“Azərbaycan
Respublikası Hökuməti
ilə Özbəkistan
Respublikası Hökuməti
arasında Azərbaycan-Özbəkistan
İnvestisiya Fondunun yaradılması haqqında
2023-cü il 24 fevral tarixli Saziş”ə
dəyişikliklərin edilməsi
barədə Protokol”un
təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının
Milli Məclisi Azərbaycan Respublikası
Konstitusiyasının 95-ci maddəsinin
I hissəsinin 4-cü bəndini
rəhbər tutaraq qərara alır:
2023-cü il iyulun
18-də Şuşa şəhərində
imzalanmış “Azərbaycan
Respublikası Hökuməti
ilə Özbəkistan
Respublikası Hökuməti
arasında Azərbaycan-Özbəkistan
İnvestisiya Fondunun yaradılması haqqında
2023-cü il 24 fevral tarixli Saziş”ə
dəyişikliklərin edilməsi
barədə Protokol” təsdiq edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
2 oktyabr 2023-cü il
Azərbaycan.-2023.- 12 oktyabr,
¹-222.- S.3.