Öz sadə problemlərini həll edə bilməyən bu ölkənin hakimiyyət orqanları başqalarının işinə
burun soxurlar
Fransada ictimai nəqliyyat, xəstəxanalar,
kitabxanalar, təhsil müəssisələri, polis
məntəqələri və
digər yerləri yataq bitləri basıb. Həşəratların
işğalı mövzusu
son günlər Fransa mediasının səhifələrini tərk
etmir.
Ölkənin hakimiyyət
orqanları müxtəlif
səviyyələrdə toplantılar
çağırır, bitlərə
qarşı mübarizə
planları haqqında
danışırlar.
Hələ yayda
Parisin "Şarl de Qoll" hava
limanının gözləmə
zonasında həşəratların
tapıldığı barədə
məlumatlar yayılmışdı.
Sonra onlara təkcə sakinlərin evlərində deyil, xəstəxanalarda, kinoteatrlarda,
kitabxanalarda, həmçinin
metro vaqonlarında, avtobuslarda və qatarlarda da rast
gəlinməyə başlandı.
KİV-in məlumatına
görə, yay aylarında Fransada zərərvericilərə qarşı
mübarizə üçün
müraciətlərin sayı
keçən illə
müqayisədə 65 faiz
artıb.
Fransanın ictimai
nəqliyyatında bütün
oturacaqlar həşəratların
özlərini əla
hiss etdiyi yumşaq tekstil üzlükdən hazırlanır.
Böhran ötən həftə kulminasiya nöqtəsinə çatıb,
o zaman istifadəçilər
sosial şəbəkələrdə
metroda aşkar edilən sürünən
canlıların videolarını
aktiv şəkildə
yayımlamağa başlayıblar.
İndi əksər sərnişinlər çox
da geniş olmayan vaqonlarda ayaqüstə dayanmağa
üstünlük verirlər.
Fransa Səhiyyə
Nazirliyinin rəhbəri
Orellan Russo vətəndaşları paytaxtın
bitlər tərəfindən
zəbt edilməsi ilə bağlı təşviş yaratmamağa
çağırıb. Bir
neçə aydan sonra Paris Olimpiya Oyunlarına evsahibliyi edəcək və bu cür "reklam" ölkənin imicinə ciddi ziyan vura bilər.
Parlament artıq
həşəratlarla mübarizə
ilə bağlı qanun layihəsi hazırlamağa söz verib və nəqliyyat
naziri Kleman Bon nəqliyyatda "böyük
təmizlik işləri"
aparacağını vəd
edib. Axı, Olimpiada zamanı logistikaya görə məhz o məsuliyyət daşıyacaq.
Fransada bu problem yeni deyil,
dişləyən parazitlərin
fransızların həyatına
daxil olması tendensiyası uzun illər Qida Təhlükəsizliyi, Ətraf
Mühit və İş Sağlamlığı
üzrə Milli Agentlik tərəfindən
izlənilir (Anses). Məlumata görə, ölkədə hər onuncu ailədə çağırılmamış "sakinlər" var.
Son məlumata görə, Fransada beş məktəb bitlərin yayılması
səbəbindən bağlanıb.
Bu barədə Təhsil Nazirliyi məlumat yayıb. Söhbət Marseldə, eləcə də Vokluz, Rone, Vosges
və Saone-et-Luara kommunalarında təhsil müəssisələrindən gedir. Bu günlərdə
daha iki məktəb Strasburqda bağlanıb. Digər məktəblərdə, o cümlədən
Parisin 12-ci rayonundakı
liseydə də bitlərin olması aşkar edilib. Oktyabrın 21-də başlayacaq
məktəb tətilləri
zamanı binaların dezinfeksiya edilməsi planlaşdırılır.
Rizvan CƏFƏROV,
Azərbaycan.-2023.-
12 oktyabr, № 222.- S.10.