Həyata keçirilən
layihələr Qarabağ
və Şərqi Zəngəzur iqtisadi rayonlarının dirçəlməsinə,
əhalinin dayanıqlı
məskunlaşmasına xidmət
etməklə, habelə
həmin ərazilərin
yüksək inkişaf
etmiş regiona çevrilməsi üçün
əlverişli şərait
yaradır".
Füzuli şəhərində
artıq inşası
başa çatmış
məktəbə və
tikilməkdə olan yaradıcılıq mərkəzinə
görə qardaş Özbəkistana və Qazaxıstana təşəkkür
edən dövlət başçısı bunu
ölkələrimiz arasında
qardaşlığın, həmrəyliyin
və dostluğun növbəti bariz təzahürü kimi qiymətləndirdi.
Böyük qayıdış
proqramı çərçivəsində
həyata keçirilən
işlər nəticəsində
Qarabağın, Şərqi
Zəngəzurun yaşayış
məskənləri canlanır.
Qədim yurd yerlərimiz əvvəlki
çağlarına qayıdır.
Azadlığına qovuşduqdan
sonra yenidən qurulan bütün yurdlarımız kimi abadlaşan və daha da gözəlləşən
Füzuli şəhəri
də geri qayıdan sakinləri ilə birlikdə sevincli günlərinə
qədəm qoyur.
Zöhrə
FƏRƏCOVA,
Azərbaycan.-2023.-
12 oktyabr, № 222.- S.10.